Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Bəyaz
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Əbyar
Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. == Tarixi == Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi.
Byar
Byar (isp. Biar) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 98,17 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3703 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Alto-Vinalopa Saks (Alikante) Salinas == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Biar Índice Estadístico Municipal de Biar.
Berar sultanlığı
Berar sultanlığı — 1490–1574-cü illərdə Hindistanda iqtidarda olmuş səltənət. == Tarixi == Qurucusu Fəthullah İmadülmülk bir Vicayanaqarlı brahman idi. Gənc yaşda Bəhmənilərə əsir düşmüş və müsəlman olaraq yetişdirilmişdi. Bərar valisi Əbdülqədir Xancehanın xidmətindən çalışdıqdan sonra eyni yerə vali oldu. 1491-ci ildə müstəqilliyini elan etdi. Ölməzdən önce sərhəd-sınırlarını genişlətdi. 1504-cü ildə yerinə keçen oğlu Əlaəddin zamanında ölke olduqca sarsıntılı dönəmlər keçirdi. Bu dönəmdə Qütbşahilərın qurduğu Qolkonda və şimal qonşusu Qucarat sultanlıqlarıyla savaşıldı. Ölümündən (1529) sonra hökmdar olan Dərya İmad şah da uzun müddət səltənət sürdüyü halda güclü bir hakim ola bilmədi, yalnız Hindilərın Cənubi Hindistanda hegemonluq qurmalarını önlədi. 1560-cı ildə ölən Derya İmad şahdan sonra taxta keçən oğlu Bürhan İmad şah, vəziri Tufal Hal tərəfindən həbs edildi və 1572-ci ilə kimi həbsdə qaldı.
Beşar vilayəti
Beşar vilayəti — == Ərazisi == Beşar vilayətinin ərazisi 162 200 km2-dır. Beşar vilayətinə 12 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Beşar vilayətinin əhalisi 270 062 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Buyar Nişani
Bujar Faik Nishani (alb. Bujar Faik Nishani; 29 sentyabr 1966, Durres – 28 may 2022, Berlin) — alban siyasətçi, Albaniyanın prezidenti. Seçkilərə Demokrat Partiyasının üzvü və Daxili İşlər Naziri kimi qatılmışdır. Albaniya Parlamentində müxalifətin uzlaşması olmadan, 140 səs üzərindən aldığı 73 səs sayının tam əksəriyyəti ilə prezidenti seçilmişdir. == Şəxsi həyatı və təhsili == Buyar Nişanı 29 sentyabr 1966-cı ildə Albaniyanın Durres şəhərində anadan olub. 1988-ci ildə "Skënderbej" (İskəndərbəy) Hərb Akademiyasını bitirdi. 1996-cı ildə San-Antonio, Texas və Kaliforniyada işləyib. 2004-cü ildə Tiran Universiteti Hüquq Fakültəsindən məzun olub. Avropa tədqiqatları sahəsində master etdi. Odeta Nişanı ilə evlidir və 2 uşaq atasıdır.
Bəyaz gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz ordu
Ağ qvardiya — 1906-cı ildə Finlandiyada yaranmış Rusiya milisi. == Tarixi == 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 −1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli — hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. == Quruluşu və ideologiyası == 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. === İdeologiyası === Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.
Bəşar (şəhər)
Bəşar (ərəb. بشار‎)‎ — Əlcəzairin qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafiya == Ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1150 km cənub-qərbdə, Tinduf şəhərindən 852 km şimal-şərqdə və Mərakeşlə sərhəddən 80 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 747 m yüksəklikdə, şəhəri şimal-şərqdən cənub-qərbə keçən Ued-Bəşar çayının sahilində yerləşir. Cəbəl-Bəşarın qayalı qalxması şəhərin cənub-şərqində və şərqində 1206 m hündürlüyə çatır. == Əhali == 2008-ci il məlumatlarına görə əhalinin sayı 165 627 nəfərdir; 1998-ci ilin məlumatlarına görə 134.954 nəfərdir. Bəşar ölkənin qərb hissəsindəki ən böyük şəhərdir. Əhalinin savadlılıq səviyyəsi 86,4%-dir (kişilərin 91,4%-i, qadınların 81,4%-i).
Bəşar vilayəti
Beşar vilayəti — == Ərazisi == Beşar vilayətinin ərazisi 162 200 km2-dır. Beşar vilayətinə 12 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Beşar vilayətinin əhalisi 270 062 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bəşar Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Cəlal Bayar
Cəlal Bayar (türk. Celâl Bayar; 16 may 1883, Umurbəy[d], Bursa vilayəti – 22 avqust 1986[…], İstanbul) — Türkiyə Respublikasının 3-cü prezidenti (1950–1960), 4-cü baş naziri (1937–1939), Demokrat Partiyasının qurucularından biri, Türkiyəli iqtisadçı və siyasətçi. Çağdaş Türkiyənin siyasi həyatının müxtəlif dövrlərində mühüm rol oynayan Bayar, cümhuriyyət dövründə TBMM üzvü, iqtisad elmləri üzrə millət vəkili olub. Mustafa Kamal Atatürkün 1950–1960-cı illər arasında sonuncu baş naziri və Türkiyənin üçüncü və ilk hərb kökəni olamayan prezidenti kimi fəaliyyət göstərib. == Həyatı == === Gəncliyi === Cəlal Bayar 1883-cü ildə Bursanın Gəmlik mahalının Umurbəy kəndində anadan olub. İlmiyə sinfinə mənsub fiqh alimi olan atası Abdullah Fehmi Əfəndi 93-cü il müharibəsindən sonra bu gün Bolqarıstan sərhədləri daxilindəki Pleven şəhərindən Gəmlik yaxınlığındakı Umurbəy kəndinə köçmüşdür. Bu kənddəki orta məktəbdə direktor, bir müddət Gəmlikdə müfti vəzifəsində çalışıb. Bayar Abdullah Fehmi Əfəndinin (böyük qardaşları Behzat və Asım) üçüncü oğludur. İbtidai və orta təhsilini atasının yanında alan Bayarın uşaqlığı və gəncliyi ailəsinin məskunlaşdığı Bursada keçir. Gəmlik Məhkəmə İdarəsi və Alay İdarəsində kursant vəzifəsində çalışıb.
Karolina Boyar
Karolina Boyar – polşalı qadın futbol hakimi, hüquqşünas. 15 sentyabr 1997-ci ildə Polşanın Krakov şəhərində anadan olub. == Təhsili == 2019-cu ilin iyulunda Yagellon Universitetinin Hüquq və İdaerəetmə fakültəsinin Əqli Mülkiyyət və Yeni Texnologiyalar proqramının məzunu olub . == Karyerası == 2015-ci ildən FİFA referisidir.
Meyar (Alye)
Meyar (fr. Meillard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03169. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 244 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Əsas iqtisadi fəaliyyəti şərabçılıqdır. 2007-ci ildə əmək qabiliyyətli 155 nəfər (15-64 yaş arasında) arasında 113 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 72.9%, 1999-cu ildə bu 68.0%). Fəal olan 113 nəfərdən 103 nəfər (56 kişi və 47 qadın), 10 nəfər işsiz (3 kişi və 7 qadın) idi.
Oğulcan Bekar
Oğulcan Bekar (1 sentyabr 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda hücumçu kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Bekar Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Bekar öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Filipp Sturmu əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Bekar Avstriyada anadan olmuşdur. O, Avstriya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. 2017-ci ilin sentyabr ayında Bekar Avstriya U-18 millisinə dəvət almışdır. == Karyera statistikası == === Klub === 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Yesui Bayar
Yesui Bayar (21 iyul 2000) — Monqolustanlı üzgüçü. Yesui Bayar Monqolustanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yesui Bayar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.40 saniyəlik nəticəsi ilə 60-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Əsədullah Bəyat
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub. == Həyatı == Ayətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb.
Ersin Beyaz
Ersin Beyaz (1977, Şiran, Gümüşhane ili) — memar və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ersin Beyaz 1977-ci ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb. Haliç Universiteti Mühəndislər Bölməsindən məzun olub. İnşaat sahəsində fəaliyyət göstərən ailə müəssisəsində İdarə Heyətinin üzvü olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) Daxili Memarlar Palatasının üzvü, Gümüşhane Mühəndislər və Memarlar Platformasının üzvü, Gümüşhane Sənayeçi və İş Adamları Dərnəyinin üzvü, Beyazlar Təhsilə Yardım və Tərəqqi Vəqfi İdarə Heyətinin üzvü olub. 2017-ci ildə İYİ Partiyanın İstanbul il şöbəsinin qurucu sədri olub. 2018-ci ildə İYİ Partiya sədrinin baş müşaviri, 2019-2020-ci illərdə isə İYİ Partiya İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Bear-Jeovresya
Bear-Jeovresya (fr. Béard-Géovreissiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Nantyua kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01170. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 925 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 617 nəfər (15-64 yaş) arasında 491 nəfər iqtisadi cəhətdən fəal, 126 nəfər hərəkətsiz (fəaliyyət göstərici 79.6%, 1999-cu ildə 78.5%) idi. 491 fəal sakindən 469 nəfər (252 kişi və 217 qadın), 22 nəfəri işsizdir (8 kişi və 14 qadın). Fəal olmayan 126 nəfər arasında şagird və ya tələbə, 28 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Buddy Bear
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir. Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir. == Vəzifəsi == Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər. Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir. == Dəstək və yardım == Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
Emmanuel Bear
Emmanüel Bear (fr. Emmanuelle Béart; 14 avqust 1963) — Fransalı aktrisa. Fransız müğənni Qi Bearın qızıdır. == Həyatı == 14 avqust 1964-cü ildə Fransanın Var departamentində anadan olmuşdur. İlk dəfə 1971-ci ildə rejissor Rene Klemanın Dovşanın Qaçışı filmində çəkilmişdir. 1996–2006 illərində YUNİSEF-in Fransa Komitəsinin Səfiri çalışmışdır.
Bəyaz diş (roman)
Ağ diş və ya Bəyaz diş — ilk dəfə Cek London tərəfindən 1906-cı ilin may ayından oktyabr ayına qədər The Outing Magazine-də seriyalı şəkildə nəşr edilmiş roman. == Haqqında == "Ağ diş" roman kitabı bir çox dillərə tərcümə edilmişdir. Və bir çox nəşriyyatlar tərəfindən kəşf edilmişdir. Kitabdakı yerlər Rusiya, Kanada və Amerikada yerləşir. Digər qardaşlarından fərqli olaraq boz doğulan canavar balasının hekayəsi danışılır. Bu canavarın adı Ağ dişdir. Ağ diş yarım it ana və canavar atasının övladlarıdır.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. == Məzmun == "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.