Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Bobogil
Xorasqan və ya Bobogil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Bobrovia
Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Bobolis
Bobolitse (alm. Bublitz) — Polşada, Kozalin qraflığının Qərbi Pomeraniya Voyevodalığının tərkibində yerləşən şəhər. Şəhər-kənd kommunası statusuna malikdir. Ərazisi 4,62 km² əhatə edir. 2021-ci ilin dekabr ayından etibarən əhalisi 3.896 nəfər idi. == Tarixi == Ərazi 967-ci ildə ilk hökmdarı I Meşko dövründə yaranan Polşa dövlətinin bir hissəsi oldu. Polşa kiçik knyazlıqlara bölündükdən sonra Pomeraniya hersoqluğunun bir hissəsi oldu. 1339-cu ildə Kamenski Knyaz-yepiskopluğunun bir hissəsi oldu. 1340-cı ildə ona şəhər statusu verildi. 1370-ci ildə Tevton Cəngavərlərinə keçdi və 1411-ci ildə Şahzadə VIII Boqislav tərəfindən tutuldu və Polşa Krallığının vassal hersoqluğu olan Slupsk hersoqluğuna daxil edildi.
Bobrovıye daşları
Bobrovıye daşları — Komandor adalarının tərkibinə daxil olan adadan ibarət olan qrup. Mednı adasının şimal-şərqində yerləşir. Adalar Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adalar öz növbəsində hündür qayalıqlardan ibarətdir. Çəkilmə zamanı adalar bir-biri ilə birləşir. Mednı adası ilə aralarında olan boğaz çəkilmə zamanı belə mövcudluğunu saxlayır. Boğazın eni 0,2 km təşkil edir. Adalar bir km məsafədə uzanır. Gilli çimərliklərlə birlikdə uzunluğu 1,3 km-dir.
Boqovin gölü
Boqovin gölü (mak. Боговинско Езеро) — Rudako-Planina dağlarında yerləşən göl. Gölün yerləşdiyi ərazi öz növbəsində Şar-Planina dağ massivində qərarlaşır. Buzlaq mənşəlli göldür. Buzlaqların çəkilməsi nəticəsində formalaşmışdır. Makedoniyanın şimal-qərbində Boqovine rayonu Nivi-Selo kəndi ərazisində yerləşir. Yüksək dağ gölüdür. Bu səbəbdən ətrafında əsasən alp çəmənlikləri yayılmışdır. == Xüsusiyyətləri == Göl uzunsov formaya malikdir. Borislaves və Malaya Smreka dağları arasında yerləşir.
Jurinea bobrovii
Jurinea bobrovii (lat. Jurinea bobrovii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Nevena Bojoviç
Nevena Bojoviç (serb. Nevena Božović, Невена Божовић; d. 15 iyun 1994, Mitrovitsa, Kosovo, Serbiya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Serbiya müğənnisi və bəstəkar. O, "Piši mi" mahnısı ilə Serbiyanı 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və üçüncü yeri tutmuşdur. Nevena 2012-ci ildə Serbiyanın Prvi glas Srbije səs yarışmasındakı iştirakından sonra tanınmağa başlamışdır. Bunun ardınca Bojoviç və onun iştirak etdiyi səs yarışmasındakı digər finalçılar olan Mirna Raduloviç və Sara Yovanoviç Moje 3 qrupunun üzvü kimi "Ljubav je svuda" mahnısı ilə Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup yarımfinalda 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir. Nevena növbəti dəfə solo ifaçı kimi "Kruna" mahnısı ilə Serbiyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Nevena Bojoviç 15 iyun 1994-cü ildə Kosovonun Mitovitsa şəhərində dünyaya göz açmışdır. O, musiqi təhsilini Belqrad İncəsənət Universitetində almışdır.
Bobrovia alpina
Trifolium alpinum (lat. Trifolium alpinum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Bobrovia alpina (L.) A.P.Khokhr. Lupinaster alpinus (L.) C.Presl Ursifolium alpinum (L.) Doweld === Heterotipik sinonimləri === Trifolium alpinum f. angustissimum Bolzon Trifolium alpinum f. dolomiticola Bolzon Trifolium alpinum var. nanum Rouy Trifolium alpinum var.
Bobrovia polyphylla
Trifolium polyphyllum (lat. Trifolium polyphyllum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Bobrovia polyphylla (C.A.Mey.) A.P.Khokhr. Lupinaster polyphyllus (C.A.Mey.) Latsch.
Miodraq Bojoviç
Miodraq "Qrof" Bojoviç (22 iyun 1968) — Monteneqrolu futbol məşqçisi və keçmiş futbolçu. Bojoviç nizam-intizamlı və eleqant xarici görünüşünə görə Serbiyada "Qrof" (kont və ya earl) ləqəbini alıb. == Futbolçu karyerası == === Klub === Hündürboylu mərkəz müdafiəçisi Bojoviç Yuqoslaviya və Monteneqronun əfsanəvi futbolçuları olan Predraq Miyatoviç və Deyan Saviçeviç ilə birlikdə "Buduçnost Titoqrad" klubunda çıxış edib. Daha sonra Yuqoslaviya "Qırmızı Ulduz Belqrad" komandasında fəaliyyətinə davam edən Bojoviç 1994-cü ildə vətəndaş müharibəsinin başlaması ilə ölkəni tərk edərək İndoneziyada futbolçu karyerasına başlayıb. O, həmçinin Niderlandın "Valveyk RKC" və "Rozendal RBC" klublarında, eləcə də Kipr və Yaponiyada oynamışdır. Bojoviç futbolçu karyerası ərzində "Qırmızı Ulduz Belqrad")ın heyətində Yuqoslaviya Kubokunu qazanıb. === Milli komanda === O, cəmi bir dəfə Yuqoslaviya U-21 milli futbol komandasını təmsil edib. == Məşqçilik karyerası == Məşqçi kimi ilk dəfə "Buduçnost"da uğurla çıxış edən Bojoviç komandası ilə birlikdə 2006/2007 mövsümündə Monteneqronun Birinci Liqasında lider olmuş, lakin idarə heyəti ilə fikir ayrılığı səbəbindən istefa verərək 2007-ci ilin fevralında "Qrbal OFK" klubunda məşqçilik fəaliyyətinə başlamışdır. Bojoviç "Borats Çaçak FK"-da da uğur qazanmış, stabil klubdan rəqabətə davamlı bir komanda yaratmışdı. Rusiyanın "Amkar Perm FK" klubu məhz onun rəhbərliyi altında klub tarixində ilk dəfə UEFA Avropa Liqasına vəsiqə qazanıb.
Kruna (Nevena Bojoviç mahnısı)
Kruna (azərb. Tac‎) — Serbiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nevena Bojoviç "Kruna" mahnısı ilə Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Bojoviçə aiddir.