Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Bobogil
Xorasqan və ya Bobogil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Bobrovia
Yonca (lat. Trifolium) – paxlakimilər fəsiləsinə aid bitki cinsi.Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (Medicaqo sativa L.) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (Trifolium pratense L.) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çok bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var. == Əhəmiyyəti == Azərbaycanda şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80–85%-dir, qalan 15–20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir.
Bobrovıye daşları
Bobrovıye daşları — Komandor adalarının tərkibinə daxil olan adadan ibarət olan qrup. Mednı adasının şimal-şərqində yerləşir. Adalar Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adalar öz növbəsində hündür qayalıqlardan ibarətdir. Çəkilmə zamanı adalar bir-biri ilə birləşir. Mednı adası ilə aralarında olan boğaz çəkilmə zamanı belə mövcudluğunu saxlayır. Boğazın eni 0,2 km təşkil edir. Adalar bir km məsafədə uzanır. Gilli çimərliklərlə birlikdə uzunluğu 1,3 km-dir.
Boqovin gölü
Boqovin gölü (mak. Боговинско Езеро) — Rudako-Planina dağlarında yerləşən göl. Gölün yerləşdiyi ərazi öz növbəsində Şar-Planina dağ massivində qərarlaşır. Buzlaq mənşəlli göldür. Buzlaqların çəkilməsi nəticəsində formalaşmışdır. Makedoniyanın şimal-qərbində Boqovine rayonu Nivi-Selo kəndi ərazisində yerləşir. Yüksək dağ gölüdür. Bu səbəbdən ətrafında əsasən alp çəmənlikləri yayılmışdır. == Xüsusiyyətləri == Göl uzunsov formaya malikdir. Borislaves və Malaya Smreka dağları arasında yerləşir.
Jurinea bobrovii
Jurinea bobrovii (lat. Jurinea bobrovii) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Nevena Bojoviç
Nevena Bojoviç (serb. Nevena Božović, Невена Божовић; d. 15 iyun 1994, Mitrovitsa, Kosovo, Serbiya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Serbiya müğənnisi və bəstəkar. O, "Piši mi" mahnısı ilə Serbiyanı 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və üçüncü yeri tutmuşdur. Nevena 2012-ci ildə Serbiyanın Prvi glas Srbije səs yarışmasındakı iştirakından sonra tanınmağa başlamışdır. Bunun ardınca Bojoviç və onun iştirak etdiyi səs yarışmasındakı digər finalçılar olan Mirna Raduloviç və Sara Yovanoviç Moje 3 qrupunun üzvü kimi "Ljubav je svuda" mahnısı ilə Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup yarımfinalda 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir. Nevena növbəti dəfə solo ifaçı kimi "Kruna" mahnısı ilə Serbiyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Nevena Bojoviç 15 iyun 1994-cü ildə Kosovonun Mitovitsa şəhərində dünyaya göz açmışdır. O, musiqi təhsilini Belqrad İncəsənət Universitetində almışdır.
Kruna (Nevena Bojoviç mahnısı)
Kruna (azərb. Tac‎) — Serbiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Nevena Bojoviç "Kruna" mahnısı ilə Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Bojoviçə aiddir.