Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Begonia
Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi. Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır.
Beluqa
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Bergün
Bergün (alm. Bergün‎) — İsveçrədə kənd. Kənd "çox gözəl olduğu üçün və sosial şəbəkələrdə paylaşılan şəkilləri kənddə olmayan insanları pis hiss etdirdiyi üçün" turistlərin kənddə şəkil çəkdirməsi qadağan olunub.. Kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.
Betula
Tozağacı (lat. Betula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Tozağacı şimal yarımkürəsində geniş yayılmışdır. 100-dən çox növü var. Təsərrüfatda geniş istifadə olunur. Tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən tarlaları küləkdən qorumaq üçün eləcə də dekorativ bağçılıqda istifadə olunur.
Bəğlan
Bəğlan vilayəti
Laquna
Nəqusa
Nəqusa (ərəb. النقوسة‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadı dairənin inzibati mərkəzidir və buradakı yeganə kommunadır. Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 540 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 125 metr yüksəkdir. Ngusa kommunası Uarqla, Əl-Aliyə, Əl-Həcirə, Hassi-Ben-Abdullah və Sidi-Xuiled kommunaları ilə həmsərhəddir. Sahəsi 2907 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir.
Bənna
Bənna — tikinti sahəsində fəaliyyət göstərən peşəkar usta. Bənna anlayışı ilk dəfə Qədim Misirdə formalaşmışdır. Bu dövrdə piramida tikintisi ilə məşğul olan bənnalar böyük nüfuza sahib olmuşdular. Bənna — daşyonan ilə yaxın olan, lakin ondan fərqli olan kərpicçi, kərpic tikmək üçün kərpic qoyan usta və tacirdir. Terminlər həmçinin blok divarları və digər hörgü formalarını tikmək üçün bloklardan istifadə edən işçilərə aiddir. İngilis dilində kərpic ustası danışıq dilində “bənna” kimi tanınır . Daş ustası, bina divarlarının tikintisi və digər işlərdə daşların, şlak blokların və kərpiclərin hər hansı bir birləşməsini qoyandır. Kərpic hörgünün bir hissəsidir. Kərpic hörmək hobbi kimi də istifadə edilə bilər. Məsələn, BöyükBritaniyanın keçmiş baş naziri Uinston Çörçill hobbi kimi kərpic hörmə ilə məşğul olurdu.
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Ficus regina
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Happiness Begins
Happiness Begins ("Xoşbəxtlik Başlayır") — Jonas Brothers-in 5-ci studiya albomu. 7 iyun 2019-cu ildə Republic Records tərəfindən işıq üzü görmüşdür. Bu onların 2013-cü ildəki Live albomundan və 2009-cu ildəki Lines, Vines and Trying Times studiya albomundan sonrakı ilk albomlarıdır. Albomdan əvvəl qrupun qayıdış sinqlları "Sucker" və "Cool" buraxılmışdır. Albom ABŞ-nin Billboard 200 siyahısına 2017-ci ildən bəri həftənin ən çox satılan albomu olaraq zirvədən debüt etmişdir.
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Meqhna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Meqxna (çay)

Regina (qrup)
Regina – Bosniya və Herseqovinada yaranmış pop-rok qrupudur. 1990-cı ildə yaranmışdır. 2009 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı "Bistra Voda" (Təmiz su) mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 125 xalla 3-cü olmuş və finala keçmişdir. Finalda isə 106 xalla 9-cu olmuşdur.
Regina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Regina Spektor
Regina İliniçna Spektor (rus. Реги́нa Ильи́нична Спе́ктор) - Rusiya-ABŞ müğənnisi, mahnı müəllifi və pianoçusu.
Reqina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Reqina Moroz
Reqina Moroz — rus qadın voleybolçu. Ampluası blokçudur. Dinamo Kazan klubunda oynayır. Bu klubda "on yeddi" nömrəli formanı tərlədir.
Segunda División
Segunda División — İspaniyada La Liqadan sonra ikinci peşəkar futbol liqasıdır. Bu liqanı ilk 3 sırada bitirən komandalar La Liqaya qalxır, La Liqanı son 3 yerdə bitirən komandalar isə Segunda Divisióna düşür. 1929-cu ildə yaradılmış bu liqada hal-hazırda 22 klub mübarizə aparır. Cari mövsümdə Liqada 22 komanda çıxış edir, o cümlədən mövsüm 2022-23 - dən ilk 15 komanda, üçü La Liga 2022-23 - dən düşdü və dördü nümunə 2022-23 - dən yüksəldi. Elche, Espanyol və Real Valyadolid FK La Liga, Amorebieta, Racing Ferrol birbaşa yüksəldildi, Alcorcon və Eldens qazandı promo playoff. Bu çempionat 1929-cu ildə İspaniya Futbol Federasiyası tərəfindən yaradılıb. 1963-cü ildə bəri bu liqa LFP'yə məxsusdur. 16 avqust 2006 tarixində LFP ilə BBVA bankı arasında bağlanmış müqavilədən sonra Segunda División Liga BBVA olaraq adlandırıldı. 4 iyun 2008-ci ildə isə yeni sponsorla bağlanmış müqavilədən sonra liqa Liga Adelante adını alır. 2016-cı ildə La Liga 123, 2019-cu ildə La Liga Smartbank və 2023-cü ildə LaLiga Hypermotion adından istifadə etdi.
Sequla adası
Lopi adası (ing. Segula Island, aleut. Чиӷуляҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından 24 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 6–7 km arasında dəyişir. Adada eyni adlı vulkan yerləşir. Burada təmizçilərə aid iri bir koloniya vardır.
Simon Sequan
Simon Sequan həmçinin Nikol Mine kimi tanınan (3 oktyabr 1925, Thivars[d], Fransa[…] – 21 fevral 2023, Kurvil-sur-Er[d], Fransa) — Fransız atıcılar və dəstəkçilər partizan qrupunun tərkibində Fransa Müqavimət Hərəkatının sabiq döyüşçüsü. Müharibə başlamazdan öncə o, üç qardaşı və atası ilə birgə fermada işləyirdi. Onun atası Birinci Dünya Müharibəsinin iştirakçısı idi və Tivar şəhərinin əsas məsləhətçisi idi. Partizan dəstəsinə qoşulduqdan sonra o, Nikol Mine adı ilə fəaliyyət göstərmişdir. Başlanğıcda Simon silah istifadə etmədən sadə tapşırıqları yerinə yetirdi. Onun müqavimət xarakterli ilk hərəkətlərindən birincisi Alman ordusuna məxsus velosipedi oğurlamaq idi ki, sonradan o, bununla məktubların daşınmasına yardım edirdi. Sonralar o, Alman əsgərlərinin yaxalanması, vaqonların relsdən çıxarılması və körpülərin partladılması kimi çox təhlükəli vəzifələri icra etmişdir. O, 1944-cü ilin 23 avqustunda Şartr şəhərinin və 2 gün sonra Parisin azad edilməsində iştirak etmişdir. Nəticədə o, leytenant rütbəsinə layiq görülmüş və Hərbi xaç medalı ilə təltif olunmuşdur. Müharibədən sonra Sequan pediatr tibb bacısı kimi işləməyə başladı.
Surma-Meqxna
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Ust-Cequta
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı) — Rusiyanın Qaraçay-Çərkəz Respublikasında şəhər. ŞəhərQafqaz dağlarının ətəyində Kuban çayının sahilində yerləşir. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.