Birili

BiriliTiflis quberniyasının Qori qəzasında kənd adı.

Birili

Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır. İrəvan quberniyasında Aşağı Pirülü və Yuxarı Pirülü Qəbələ rayonunda Pirəli kənd adları ilə eynidir.[1]

  1. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan", 2008