Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beril
Beril — mineral, Al2Be3[Si6O18]. == Haqqında == Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır.
Beril Dedeoğlu
Beril Dedeoğlu (tam adı Hatice Beril Dedeoğlu; 9 dekabr 1961, Ankara – 13 mart 2019, İstanbul) — Türk akademik, yazıçı və siyasətçi.
Berinq
== Şəxslər ==
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Bertol.
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.
Birili
Birili — Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Bəbila
Bəbila (ərəb. ببيلا‎) — Suriyada şəhər, Dəməşq mühafazasının Mərkəz Dəməşq məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 10.600 ailədə 26.266 nəfəri kişilər və 24.614 nəfəri qadınlar olmaqla cəmi 50.880 nəfərdir.
Bərikə
Bərikə (ərəb. بريكة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 450 metr (1,480 ft) yüksəklikdə yerləşir. Bərikə ölkənin paytaxtı Əlcəzairdən təxminən 255 kilometr (158 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 104,388 nəfər yaşayır. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Biskra şəhərində yerləşir.
Bərkli
Bərkli - Talin rayonunda dağ adı. Monqol dilində börük parçalanmış daşlı yüksəklik sözündəndir. Bax: Bork. Toponimin türk dillərində bayrak bitgili qobu, yarğan sözündən ibarət ola bilməsi də mümkündür. == Həmçinin bax == Alagöz dağı == Ədəbiyayt == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960.
Bərzul
Bərzul — İranın Həmədan ostanının Nahavənd şəhristanının Zərrindəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,729 nəfər və 728 ailədən ibarət idi.
Perikl
Perikl (yun. Περικλῆς, περί + κλέος — "şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495 və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə. Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb. Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi.
Perilla
Perilla (lat. Perilla) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Perilla toxumlarında 40-54% tez quruyan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal vardır.Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tətbiq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir. Perilla yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliqrafiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolyasiya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı kimi (his vermədiyinə görə) istifadə edilir.
Serial
Serial — bir neçə bir biri ilə bağlı və ya bağlı olmayan hissədən ibarət olan sənət əsəri.
Skrill
Skrill (2011-ci ilə qədər - "Moneybookers") - yalnız elektron poçt ünvanından istifadə etməklə pul göndərmək və almaq imkanı verən elektron ödəmə sistemidir. Londonda 18 iyun 2001-ci ildə yaradılmışdır. İstifadəçilər kredit və debet kartlardan pul göndərə və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan bir çox ölkələrdəki bank hesabından pul köçürmələri edə bilirlər. Şəxsi hesabı olan iştirakçılar üçün Skrill demək olar pulsuzdur (iştirakçılar arasında pul köçürmələri maksimum 20 avroya başa gəlir). İşgüzar hesablar ixtisaslı iddiaçılar üçün əlyetərdir və qəbul edilən ödəmələrdən komissiya tutulur. Pulun hesabdan çıxarılması VİSA kredit və ya debet kartına bank çekiylə və ya bir çox ölkələrə beynəlxalq SWIFT -pulköçürmələr ilə icra edilə bilər. Təhlükəsizlik tədbiri olaraq Skrill standartı istifadəçinin hesabından pulköçürmələrin maksimal məbləğini məhdudlaşdırır. Bir çox rəqib xidmət sistemindən fərqli olaraq (onlayn ötürmə vasitələri) Skrill servisdən istifadə olunmasından öncə şəxsin yoxlanılmasını tələb edir; bu, fırıldaqçılıq ehtimalını minimuma endirir və çirkli pulların yuyulmasının qarşısını alır. Əlavə yoxlama addımları istifadəçinin hesabından pulköçürmələrin ümumi məbləğini 90 gün ərzində tədricən 50 min avro ekvivalentədək yüksəldir, sonrasında isə, əlavə yoxlamadan sonra, limitlər sistem istifadəçisinin xahişi ilə tam aradan qaldırıla bilər. 2015-ci ildə elan edilmişdi ki, Optimal Payments Plc şirkəti Skrill ödəmə sistemini almaq üçün barədə razılıq əldə etmişdir.
Şərili
Şərili — aşıq havası. Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir, Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var.
Kerrill
Kerrill (vall Caireall mac Curnain; V əsr) — xristian missioneri. İndiki Qoluey qraflığının şərq hissəsində fəaliyyət göstərmişdir. Kerrill Klonkinerildə erkən təməl qoymuşdur. Orada kilsə və xaç bazası var idi. Onun anım günü 13 iyundur.
Baill.
Ernest-Anri Bayon (fr. Henri Ernest Baillon; 30 noyabr 1827[…], Kale – 19 iyul 1895[…], Paris) — Fransa botaniki. == Elmi fəaliyyəti == 4000-dən yuxarı takson təsnif edən Ernest-Anri Bayon toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Henri Ernest Baillon: Adansonia, recueil périodique d’observations botaniques. Paris, 1866–1870 (10 томов) (fr.) Henri Ernest Baillon: Dictionnaire de botanique. Paris, 1876–1892 (4 тома) (fr.) Henri Ernest Baillon: Étude générale du groupe des Euphorbiacées. 1858 (fr.) Henri Ernest Baillon: Histoire des plantes. 1866–1895 (13 томов) (fr.) Henri Ernest Baillon: Histoire naturelle des plantes de Madagascar. (3 тома) (fr.) Henri Ernest Baillon: Iconographie de la flore française. 1885–1894 (fr.) Henri Ernest Baillon: Recherches organogéniques sur la fleur femelle des Conifères.
Dərili (Xudafərin)
Dərili (fars. دریلو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 429 nəfər yaşayır (84 ailə).
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Enn (serial)
Enn (ing. Anne with an E) — Lucy Maud Montgomery'nin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradılıb və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib. Teleserialda kimsəsizlik, psixoloji travmalar və gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur. 1896-cı ildə bacı-qardaş Mattheu və Marilla Cuthbert təsərrüfatın işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız - Enn yalnız bir neçə aylıq olarkən ailəsi ölüb və Enn bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışıb. Mattheu Ennin qalmasını istəsə də, Marilla Ennə güvənmir, çünki o, yararsız bir yetimdir. Daha sonra Ennin səhvini tuturlar, Enni yenidən uşaq evinə göndərirlər. Daha sonra Enn haqqında yanıldıqlarını başa düşürlər və Enni tapmağa çalışırlar.
Hvaran (serial)
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. == Süjet == Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Kessi Bernall
Kessi Bernall (6 noyabr 1981, Uit-Ridj[d], Kolorado – 20 aprel 1999, Kolumbayn[d]) — 1999-cu ilin, aprel ayının 20-si Kolumbiya məktəbində baş vermiş qətliamda həlak olmuşdur. == Həyatı == Kessi Bernall 1981-ci ilin 6 noyabrında anadan olmuşdur. Kessi, qısa həyatının bir dönəmini narkomaniyaya, cadu və qəddar fantaziyalara ayırmışdı. Kessi Bernall 1999-cu ildə baş vermiş dəhşətli qətliamda həlak olmuşdur. Öldürüldüyü gündən əvvəlki gecə Kessinin yazdığı və növbəti gün rəfiqəsi Amandaya ötürdüyü qeydində yazılıb: "Səmimi qəlbdən mən tamamilə Tanrı üçün yaşamaq istəyirəm. Bu çətin və dəhşətlidir amma buna dəyər." "O "bəli" dedi" kitabı, ailəsi tərəfindən Kessi üçün yazılmışdır. == Ölümü == 1999-cu ildə baş vermiş qətliamda, qatillərdən biri Kessiyə yaxınlaşaraq silahı onun başına dayayır və ona "Tanrıya inanırsan?" sualını verir. Kessi, cavabında "Bəli." demişdi və bundan sonra qatil Kessinin həyatına son qoymuşdu.
Kolşəkilli perilla
Kolşəkilli perilla (lat. Perilla frutescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin perilla cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Perilla frutescens var. crispa (Thunb.) H.Deane Perilla frutescens var. frutescens Perilla frutescens var.
Kuzgun (serial)
Kuzgun — 13 fevral 2019-cu ildən etibarən Star TV-də yayımlanmağa başlayan Türkiyə istehsalı teleserial. Serial 16 oktyabr 2019-cu ildə sona çatmışdır.
Lavrenti Beriya
Lavrenti Pavloviç Beriya (gürc. ლავრენტი პავლეს ძე ბერია; 17 (29) mart 1899, Merxeuli[d], Kutaisi quberniyası – 23 dekabr 1953 və ya güm. 26 iyun 1953, Moskva) — dövlət və siyasi xadimi, Baş Dövlət Təhlükəsizliyi Komissarı (1941), Sovet İttifaqı Marşalı (1945), Sosialist Əməyi Qəhrəmanı (1943). == Fəaliyyəti == SSRİ Nazirlər Soveti Sədrinin müavini (1946–1953), SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini (1953). SSRİ Dövət Müdafiə Komitəsinin üzvü (1941–1944), SSRİ Dövət Müdafiə Komitəsi sədrinin müavini (1944–1945). VII çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü, I–III çağırış SSRİ Ali Sovetinin deputatı. ÜİK(b)P MK üzvü (1934–1953), MK Siyasi Bürosu üzvlüyünə namizəd (1939–1946), Siyasi Büro üzvü (1946–1953). İosif Stalinə yaxın insanlardan biri olub. Stalinin tapşırığı ilə bir sıra vacib sahələrə, o cümlədən nüvə silahının yaradılmasına rəhbərlik edib. Stalinin vəfatından bir qədər sonra şpionajlıqda və hakimiyyəti ələ keçirməkdə ittiham edilərək həbs edilib.