1. sif. Ağ (rəng).
Bəyaz gərdəninə siyah tel düzər; Sanasan sonamdır mənim sevdiyim.
Gülüşür pənbə, al bəyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər.
[Kərim kişinin] boynu, boğazının altı və bütün siması bəyaz tüklərlə örtülmüşdü.
□ Bəyaz gecə(lər) – bax ağ gecə(lər) (“ağ”da).
Burda Çaykovski öz zəkasını; Verib sənətinə bəyaz gecələr; Yazdı romansını, simfoniyasını.
Biz artıq bəyaz gecələr davam edən şimal məntəqəsinə daxil olduq.
2. bax bayaz 2-ci mənada.
Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi.