Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lankasterli Blanka
Lankasterli Blanş (ing. Blanche of Lancaster) (d. 25 mart 1342 – ö. 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76.
Blanka, Klara və Kandida
Blanka, Klara və Kandida — novella ilkin variantda "Hakendovr zəvvarları" adı altında "Ulenşpigel" jurnalında çap olunmuşdur. Bu topluya daxil olan həcmcə ən kiçik əsərdir. Söhbət "Flamand əfsanələri" toplusundan gedir. Bu, topluya daxil olan dörd əsərdən biridir. Müəllifi Şarl de Koster olmuşdur. Bu novella poetik səciyyəli bir əsərdir. Bu novellanın birinci hissəsi arxaik, qalan iki hissəsi isə müasir fransız dilində yazılmışdır. Bu əsərdə üç bacının Hakendovrda kilsə tikməklərindən bəhs edir. Bu novellanın əsasını təşkil edən əfsanəni həmin kilsənin ruhaniləri 1472-ci ildə latın dilində qələmə almışdırlar.
Belavia
Belaviya (belar. Белавія) — Belarusa məxsus olan milli aviasiya şirkəti. Qərargahı Minsk məhərində yerləşir. 1996-cı ildə təşkil edilmişdir. Minsk Beynəlxalq Hava Limanından beynəlxalq reyslər həyata keçirir. Bütöv adı «Belaviya avia» Açıq Səhmdar Cəmiyyəti. Şirkət yaxın və uzaq ölkələrdə 17 nümayəndəliyi mövcuddur. Son zamanlar ilbəil sərnişin daşımada artım müşahidə edilir. Əgər 2010-cü ildə sərnişinlərin sayı 968 000 nəfər idisə 2013-ci ildə sərnişinlərin sayı 1,613 milyona çatmışdır. == Tarixi == Belarus mülki aviasiyasının tarixi 7 noyabr 1933 ildən başlayır.
Beljika
Beljika (fr. Montagnes Belgica, ing. Belgica Mountains) — Şərqi Antarktidada Kraliça Mod Torpağının şərqində yerləşən dağ silsiləsi. Riser–Larsen dənizi sahilindən 300 km aralıda yerləşir. Şimaldan cənuba 40 km məsafədə uzanır. Buzlağın qalınlığı 100—300 metrdir. Ən hündür zirvəsi Viktor dağıdır (2590 (2588)). Silsilə ilk dəfə 1958-ci ildə Belçika antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. Dağlar 1897—1899-ci illərdə Adrien de Jerlaşın iştirak etdiyi ekspedisiyanın gəmisi olan Belijanın şərəfinə adlandırılmışdır.
Belçika
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Jelonka
Jelonka (ing. bailer; alm. Schmantbüchse, Schöpfbüchse, Schöpflöffel‎) — keçmişdə: quyulardan neft çıxarmaq üçün işlədilən vedrəyə oxşayan uzunsov qab.
Byanka
Byanka (əsl adı Tatyana Eduardovna Lipniskaya; 17 sentyabr 1985, Minsk) — R&B üslubunda belorus əsilli Rusiya müğənnisi.
Banka
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Blank
Blank – [fr. blanc – ağ]: == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s. == Xarici keçidlər == Blank nədir?
Belinda Brooks
Belinda Brooks (d. 3 fevral 1977) — Avstraliyanı təmsil edən su poloçusu. Belinda Brooks, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Belinda Brooks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Belinda Bruks
Belinda Brooks (d. 3 fevral 1977) — Avstraliyanı təmsil edən su poloçusu. Belinda Brooks, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Belinda Brooks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Belçika Konqosu
Belçika Konqosu (fr. Congo belge; nid. Belgisch-Kongo) - 1908-1960-cı illərdə Mərkəzi Afrikada yerləşmiş Belçika krallığının koloniya dövləti. Belçika kralı II Leopold tərəfindən krallığının müstəmləkəsinə çevirilən ölkənin paytaxtı kralın şərəfinə Leopoldvil adlandırılmışdır. 1960-cı ilin 30 iyun tarixində yerli siyasi xadimlərin rəhbərliyində Konqonun müstəqilliyi elan edilmiş və Yozef Kasavubu prezident, Patris Lumumba isə baş nazir seçilmişdir. Günümüzdə Belçika Konqosunun mövcud olduğu ərazilərdə Konqo Demokratik Respublikası yerləşməkdədir.
Belçika Krallığı
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçika bayrağı
Belçika bayrağı — Belçikanın Dövlət bayrağı Belçika Krallığının dövlət bayrağı düzbucaqlı şəklində olub, üç bərabər şaquli zolaqdan ibarətdir. Zolaqların rəngi ardıcıl olaraq qara, sarı və qırmızıdır. Bayrağın ölçü nisbəti 13:15-dir. Qara rəng gücü təmsil edir. Sarı rəng müdriklik yolu ilə əldə edilən kamilliyin rəmzidir. Qırmızı rəng isə fədakarlıq, cəsurluq və qurbanlar vermək yolu ilə əldə edilən qələbənin tərənnümüdür. Belçikanın dövlət bayrağı rəsmi olaraq 1831-ci ilin sentyabr ayının 13-də qəbul edilmişdir.
Belçika mədəniyyəti
Belçika mədəniyyəti — Belçika ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş mədəni irs. Belçikanın ərazisində qədim kelt və qədim Romaya aid olan incəsənət abidələri mövcud olmuşdur. Ayrı-ayrı feodallıqlara parçalanmış Belçikanın şəhərləri Orta əsrlərdə sürətlə inkişaf etmiş və Avropanın mədəni mərkəzlərindən biri olmuşdur. Belçikanın Turn, Brügge, Gent, Brüssel, Antverpen və Mehelen şəhərlərində XI–XII əsrlərdə roman üslubunda, XIII–XIV əsrlərdə qot üslubunda çox əzəmətli kilsələr tikilmişdir. XIV-XV əsrlərdə Niderland mədəniyyətinin təsiri altında vahid flamand rəssamlıq məktəbi yaranmışdır və bu məktəbin yaradıcısı Yan Van Deyk idi. İntibah dövrü flamand rəssamlığının ən görkəmli nümayəndələri isə P. Bregel (Böyük) və P. Bregel (Kiçik) olmuşdur. XVII əsrdə Flandriyada T. Rombouts, A. Yansens, F. Sneyders, Y. Feyt, Y. İordans, K. Yeqer, L.van Uden, K.de Vos, D. Tenirs və K. Heysmans kimi məşhur rəssamlar olmuşdur. Bütün bunlarla yanaşı Qərbi Avropa rəssamlığının ən görkəmli nümayəndələrindən olan P. P. Rubens və A.van Deyk məhz bu dövr flamand rəssamlıq məktəbinin içərisindən çıxmışdır. XVIII əsrdə flamand ədəbiyyatı elə də inkişaf etməsə də, memarlıq, rəssamlıq və digər incəsənət sahələri xeyli irəli getmişdir. Belçikada yaşayan flamandlar da bir sıra başqa Avropa xalqları kimi azad yaşamaq, müstəqil olmaq arzusu ilə yaşayırdılar.
Belçika mətbəxi
Belçika mətbəxi — Belçika mətbəxi öz yeməkləri, fri kartofu, pivəsi ilə məşhurdur. Belçika mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Belçika mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Tipik belçika ailəsi qidanı gündə üç dəfə qəbul edir: 06:30-un və 09:00-ün arasında səhər yeməyi, 12:00 — 18:00-də nahar, 12:30 — 20:00 şam yeməyidir. Səhər yeməyinə və şam yeməyinə ailə adətən birlikdə yığılırlar. Başqa Avropa ölkələrində ki, kimi Belçikada Avropa xörək cihazlarından istifadə etməyi qəbul edilmişdir. Səhər yeməyi pendirlə buterbrodlardan ibarət olan adi kontinental səhər yeməyini təşkil edir.
Belçika şokoladı
Belçika şokoladı — Belçika şokoladı dünyada ən çox tanınan və satılan şokoladlardandır. Belçika şokalad muzeyləri ilə də məşhurdur. == Ümumi məlumat == 17-ci əsrdə indi tanıdığımız Belçika ispanların idarəsi altında idi. Bu dövrdə İspan idarəsinin başqa yerlərində olduğu kimi belçikalılar da ilk dəfə şokolad içkisi içirlər. Şokolad hələ bizim tanıdığımız formada deyildi. 19-cu əsrin birinci yarısında isə şokoladı pressləməyi və ondan bərk formalar almağı öyrənirlər. Beləcə şokoladdan tabletlər və fiqurlar hazırlayırlar. Bu dövrdə Belçikada şokolad hazırlayıb satan yerlər — chocolatier açılır ki, sonradan bir çoxu bu gün də mövcud olan böyük şokolad kompaniyalarına çevrilirlər. 19-cu əsrdin ikinci yarısında Belçika Konqonu (Afrika) kolonizə edir və ölkənin geniş kakao plantasiyalarına sahib olur. Beləcə Belçikada şokolad daha da geniş yer alır və Belçika şokoladı məşhurlaşır.
Belçika şəhərləri
Belçika şəhərlərinin siyahısı(2006)-cı il.
Belçika ədəbiyyatı
Belçika ədəbiyyatı – Belçika şair və yazıçıların Belçika mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. Belçika Avropanın "kiçik ölkə"lərindən biri olmasına baxmayaraq, bu ölkə dünya ədəbiyyatı və mədəniyyəti tarixinə bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri bəxş etmişdir. == Belçika ədəbiyyatı orta əsrlərdə == Hələ Orta əsrlərdən etibarən flamand (əvvəllər bu ölkənin adı Flandriya, oranın əhalisi isə flamandlar adlanırdı) ədəbiyyatı inkişaf etməyə başlamış və dünya ədəbiyyatı xəzinəsini bir sıra qiymətli abidələrlə zənginləşdirmişdir . İlk flamand yazılı ədəbiyyat nümunələri hələ XIII əsrin lap əvvəllərində yaranmağa başlamışdır . XIII-XIV əsrlərdə Belçikada (Flandriyada) tarixi xronikalar, xaç yürüşləri barədə epik-qəhrəmanlıq dastanları yaranmışdır . Müəllifi məlum olmayan "Okassen və Nikolet" dastanı da məhz bu dövrdə Belçikada yazılmışdır . Bunlardan başqa , qədim Flandriyada zəngin şifahi xalq ədəbiyyatı ilə yanaşı , cəngavərlik və şəhər ədəbiyyatının bir sıra nümunələri yaranmışdır. Belə ki, bu dövrdə burada fabliolar (yumoristik xalq hekayələri), xalq nəğmələri və povestləri, eləcə də cəngavərlik romanları yaranmışdır. J. de Konde və V. de Kuven bu dövrün məşhur şairləri olmuş , menestrellər yazmışlar. "Tülkünün tacqoyma mərasimi" anonim satirik-alleqorik əsəri xüsusilə diqqətəlayiqdir.
Boyanka Kostova
Boyanka Kostova (10 may 1993, Plovdiv) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet, 3 dəfə Dünya Çempionatının, 8 dəfə isə Avropa Çempionatının qalibi. == Karyerası == Boyanka Kostova 2009-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 15 yaşında Avropa Çempionatlarında debüt edən Boyanka Kostova ümumi nəticədə 180 Kg. (78+102) nəticə göstərdi. Bu nəticələrə əsasən Boyanka Kostova Avropa Çempionatını 15 idmançı sırasında beşinci pillədə başa vurdu. Həmin il Boyanka Kostova Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birdən qaldırmada gümüş medala, təkanla qaldırmada qızıl medala sahib oldu, ümumi nəticədə isə turniri 186 Kg. (81+105) nəticə ilə qızıl medalla başa vurdu. 2010-cu ilin aprelində Boyanka Kostova Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırmada bürünc medala, təkanla qaldırmada isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 199 Kg. (87+112) nəticə ilə Avropa Çempionatını gümüş medalla başa vurdu.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Melanya Tramp
Melanya Tramp (ing. Melania Trump; qızlıq soyadı — Knaus (slov. Knavs); d. 26 aprel 1970[…], Novo-Mesto[d], Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — sloveniyalı fotomodel, qol saatlarının və zərgərlik məmulatlarının dizayneri, ABŞ-nin keçmiş prezidenti Donald Trampın həyat yoldaşı.
Miroslav Zelinka
Miroslav Zelinka — Çexiyalı futbol hakimi. Qarabağ FK - İnter Milan FK oyununda verdiyi mübahisəli qərarları ilə məşhurdur.
Sedanka adası
Sedanka adası (ing. Sedanka Island, aleut. Sidaanax̂) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Unalaşka adası yaxınlığında yerləşir. Sahəsi 103,31 km²-dir. Adanın uzunluğu 16,6 km-dir. Maksimal hündürlüyü 410 metrdir. Adada yaşayış yoxdur.
Valeri Belenki
Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969, Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına, 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib. == İdmançı karyerası == Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub. 14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb. Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb.