Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolnisi
Bolnisi (azərb. Qəmərli‎) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Bolnisi bələdiyyəsinin inzibati mərkəzi. == Tarix == Bolnisi şəhəri azərbaycanlılar tərəfindən tarixən Çörük Qəmərli kimi adlandırılmışdır. Bununla yanaşı rayonun bəzi yerlərində əski türk dilində "Bol və ulus" (çoxmillətli) sözlərinin birləşməsindən yarandığı ehtimal edilən "Bolus" sözü ilə əlaqəli bir çox toponimlərin olması da diqqəti çəkir. Bolnisi qəsəbə olaraq 1818-ci ilin payızı - 1819-cu ilin yayında Vürtemberq Krallığından Çar Rusiyası tərəfindən Qafqaza köçürülmüş almanlar üçün təşkil edilmiş, qəsəbə Rus imperatoru I Pavelin (1796-1801) qızı və Vürttemberq kraliçası Yekaterina Pavlovnanın şərəfinə Yekaterinenfeld (almanca Katharinenfeld) adlandırılmışdır. Burada məskunlaşdırılmış 116 alman ailəsinə 3913.1155 desyatin torpaq sahəsi verilmişdi. Gürcüstanda Sovetlər Birliyi qurulduqdan sonra 1921-ci ildə o, Almaniyada doğulmuş yəhudi əsilli kommunist inqilabçı Roza Lüksemburqun şərəfinə Lüksemburq adını daşımışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən sonra 3 aprel 1943-cü ildə Lüksemburq qəsəbəsinin adı Bolnisi qəsəbəsi olaraq dəyişdirildi. == Fiziki-coğrafi mövqeyi == Bolnisi şəhəri Gürcüstanın cənub-şərqində Maşavera çayının üzərində dəniz səviyyəsindən 520-600 metr yüksəklikdə, Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir.
Bosniya
Bosniya (bosn. Bosna, serb. Босна, xorv. Bosna) — Bosniya və Herseqovinanın böyük bir hissəsini təşkil edən tarixi vilayəti. Dinar öndağlığı ilə Ortadunay çökəkliyi ilə ayrılır. Bosinyanın sahəsi 41 min km² təşkil edir. Bu isə Bosniya və Herseqovinanın 80 % ərazisini təşkil edir. Ölkənin cənub hissəsində isə Hersoqovina vilayəti qərarlaşır. Bosniya və Hersoqovina vilayətləri arasında sərhəd dəqiq bəlli olmasa belə İvan-Planinə görə götürülür. Hər iki vilayət orta əsrlərdən bir-biri ilə sıx bağlıdır.
Benisa
Benisa (isp. Benisa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 69,71 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 13369 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Página oficial del Ayuntamiento de Benisa Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine Índice estadístico de Benisa.
Bonasa
Bonazi tetrası (lat. Bonasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Abdallı (Bolnisi)
Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir. == Tarixi == 1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir. Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər.
Bolnisi-xaçın
Xaçın — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Adı dəyişdirilərək gürcüləşdirilmişdir. Hazırda Bolnisi kəndi (gürcücə: სოფელი ბოლნისი) adlanır. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Xaçın kəndində ermənilərdən ibarət 33 ailə yaşayırdı.
Bolnisi (şəhər)
Bolnisi (azərb. Qəmərli‎) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Bolnisi bələdiyyəsinin inzibati mərkəzi. == Tarix == Bolnisi şəhəri azərbaycanlılar tərəfindən tarixən Çörük Qəmərli kimi adlandırılmışdır. Bununla yanaşı rayonun bəzi yerlərində əski türk dilində "Bol və ulus" (çoxmillətli) sözlərinin birləşməsindən yarandığı ehtimal edilən "Bolus" sözü ilə əlaqəli bir çox toponimlərin olması da diqqəti çəkir. Bolnisi qəsəbə olaraq 1818-ci ilin payızı - 1819-cu ilin yayında Vürtemberq Krallığından Çar Rusiyası tərəfindən Qafqaza köçürülmüş almanlar üçün təşkil edilmiş, qəsəbə Rus imperatoru I Pavelin (1796-1801) qızı və Vürttemberq kraliçası Yekaterina Pavlovnanın şərəfinə Yekaterinenfeld (almanca Katharinenfeld) adlandırılmışdır. Burada məskunlaşdırılmış 116 alman ailəsinə 3913.1155 desyatin torpaq sahəsi verilmişdi. Gürcüstanda Sovetlər Birliyi qurulduqdan sonra 1921-ci ildə o, Almaniyada doğulmuş yəhudi əsilli kommunist inqilabçı Roza Lüksemburqun şərəfinə Lüksemburq adını daşımışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən sonra 3 aprel 1943-cü ildə Lüksemburq qəsəbəsinin adı Bolnisi qəsəbəsi olaraq dəyişdirildi. == Fiziki-coğrafi mövqeyi == Bolnisi şəhəri Gürcüstanın cənub-şərqində Maşavera çayının üzərində dəniz səviyyəsindən 520-600 metr yüksəklikdə, Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir.
Bolnisi bələdiyyəsi
Bolnisi bələdiyyəsi[mənbə göstərin], Bolus bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bolnisi şəhəridir. == Tarix == 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində Bolnisi rayonu təşkil edilmişdir, 1930-1943-cü illərdə "Lüksemburq rayonu" adlandırılmış, 1943-cü ildən 2006-cı ilədək isə Bolnisi rayonu, 2006-cı ildən etibarən isə Bolnisi bələdiyyəsi adlanmaqdadır. 1963-cü ildə Dmanisi və Marneuli rayonları ləğv edilərək əraziləri Bolnisi rayonunun tərkibinə verilsə də, 1966-cı ildə təkrarən Dmanisi və Marneuli rayonları təşkil edildi və Bolnisi rayonunun (2006-cı ildən "bələdiyyə") sərhədləri indiki şəklini aldı. Gürcüstan 1991-ci ildə müstəqilliyini əldə edər-etməz əsasını hələ XX əsrin 40-50-ci illərində qoyduqları türk mənşəli qədim toponimlərin dəyişdirilərək gürcüləşdirilməsinə başlanıldı. Addəyişmə prosesi Bolnisi (Çörük-Qəmərli) rayonundan başladı. Qoçulu Çapala, Cəfərli Samtredio, Mığırlı Vanati, İmirhəsən Savaneti, Aşağı Qoşakilsə Kvemo Arkvani, Muğanlı Farizi, Kolagir Surtava, Daşlıqullar Muxrani, Həsənxocalı Xidisquri, Əsmələr Mskneti, Karatikan kəndi isə Sabereti. Arıxlı Naxiduri və s. adlandırıldı. Bir neçə ay ərzində əhalisi tamamilə Azərbaycan türklərindən ibarət 35 kəndin adı dəyişdirildi.
Bolnisi rayonu

Bolnisi sionu
Bolnisi sionu (gürc. ბოლნისის სიონი, translit. Bolnisis Sioni) və ya Bolnisi Sioni kafedralı — Gürcüstanın Kvemo-Kartli diyarının Bolnisi rayonunun Xaçın kəndində gürcü ortodoks bazilikası. Kafedralın inşaat prosesinə 478-ci ildə start verilmiş, 493-cü ildə tamamlanmışdır. Bu, Gürcüstandakı mövcud kilsələr arasında ən qədimidir. Yepiskop David Bolsini sionunun inşaat prosesi zamanı kilsənin rəhbəri idi. Bolnisi sionu kafedralı gürcü dilindəki yazılarıyla tanınır. Bu yazılar gürcü əlifbasının istifadə edildiyi ən qədim tarixi sənədlərdən biridir. Kilsə Gürcüstanda xaricində tamamlanma tarixi yazılmış ilk tikilidir. Bolnisi sionunun dekorativ sxeması Sasani üslubunda hazırlanmışdır.
Bolnisi yazıları
Bolnisi yazıları (gürc. ბოლნისის წარწერები) — Gürcüstanın Bolnisi bələdiyyəsi ərazisindəki Bolnisi şəhərində yerləşən Bolnisi bazilikasında aşkarlanmış, gürcü yazılarının Asomtavruli xətti ilə yazılmış kitabələrdir. Kitabələr 494-cü ilə aiddir. == Yazılar == === I yazı === Tərcüməsi: "İsa Məsih, Yepiskop Davidi və bu kilsəni tikməyi xahiş edən şəxsləri hifz eləsin." === II yazı === Tərcüməsi: "Müqəddəs üçlüyün mərhəməti ilə kral I Firuzun hakimiyyətinin iyirminci ilində bu kilsənin əsası qoyuldu və 15 il sonra inşaat tamamlandı.
Bosniya Krallığı
Bosniya krallığı (bosn. Bosansko kraljevstvo, serb. Краљевина Босна, xorv. Kraljevina Bosna) — Balkan yarımadasının ərazisində, XIV əsrin ikinci yarısından XV əsrin ikinci yarısına qədər mövcud olmuş tarixi dövlət. I Tvrtkonun hakimiyyət illərində (1377–1391) krallıq Balkan yarımadasının ən güçlü dövlətlərindən biri olmuşdur. Mövcudluğunu Osmanlı imperiyası (1463) tərəfindən varlığına son qoyulmuşdur. 1495–1499-ci illər ərzində Bosniya kralı titulunu Yanoş Korvin daşımışdır. O, Macarıstan kralı I Matyaşın oğlu idi. == Tarixi == === XIV əsr === 1353-ci ildə Bosniya banatının Banı 15 I Tvrtko olmuşdur. 1363-ci ildə o, Macarıstan kralı I Böyük Layoşa qarşı müharibəyə başlayır.
Bosniya Posavinası
Bosniya Posavinası — Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən region. Sava çayının cənub sahilində yerləşən iri bir düzənlik. Şimaldan çayla, şimal-qərbdən Motayisa, cənubdan Ozren və Trebava, cənub-şərqdən Maevisa dağları ilə əhatələnmişdir. Bosniya və Herseqovinanın daxili regionları ilə Bosna çayının vadisi, Doboy və Vranduk dərələri ilə keçid vardır. Qərb hissədə isə Ukrina çayının vadisi bu funlksiyanı yerinə yetirir. Faktiki olaraq regionun böyük hissəsi Serb Respublikasının ərazisinə düşür. Bununla belə bura Posav kantonunun iki dairəsidə daxildir. == İqtisadiyyat == Bosniya müharibəsinə qədər xüsusi ilə son on il ərzində region Bosniya və Herseqovinanın ən inkişaf etmiş bölgələrindən biri idi. Bura ölkənin vacib kənd təsərrüfatı, sənaye regionlarından olmuşdur. Region su və meşə resursları ilə zəngindir.
Bosniya böhranı
Bosniya böhranı — 8 oktyabr 1908-ci ildə Avstriya-Macarıstan imperiyasının rəsmi olaraq Bosniya-Herseqovinanı ilhaq etməsilə meydana çıxan beynəlxalq böhrandır. Bəhs edilən dövrdə Bosniya-Herseqovina ərazisi Osmanlı imperiyası tabeliyində idi. 1908-ci ilin oktyabrın 3-də Avstriya-Macarıstanın Parisdəki səfiri Fransanın prezidentinə məktub göndərdi. Məktubda deyilirdi ki, Avstriya-Macarıstan Bosniyanı ilhaq etməyə hazırlaşır və Rusiya, Almaniya və İtaliya Bosniyanın ilhaqına etiraz etmir. 1908-ci ilin oktyabrın 5-də Avstriya-Macarıstanın imperatoru Bosniyanın ilhaq edilməsi haqqında fərman imzaladı. Oktaybrın 6-da Avstriya-Macarıstan hökuməti qismən səfərbərlik elan etdi. Almaniya Avstriyanın hərəkətinə etiraz etmədi. İtaliya isə Avstriya-Macarıstana narazılığını bildirdi. Fransa hökuməti bildirdi ki, Avstriya-Macarıstanın Bosniyanı ilhaq etmək haqqında qərarına hörmətlə yanaşır. == Dövlətlərin münasibəti == === Fransa === Fransa çalışırdı ki, Almaniya Mərakeş məsələsində ona güzəşt etsin.1908-ci il oktyabrın 8-də Rusiya hökuməti bildirdi ki, Avstriya-Macarıstanın aksiyası Berlin müqaviləsinə ziddir və həmin müqaviləni imzalamış dövlətlərin iştirakı ilə müzakirə edilməlidir.
Bosniya dili
Bosniya dili — Bosniya və Herseqovinanın rəsmi dili. Bosniya dili serb-xorvat dilinin regional variantı sayılır.
Dəllər (Bolnisi)
Dəllər kəndi – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Dəllər (Müşevan) kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. == Toponimi == Dəllər və ya Aran-Dəlləri deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.[mənbə göstərin] Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.[mənbə göstərin] Yaxında X-XI əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb. == Əhalisi == 1870-də 7 ailədə 47 nəfər, 1918-də 198 nəfər, 1926-da 53 ailədə 314 nəfər, 2002-də 290 ailədə 1194 nəfər, 2006-da 246 ailədə 1200 nəfər.[mənbə göstərin] == Maarif == Məktəbin tarixi 1931-ci ildən başlanır. Hal-hazırda Bir baza məktəbi (2006-da 9 sinifdə 142 şagird) fəaliyyətdədir.
Dəmirli (Bolnisi)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Kvemo Bolnisi
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Kəpənəkçi (Bolnisi)

Qaratikan (Bolnisi)
Qaratikan - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Tapan (Bolnisi)
Tapan, Disleli — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Tağılı (Bolnisi)
Tağılı (gürc. ტაგჰილი) və ya Tanziya — Gürcüstanda, Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Adı gürcüləşdirilidikdən sonra Tanzia (gürc. ტანძია) adlandırılmışdır. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Tağılı kəndində Azərbaycan tatarlarından ibarət 5 ailə yaşayırdı.
Xaçın (Bolnisi)
Xaçın — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Adı dəyişdirilərək gürcüləşdirilmişdir. Hazırda Bolnisi kəndi (gürcücə: სოფელი ბოლნისი) adlanır. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Xaçın kəndində ermənilərdən ibarət 33 ailə yaşayırdı.
Xidiskuri (Bolnisi)
Hasanxocalı, Həsənxocalı — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Hasanxocalı kəndi Maşaver çayının sol sahilində, Marneuli-Bolinisi şose yolunun kənarında, rayon mərkəzindən 13 km gündoğar səmtdə, dəniz səviyyəsindən 430 m hündürlükdə yerləşir. 1803-cü ildə 22 ailədə 76 nəfər, 1870-ci ildə 21 ailədə 141 nəfər, 1918-ci ildə 180 nəfər, 2002-ci ildə 264 ailədə 846 nəfər, 2006-cı ildə 258 ailədə 794 nəfər.
Şua Bolnisi
İncəoğlu - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. İncəoğlu kəndinin təxminən 250-300 illik bir tarixi var. Kəndin yaranma tarixi dəqiq məlum deyil. Deyilənlərə görə, kəndin əsasını qoyan, bu yerlərdə ilk dəfə məskən salan vaxtilə Qazax rayonunun İncə dərəsinin Aslanbəyli kəndindən gəlmiş İncə kişi olub. Məhz elə ona görə kəndin adı İncəoğlu olub (İncə kişinin törəmələri: Nəbi – Daşdəmir – Emin – Mənsur). İncə kişidən sonra kəndin ilk sakinləri olan törəmələr İncə kişinin şərəfinə kəndin adını “İncəoğlu” qoyublar. Deyilənlərə görə, İncə kişi təxminən XVІІ əsrin sonunda, XVІІІ əsrin əvvəllərində yaşamışdır.İncə kişi kəndə gələndə burada gürcülər yaşayırmışlar. Sonralar gürcülər buradan köçüb getmişlər və yavaş-yavaş buralarda biz, yəni türklər məskunlaşmağa başlamışıq.