Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəmilə Əsədova
Cəmilə Əbülfəz qızı Əsədova (6 mart 1964) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı "Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı" laboratoriyasının Aparıcı elmi işçisi. == Həyatı == Cəmilə Əsədova 6 mart 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1986-ci ildə oranı fərqlənmə diplomu ilə riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1986-ci ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, sonra elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 2012-ci ildə o, "Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri" ixtisası üzrə AMEA-nın müxbir üzvü, professor K.R.Ayda-zadənin rəhbərliyi altında "Boru nəql sistemlərində keçid proseslərinin tədqiqi və optimal idarə edilməsinin ədədi üsulları" mövzusunda dissertasiya işini müdafiə etmiş və riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. BDU-da ali riyaziyyatdan dərs deyir. Hazırda AMEA İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda "Determinik sistemlərdə qərar qəbul etmənin ədədi üsullari" laboratoriyasının aparıcı elmi işçısı vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. C.Ə. Əsədova 42 elmi əsərin və 1 monografiyanın müəllifidir. Məqalələrin bir neçəsi Science Citation Index siyahısına daxil olan jurnallarda (məsələn, «Автоматика и телемеханика», "Turkic World Math.
Məleykə Əsədova
Məleykə Əsədova (tam adı: Məleykə Əlifağa qızı Əsədova; 23 aprel 1966, Neftçala) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2000). == Həyatı == Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır: Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə), Sədəf (Sultanqulu körpüsü, İsi Məlikzadə), Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya).1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Onun səhnə rolları bioqrafiyasına Akademik teatrda ifa etdiyi aşağıdakı rollar daxildir: Dilarə ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Şahanə ("Ana intiqamı", Vidadi Babanlı), Kordeliya ("Kral Lir", Uilyam Şekspir), Şirin ("Fərhad və Şirin", Səməd Vurğun), Selcan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Çılğın ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Züleyxa və Kleopatra ("Misir gecələri", Məmməd Səid Ordubadi, Nazim Hikmət, Uilyam Şekspir), Nurcahan ("Mənim günahım", İlyas Əfəndiyev), Qadın ("Cəhənnəm sakinləri", Elçin).Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalarda müxtəlif obrazlar yaratmışdır: Jalə ("Yad qızı", Orxan Kamal), Əfsanə ("İtkin gəlin" Əlibala Hacızadə), Cavidan ("Dodaqdan qəlbə", Rəşad Nuri Güntəkin), Sara ("Apardı sellər Saranı", Kəmalə Ağayeva), Xurşidbanu Natəvan ("Güllələnmiş heykəllər", Hüseynbala Mirələmov)Məleykə Əlifağa qızı Əsədova 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. Prezident mükafatçısıdır. 2014-cü ildə Cəfər Cabbarlı adına Mükafata layiq görülüb.30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Nərgiz Əsədova
Nərgiz Əsədova (tam adı: Nərgiz Zakir qızı Əsədova; d. 28 noyabr 1980, Tripoli, Liviya) — Azərbaycan əsilli Rusiya jurnalisti. == Həyatı == 1980-ci il 28 noyabrda Liviyanın Tripoli şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunu bitirib. 2004-cü ildə "Kommersant" qəzetinin beynəlxalq şöbəsinə işə götürülüb. 2007-ci ilin avqustundan 2009-cu ilin iyun ayına qədər ABŞ-nin Vaşinqton şəhərində RİA Novosti bürosunun rəhbərinin müavini vəzifəsində çalışmışdır.
Qızbəs Əsədova
Əsədova Qızbəs Zülfüqar qızı (1916, Laçın rayonu – 11 dekabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi. == Həyatı == Qızbəs Əsədova 1916-cı ildə Laçın rayonunda anadan olub. 1937-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə işi fakültəsini bitirib. Təyinatla Qusar rayonuna göndərilən Qızbəs Əsədova həkim kimi əmək fəaliyyətinə başlayıb. İkinci dünya müharibəsinin qara xəbəri bütün Azərbaycanı bürüyəndə gənc vətənpərvər həkim könüllü olaraq cəbhəyə getmiş, müxtəlif hospitallarda çalışmış minlərlə döyüşçüyə həyat bəxş etmişdir. 1951-ci il oktyabrın 8-dən Bakıdakı M.Hüseynov adına 3 saylı şəhər poliklinikasına baş həkim təyin olunub. 2002-ci il mayın 23-də işdən azad olunub. Poliklinikada baş həkim işlədiyi dövrdə eyni zamanda Yasamal rayon Veteranlar Şurasının sədri olub. Respublikanın əməkdar həkimi fəxri adına layiq görülüb. "Qırmızı Əmək Bayrağı ordeni (Azərbaycan SSR)", "II dərəcəli Böyük Vətən müharibəsi" ordenləri və müxtəlif medallarla təltif olunub.
Rəna Əsədova
Rəna Şərif qızı Əsədova (25 yanvar 1962) — texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu-nun "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin müdiri, dosent. == Həyatı == Əsədova Şərif qızı Rəna 25 yanvar 1962-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-1979-cü illərdə orta məktəbdə təhsil almış, 1979-1985-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 1980-2003-cü illərdə Sumqayıt Dövlət Universitetində (keçmiş Az NKİ-nun Sumqayıt filialı, sonradan Azərbaycan Sənaye İnstitutu) laborant, baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmışdır. 2001-ci ilin oktyabr ayında "Sənaye obyektlərinin idarə sistemləri üçün bütöv maqnit keçiricili ikiölçülü elektromaqnit böyük yerdəyişmələr çeviricisinin işlənilməsi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə dosentlik diplomu almışdır. 2003-cü ilin yanvar ayından AMEA-nın Kibernetika İnstititunda "Kommunikasiya şəbəkələrinin modelləşdirilməsi" laboratoriyasında elmi işçi vəzifəsində, 2004-cü ildən bu günə kimi "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin rəhbəri vəzifəsində çalışır. Hal-hazırda "Ştanqlı dərinlik nasosları ilə layın istismarı zamanı neft hasilatı prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda doktorluq dissertasiya işi üzərində çalışır. 34 elmi məqalənin, o cümlədən, 2 respublika və bir Avrasiya patentinin, bir metodik vəsaitin müəllifidir. Məqalələri Respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Ailəlidir.
Səbinə Əsədova
Səbinə Çingiz qızı Əsədova (29 noyabr 1977, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı (2018-2020), "Tərəqqi" medalı lauratı (2021), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti (2000–2018), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının baş müəllimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadmeiyasının nəzdnində Şövkət Məmmədova adına Opera studiyasının direktoru, opera müğənnisi, mezzo-soprano. == Həyatı == Səbinə Əsədova Çingizovna 1977-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbini, 1995-ci ildə isə Bakı şəhər Q.Şaroyev adına 35 nömrəli musiqi məktəbini bitirib. 1995–2001-ci illərdə bakalavr pilləsi üzrə dosent Sevda Məmmədovanın sinifində, 2001–2003-cü illərdə magistr pilləsi üzrə SSRİ xalq artisti, professor Fidan Qasımovanın sinifində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin "solo oxuma" ixtisası üzrə təhsil alıb . 2000-ci ildən 2018-ci ilə dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti vəzifəsində çalışıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: Jorj Bizenin "Karmen" operasında Mersedes, Cüzeppe Verdinin "Trubadur" operasında Azuçena, "Riqoletto" operasında Maddalena və Çeprano, "Traviata" operasında Flora, "Don Karlos" operasında Emilia və Eboli, Volfqanq Amadey Motsartın "Hamı belə edir" operasında Dorabella, "Sehrli fleyta" operasında 2-ci xanım, "Fiqaronun toyu" operasında Marselina, Qaetano Donizettinin "Sevgi şərbəti" operasında Gianetta, Coakkino Rossininin "Sevilya bərbəri" operasında Berta, Cakomo Puççininin "Madam Butterfly" operasında Suzuki, "Canni Skikki" operasında Zita,"Il Tabarro" operasında Fruqola, Pyotr İliç Çaykovskinin "Qaratoxmaq qadın" operasında Qrafinya və Polina, Fikrət Əmirovun "Sevil" operasında Gülüş. Səbinə Əsədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansambları ilə çıxış edib. Onun repertuarı barokko dövründən tutmuş muasir bəstəkarlarınin əsərlərinə kimi opera və kamera musiqisini əhatə edir. Rusiya, İtaliya, İsveçrə və Azərbaycanda keçirilən opera ifaçılığı üzrə dünya şöhrətli sənətkarlardan: İrina Doljenko, Françeska Patane, Anatoliy Qusev, Luybov Stuçevskayadan ustad dərsləri almışdır.