Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beljika
Beljika (fr. Montagnes Belgica, ing. Belgica Mountains) — Şərqi Antarktidada Kraliça Mod Torpağının şərqində yerləşən dağ silsiləsi. Riser–Larsen dənizi sahilindən 300 km aralıda yerləşir. Şimaldan cənuba 40 km məsafədə uzanır. Buzlağın qalınlığı 100—300 metrdir. Ən hündür zirvəsi Viktor dağıdır (2590 (2588)). Silsilə ilk dəfə 1958-ci ildə Belçika antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. Dağlar 1897—1899-ci illərdə Adrien de Jerlaşın iştirak etdiyi ekspedisiyanın gəmisi olan Belijanın şərəfinə adlandırılmışdır.
Belpoçta
Belarus poçtu (belar. Белпошта) — respublika unitar müəssisəsi , Belarus dövlət şirkəti, ölkənin milli poçt şəbəkəsinin operatoru. Qərargahı Minskdə yerləşir. 1947-ci ildən Ümumdünya poçt ittifaqının üzvüdür. == Tarixi == Belarus poçt xidmətlərinin inkişafı çox qədim tarixə gedir. O cümlədən qədim dövrlərə: Böyük Litva knyazlığı, Rusiya imperiyası, SSRİ və müstəqillik dövrlərinə malikdir. Beləliklə 885-ci ildə Belarus torpaqlarının poçt xidmətinin xronikasında ilk fakt qeydə alınır. 1793-cü ildə Belarus Rusiyanın tərkibinə daxil olduqdan sonra imperiyasının poçt sisteminin bir hissəsi olaraq daha da inkişaf etdirildi. Minsk, Vitebsk və Moqilev də daxil olmaqla poçt rayonları təşkil olundu. Belarusda ilk teleqraf stansiyası 1859-cu ildə Minsk poçtunda təşkil olunur.
Belçika
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Jelonka
Jelonka (ing. bailer; alm. Schmantbüchse, Schöpfbüchse, Schöpflöffel‎) — keçmişdə: quyulardan neft çıxarmaq üçün işlədilən vedrəyə oxşayan uzunsov qab.
Paloçka
Paloçka — Çubuq və ya çubuq (Ӏ ӏ; italik: Ӏ ӏ) (rusca: çubuq, tr. Çubuq, IPA: [ˈpaɫətɕkə], sözün əsl mənasında "çubuq") — Kiril hərfidir. Məktub ümumiyyətlə kiçik hərflərdə də istifadə olunan yalnız böyük hərflərə malikdir. Çubuğun böyük hərfi I (І) yumşaq nöqtələri olan Kiril hərfinin böyük hərfinə, Latın hərfinin I (I i) böyük hərfinə və L hərfinin kiçik hərfinə bənzəyir L (L l) . Məktub 1930-cu illərin sonunda təqdim edilib. Sovet İttifaqının ilk günlərində rus olmayan kiril əlifbalarının çoxunda rus yazı maşınları ilə uyğunlaşmaq üçün yalnız rus əlifbasının hərfləri var idi. Rus dilində olmayan səslər digraf və digər hərf birləşmələri ilə qeyd olunurdu. Yalnız istisna çubuq idi, çünki hərf əvəzinə 1 rəqəmi istifadə olunurdu. Əslində bir çox rus yazı maşınlarında hiyeroglif 1 rəqəminə bənzəmirdi, əksinə serifləri olan I Roma nömrəsinə bənzəyirdi. Çubuğun əksər standart klaviatura düzənlərində (və bəziləri üçün hətta kəsilməmiş I) və ya adi şriftlərdə olmaması səbəbindən bu hələ də yaygındır və buna görə də bir çox kompüter sistemində etibarlı şəkildə yazmaq və ya göstərmək asan deyil.
ByLock
ByLock — istifadəçilərə xüsusi, şifrəli bir əlaqə ilə əlaqə yaratmağa imkan verən bir smartfon tətbiqi idi. 2014-cü ildə Google Play, Apple App Store, BlackBerry OS və Windows Phone-da istifadəyə verildi. Tətbiq 2014-cü ilin aprel ayından etibarən tamamilə bağlandığı 2016-cı ilin martına qədər 600.000 dəfədən çox yükləndi. Türk Milli Kəşfiyyat Təşkilatı tətbiqin əsasən Türkiyə, Səudiyyə Ərəbistanı və İranda yükləndiyini bildirdi. Proqramın içindəki təhlükəsizlik sertifikatına görə, tətbiq müəllifi Deyvid Keynsdir. Türkiyənin ilk ingilis dilli qəzeti Hürriyet Daily News-a verdiyi müsahibədə Keyns, ByLock-un əsl yaradıcısının tətbiqi Apple App Storea yükləmək üçün onun kredit kartından istifadə edən keçmiş otaq yoldaşı olduğunu bildirmişdi. Keyns ayrıca, ByLock-un 2016-cı ilin yanvar ayından bəri mövcud olmadığını söyləmişdi. == Gülən camaatı ilə əlaqəsi == Türkiyədə tətbiqetməyə sahib olmaq, 2016-cı ilin iyununda uğursuz Türk çevrilişi cəhdi ilə əlaqəli olduğu iddia edilən Gülən Hərəkatına üzv olmağın sübutu sayılır. ByLock istifadəçiləri Türkiyə məhkəmələrində terrorçu sayıldı. Deutsche Welle-yə görə, 215.000 keçmiş ByLock istifadəçisindən təxminən 23.000-i Türkiyə hakimiyyəti tərəfindən tutuldu.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Belçika Konqosu
Belçika Konqosu (fr. Congo belge; nid. Belgisch-Kongo) - 1908-1960-cı illərdə Mərkəzi Afrikada yerləşmiş Belçika krallığının koloniya dövləti. Belçika kralı II Leopold tərəfindən krallığının müstəmləkəsinə çevirilən ölkənin paytaxtı kralın şərəfinə Leopoldvil adlandırılmışdır. 1960-cı ilin 30 iyun tarixində yerli siyasi xadimlərin rəhbərliyində Konqonun müstəqilliyi elan edilmiş və Yozef Kasavubu prezident, Patris Lumumba isə baş nazir seçilmişdir. Günümüzdə Belçika Konqosunun mövcud olduğu ərazilərdə Konqo Demokratik Respublikası yerləşməkdədir.
Belçika Krallığı
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçika bayrağı
Belçika bayrağı — Belçikanın Dövlət bayrağı Belçika Krallığının dövlət bayrağı düzbucaqlı şəklində olub, üç bərabər şaquli zolaqdan ibarətdir. Zolaqların rəngi ardıcıl olaraq qara, sarı və qırmızıdır. Bayrağın ölçü nisbəti 13:15-dir. Qara rəng gücü təmsil edir. Sarı rəng müdriklik yolu ilə əldə edilən kamilliyin rəmzidir. Qırmızı rəng isə fədakarlıq, cəsurluq və qurbanlar vermək yolu ilə əldə edilən qələbənin tərənnümüdür. Belçikanın dövlət bayrağı rəsmi olaraq 1831-ci ilin sentyabr ayının 13-də qəbul edilmişdir.
Belçika mədəniyyəti
Belçika mədəniyyəti — Belçika ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş mədəni irs. Belçikanın ərazisində qədim kelt və qədim Romaya aid olan incəsənət abidələri mövcud olmuşdur. Ayrı-ayrı feodallıqlara parçalanmış Belçikanın şəhərləri Orta əsrlərdə sürətlə inkişaf etmiş və Avropanın mədəni mərkəzlərindən biri olmuşdur. Belçikanın Turn, Brügge, Gent, Brüssel, Antverpen və Mehelen şəhərlərində XI–XII əsrlərdə roman üslubunda, XIII–XIV əsrlərdə qot üslubunda çox əzəmətli kilsələr tikilmişdir. XIV-XV əsrlərdə Niderland mədəniyyətinin təsiri altında vahid flamand rəssamlıq məktəbi yaranmışdır və bu məktəbin yaradıcısı Yan Van Deyk idi. İntibah dövrü flamand rəssamlığının ən görkəmli nümayəndələri isə P. Bregel (Böyük) və P. Bregel (Kiçik) olmuşdur. XVII əsrdə Flandriyada T. Rombouts, A. Yansens, F. Sneyders, Y. Feyt, Y. İordans, K. Yeqer, L.van Uden, K.de Vos, D. Tenirs və K. Heysmans kimi məşhur rəssamlar olmuşdur. Bütün bunlarla yanaşı Qərbi Avropa rəssamlığının ən görkəmli nümayəndələrindən olan P. P. Rubens və A.van Deyk məhz bu dövr flamand rəssamlıq məktəbinin içərisindən çıxmışdır. XVIII əsrdə flamand ədəbiyyatı elə də inkişaf etməsə də, memarlıq, rəssamlıq və digər incəsənət sahələri xeyli irəli getmişdir. Belçikada yaşayan flamandlar da bir sıra başqa Avropa xalqları kimi azad yaşamaq, müstəqil olmaq arzusu ilə yaşayırdılar.
Belçika mətbəxi
Belçika mətbəxi — Belçika mətbəxi öz yeməkləri, fri kartofu, pivəsi ilə məşhurdur. Belçika mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Belçika mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Tipik belçika ailəsi qidanı gündə üç dəfə qəbul edir: 06:30-un və 09:00-ün arasında səhər yeməyi, 12:00 — 18:00-də nahar, 12:30 — 20:00 şam yeməyidir. Səhər yeməyinə və şam yeməyinə ailə adətən birlikdə yığılırlar. Başqa Avropa ölkələrində ki, kimi Belçikada Avropa xörək cihazlarından istifadə etməyi qəbul edilmişdir. Səhər yeməyi pendirlə buterbrodlardan ibarət olan adi kontinental səhər yeməyini təşkil edir.
Belçika şokoladı
Belçika şokoladı — Belçika şokoladı dünyada ən çox tanınan və satılan şokoladlardandır. Belçika şokalad muzeyləri ilə də məşhurdur. == Ümumi məlumat == 17-ci əsrdə indi tanıdığımız Belçika ispanların idarəsi altında idi. Bu dövrdə İspan idarəsinin başqa yerlərində olduğu kimi belçikalılar da ilk dəfə şokolad içkisi içirlər. Şokolad hələ bizim tanıdığımız formada deyildi. 19-cu əsrin birinci yarısında isə şokoladı pressləməyi və ondan bərk formalar almağı öyrənirlər. Beləcə şokoladdan tabletlər və fiqurlar hazırlayırlar. Bu dövrdə Belçikada şokolad hazırlayıb satan yerlər — chocolatier açılır ki, sonradan bir çoxu bu gün də mövcud olan böyük şokolad kompaniyalarına çevrilirlər. 19-cu əsrdin ikinci yarısında Belçika Konqonu (Afrika) kolonizə edir və ölkənin geniş kakao plantasiyalarına sahib olur. Beləcə Belçikada şokolad daha da geniş yer alır və Belçika şokoladı məşhurlaşır.
Belçika şəhərləri
Belçika şəhərlərinin siyahısı(2006)-cı il.
Belçika ədəbiyyatı
Belçika ədəbiyyatı – Belçika şair və yazıçıların Belçika mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. Belçika Avropanın "kiçik ölkə"lərindən biri olmasına baxmayaraq, bu ölkə dünya ədəbiyyatı və mədəniyyəti tarixinə bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri bəxş etmişdir. == Belçika ədəbiyyatı orta əsrlərdə == Hələ Orta əsrlərdən etibarən flamand (əvvəllər bu ölkənin adı Flandriya, oranın əhalisi isə flamandlar adlanırdı) ədəbiyyatı inkişaf etməyə başlamış və dünya ədəbiyyatı xəzinəsini bir sıra qiymətli abidələrlə zənginləşdirmişdir . İlk flamand yazılı ədəbiyyat nümunələri hələ XIII əsrin lap əvvəllərində yaranmağa başlamışdır . XIII-XIV əsrlərdə Belçikada (Flandriyada) tarixi xronikalar, xaç yürüşləri barədə epik-qəhrəmanlıq dastanları yaranmışdır . Müəllifi məlum olmayan "Okassen və Nikolet" dastanı da məhz bu dövrdə Belçikada yazılmışdır . Bunlardan başqa , qədim Flandriyada zəngin şifahi xalq ədəbiyyatı ilə yanaşı , cəngavərlik və şəhər ədəbiyyatının bir sıra nümunələri yaranmışdır. Belə ki, bu dövrdə burada fabliolar (yumoristik xalq hekayələri), xalq nəğmələri və povestləri, eləcə də cəngavərlik romanları yaranmışdır. J. de Konde və V. de Kuven bu dövrün məşhur şairləri olmuş , menestrellər yazmışlar. "Tülkünün tacqoyma mərasimi" anonim satirik-alleqorik əsəri xüsusilə diqqətəlayiqdir.
Nazim Belxoca
Netoçka Nezvanova
Netoçka Nezvanova (rus. Неточка Незванова) — Fyodor Dostoyevskinin 1849-cu ildə yazdığı tamamlanmamış romanı. Mənası Adsız heç kim deməkdir. Daha sonra Dostoyevski 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışması iddiası ilə Sibirə sürgün olunduğundan əsər yarıda qalmışdır. 1859-cu ildə Sibirdən geri dönməsinə baxmayaraq əsəri davam etdirməmişdir. İlk dəfə Ann Dunniqan 1972-ci ildə bu əsəri amerikan ingiliscəsinə tərcümə etmişdir. Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideynlərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur.
Belçika inqilabı
Belçika inqilabı (fr. Révolution belge, nid. Belgische Revolutie/opstand/omwenteling) — cənubi əyalətlərin (əsasən, keçmiş Cənubi Niderland) Niderland Birləşmiş Krallığından ayrılmasına və müstəqil Belçika Krallığının qurulmasına səbəb olan münaqişə.
Code::Blocks
Code::Blocks — GCC, Clang və Visual C++ daxil olmaqla çoxsaylı tərtibçiləri dəstəkləyən pulsuz, açıq mənbəli kross-platformalı inteqrasiya olunmuş inkişaf mühitidir. O, GUI alət dəsti kimi wxWidgets istifadə edərək C++ dilində hazırlanmışdır. Plagin arxitekturasından istifadə edərək, onun imkanları və xüsusiyyətləri təqdim olunan plaginlərlə müəyyən edilir. Hazırda Code::Blocks C, C++ və Fortran dillərinə yönəlmişdir. Code::Blocks Windows və Linux üçün hazırlanıb və FreeBSD, OpenBSD və Solaris-ə köçürülüb. macOS versiyası üçün təqdim edilən ən son binar 2013/12/26 tarixində buraxılmış 13.12-dir (Mac OS X 10.6 və sonrakı versiyalara uyğundur), lakin daha yeni versiyalar tərtib edilə bilər və MacPorts 17.12 versiyasını dəstəkləyir.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Azərbaycan-Belçika münasibətləri
Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Respublikası ilə Belçika Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir. === Müasir dövr === 31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur. 1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb. Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr 2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olub.
Azərbaycan–Belçika münasibətləri
Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Respublikası ilə Belçika Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir. === Müasir dövr === 31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur. 1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb. Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr 2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olub.
Filip (Belçika kralı)
Flip (Fransız dili: Philippe Léopold Louis Marie, Holland dili: Filip(s) Leopold Lodewijk Maria; d. 15 aprel 1960, Belvedere qalası, Laeken yaxınları) — II Albert və Kraliça Paolanın böyük oğlu. VII Belçika kralı. Flip , 1978–1981-ci illərdə Belçika Kral Hərbi Akademiyasında təhsil almışdır. 26 sentyabr 1980-ci ildə ona baş leytenant rütbəsi verilmişdir. Flip bundan sonrakı təhsilini, Oksfordda Triniti Kollecində davam etdirdi vəKaliforniya ştatının Stanford Universitetindəki aspirantura məktəbinə qatıldı və Siyasət elmləri dərəcəsi ilə 1985-ci ildə məzun oldu. 4 dekabr 1999-cu ildə Şahzadə Filipp Mathilde d'Udekem d'Acoz ilə, Brüsseldə Saint Michel kafedralında evləndi. Cütlüyün 4 övladı var. 20 ildir ki, Belçika Kraliyyət taxtında oturan atası Kral II Albert, Belçikanın müstəqillik günündə taxtını oğluna, Şahzadə Filippə verəcəyini açıqladı. Flip, 21 iyul 2013-cü il tarixində Belçikanın Kralı elan edildi.
Ukraynanın Belçika səfirliyi
Ukraynanın Belçika səfirliyi (ukr. Посольство України в Королівстві Бельгії) — Ukraynanın Belçikanın Brüssel şəhərində yerləşən səfirliyi. Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il martın 10-da Ukrayna və Belçika dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Belçika səfirliyi yaradıldı. Ukraynanın Belçikada olan fövqəldə və səlahiyyətli səfiri Nihola Toçishidir. O, 2016-cı ildən bu vəzifədədir.
Boduen (Belçika kralı)
Boduen (fr. Baudouin) və ya Saksen-Koburqlu Boduen Albert Çarlz Leopold Aksel Mari Qustav (fr. Baudouin Albert Charles Léopold Axel Marie Gustave de Saxe-Cobourg) (7 sentyabr 1930[…] – 31 iyul 1993[…]) — V Belçika kralı. == Mənbə == Conway, Martin (2012). The Sorrows of Belgium: Liberation and Political Reconstruction, 1944-1947. Oxford University Press. ISBN 978-0199694341 Wilsford, David, ed. (1995). Political Leaders of Contemporary Western Europe: A Biographical Dictionary. Greenwood Press.