Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Respublikası ilə Belçika Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Belçika münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Belçikadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Michel Peetermans | ||||
Ünvan | Bakı, ISR Plaza, Nizami küçəsi, 69 | ||||
Azərbaycandaki Belçikanin səfirliyi | |||||
Səfir | Vaqif Sadıqov | ||||
Ünvan | Brüssel, Tervüren prospekti, 282-284 | ||||
Digər | |||||
Quruluş tarixi | 17 iyun 1992 | ||||
Dövriyyə | 0,077 mlrd doll. (2022) |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir[1].
31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur[2].
1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb.
Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr 2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olub.
6-8 noyabr 2006-cı ildə İlham Əliyev Belçikada işgüzar səfərdə olub. Səfər zamanı İlham Əliyev ATƏT-in o vaxtkı sədri - Belçikanın XİN-i Karel de Quxt, Aİ şurasının Baş Katibi Xavyer Solana, Belçika senatının sədri, NATO-nun Baş Katibi ilə görüşüb. Noyabrın 7-də Brüsseldə Azərbaycan və Avropa Birliyi enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Aİ-nin əsas qərargahı Brüsseldə yerləşir və birlikdə əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycanın yüksək rəsmi şəxsi Belçikaya səfəri zamanı bu ölkənin ali rəhbərliyi ilə mütəmadi görüşmüşdür.
13 sentyabr 2006-cı ildə BMT Baş Asambleyasının 61-ci sessiyasının gündəliyinə "GUAM ölkələrində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı yeni bəndin əlavə edilməsi üçün Baş Assambleyasında keçirilmiş səsvermədə birtərəf qalıb. 21-26 noyabr, 2001-ci ildə Belçika parlamentinin Belçika-Azərbaycan parlamentlərarası dost qrupu Azərbaycanda səfərdə olub, Heydər Əliyev və digər rəsmi şəxslərlə görüşüb.
1-7 dekabr 2002-ci ildə Belçika Parlamentinin Belçika-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə Milli Məclisin Azərbaycan-Belçika dostluq qrupu Belçika Krallığına səfər edib.
25 iyun 2005-ci ildə Azərbaycanın müstəqilliyinin 10 ili ilə əlaqədar Brüsselin "Art Kiosk" qalereyasında 12 azərbaycanlı rəssam Fərhad Fərzəliyevin rəsm əsərlərinin sərgisi keçirilib.
29 yanvar 2002-ci ildə Brüsselin "Palais des Beaux-Arts" sarayında muğan ustası Alim Qasımovun konserti keçirilib. Tədbir çərçivəsində fotoqraf F.Məmmədovun fotosərgisi və Azərbaycan milli mətbəxinin təqdimatı olub.
24-27 mart 2004-cü ildə BDU-nun rektoru Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Universitetləri Assosiasiyasının prezidenti E.Frankmentin dəvəti ilə Belçikaya səfər edib.
Konsulluq məsələləri Azərbaycan Respublikasının Belçikadakı və Belçikanın Türkiyə və Azərbaycandakı səfirlikləri vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar Namazov olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Elxan Süleymanov işçi qrupunun rəhbəridir[3].
Belçika parlamentində isə Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Blanşardır.
4 oktyabr 2011-ci il tarixində Belçika Krallığının Xarici İşlər Nazirliyinin siyasi əlaqələr üzrə baş direktoru Geert Muyle Bakıya səfər etmiş və Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, Xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Mahmud Məmməd-Quliyevlə görüşmüş, beynəlxalq və regional münasibətlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Ticarət əlaqələri | 2008-ci il | 2009-cu il | 2010-cu il | 2011-ci il |
---|---|---|---|---|
Xarici ticarət dövriyyəsi | 60.86 | 74.1 | 45 786.7 | 59 729.1 |
İdxal | 59.8 | 57.1 | 44 500.0 | 56 840.2 |
İxrac | 1.06 | 17 | 1286.7 | 2 880.9 |
Ticarət saldosu | -58.74 | -40 | -43 213.3 | -53 959.3 |
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[5] | 1 174,23 | 48 406,36 | 49 580,59 |
2021[6] | 33 156,47 | 58 343,17 | 91 499,64 |
2022[7] | 11 041,12 | 66 307,60 | 77 348,72 |