Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meral Danış Beştaş
Meral Danış Beştaş (5 aprel 1967, Mazıdağı[d], Mardin ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Meral Danış Beştaş 5 aprel 1967-ci ildə Mardin ilinin Mazıdağı ilçəsində anadan olub. 1990-cı ildə Dicle Universiteti Hüquq Bölməsindən məzun olub. Diyarbəkirdə hüquqşünas olaraq çalışıb. Diyarbəkir Vəkillər Kollegiyası İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. İnsan Hüquqları Dərnəyinin üzvü olub. 1999-cu ildə Almaniyanın Weimar İnsan Hüquqları Ödülünə layiq görülüb. Dəfələrlə platformalarda və tədbirlərdə insan hüquqları və qadın hüquqları mövzularında məruzələrlə çıxış edib. HDP həmsədrinin müavini, HDP Hüquq və İnsan Haqları Komissiyasının sədri olub. 30 yanvar 2017-ci ildə Kobani hadisələrinə görə HDP İdarə Heyətinə qarşı açılan istintaq çərçivəsində saxlanılıb və "silahlı terror qrupuna üzv olmaq" iddiası ilə həbs edilib.