Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. == Şəhər haqqında == Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. == Əhalisi == Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. == Mədəniyyət == Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.
Korkut Boratav
Korkut Boratav (1935, Konya)—türk iqtisadşısı. == Həyatı == Türkiyənin yetişdirdiyi önəmli alimlərindən biri olan Marksist iqtisadçı Korkut Boratav 1935-ci ildə Konyada doğuldu. 1959-cu ildə Ankara Universitetinin hüquq fakültəsini bitirdi. 1960-cı ildə tamamladığı Maliye Teorisi yüksek lisans eğitimi sonunda Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesinə asissent olaraq daxil oldu. 1964-cü ildə, eyni fakültədə, "iqtisad doktorası"nı tamamladı. 1964–1966-cı illərdə Kembric Universitetində araşdırmalar apardı. 1972-ci ildə dosent oldu. 1974-cü ildə Birleşmiş Milletler Cenevre Ofisində müşavir oldu. 1980-ci ildə Ankara Universiteti Senatosunca profesörlüğe yükseltildi. 1983-cü ildə Ankara Sıkıyönetim Komutanlığı'nca 1402 sayılı yasaya göre Üniversitedeki görevine son verildi.
Boqatı adası
Boqatı adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Maksimmal hündürlüyü 42 metrdir. Şimal adasının qərb sahillərində yerləşən Ruski Havan körfəzinin akvatoriyasına aiddir. 1927-ci ildə Rudolf Samoyloviçin rəhbərliyi altında "Şimalı araşdırma İnstitutu" tərəfindən təşkil olunmuş ekspedisiya zamanı hazırkı adı verilmişdir.
Noqata (valyuta)
Noqata (rus. Ногата) — Kiyev Rus dövlətinin pul sistemi vahidlərindən biri. X əsrdə daha keyfiyyətli dirhəmləri keyfiyyətsiz dirhəmlərdən fərqləndirmək məqsədilə yaradılmışdır. XI əsrdə Noqata 1/20 qrivnaya və 1,25 kunaya (XII əsrdə 2,5 kunaya) bərabər idi. Noqata adı pul ifadəsi kimi XV əsrin axırlarınadək saxlanılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ногата // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Словарь нумизмата.
Pertev Naili Boratav
Pertev Naili Boratav (əsl adı Mustafa Pertev, 2 sentyabr 1907, Zlatoqrad – 16 mart 1998, Paris) — Türk etnoqrafı və folklor tədqiqatçısı. == Həyatı == Bolqarıstanın Darıdərə kəndində 1907-ci ildə doğuldu. 1927-ci ildə İstanbul Oğlan Litseyini, 1930-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Türk Dili və ədebiyatı bölümünü bitirdi. 1931–1932-ci illərdə Fuad Köprülünün asistenti oldu. Pertev Naili Boratav görkəmli türk ictimaiyyətçi alimi Hilmi Ziya Ülkenin təsiri altında formalaşmışdı. O, bir şəxsiyyət kimi xalq ədəbiyyatı və folklor tədqiqatlarının qurucusu kimi türk mədəniyyət tarixinə keçə bilmişdir. Pertev Nailinin topladığı arxiv mütəxəssislərin fikilərinə görə, ən önəmli və geniş əhatəli arxivlərdən sayılır. Burada toplanmış xalq nağılları, rəvayətlər, atalar sözləri, şeirlər, lətifələr, mahnılar, xalq teatr nümunələri, hətta etnobotanik xalq təbabəti (fitoterapiya) və astronomiyaya aid məlumatlar var. Arxivdə "Əsli və Kərəm", "Koroğlu" dastanları ilə birlikdə, ümumiyyətlə, Türkiyənin müxtəlif bölgələrində, həmçinin hüdudlarımıza yaxın bölgələrdə (Qars, İqdır, Ərdahan, Ərzurum və s.) toplanmış yüzlərcə uşaq oyunu, minlərcə xalq nağılları, eyni zamanda bir çox diğər xalq dastanları yer almışdır. 1941-ci ildə Xalq hekayeleri və xalq hekayeciliği dissertasiyasıyla dosent oldu, 1948-ci ildə professorluğa yüksəldi.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.