Tuzla (Bosniya və Herseqovina)
Tuzla (kiril Тузла) — Bosniya və Herseqovinada şəhər. Şəhər, Tuzla Kantonunun mərkəzi və Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən iqtisadi, elmi, mədəni, səhiyyə və turizm mərkəzidir. Tuzla, Sarayevo və Banya Lukadan sonra Bosniya və Herseqovinadakı ən böyük üçüncü şəhərdir. 2013 əhali siyahıyaalmasının nəticələri, bələdiyyənin 120,441 əhaliyə sahib olduğunu göstərir.
Tuzlada bir təhsil mərkəzi və iki universitet yerləşir. Həmçinin, şəhər duzlu göl turizminə görə Bosniyanın ən güclü iqtisadiyyatlarından biridir. Tuzla şəhəri mərkəzi parkında duzlu göl olan Avropadakı tək şəhərdir. Şəhərin mərkəzi parkına hər il 100 mindən çox insan ziyarət edir. Şəhərin tarixi IX əsrə qədər gedib çatır. Tuzlanın müasir tarixi, Osmanlı İmperiyasında əhəmiyyətli bir qarnizon şəhəri halına gəldiyində, yəni 1510-cu ildən başlamışdır.