Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brakka
Brakka ( it. Bracca ), İtaliyada kommuna, Lombardiya regionun Berqamo vilayətində yerləşir. Əhalisi 706 nəfərdir (2018), əhalinin sıxlığı 129 nəfər / km²-dir. Sahəsi 5.47 km² ərazini əhatə edir. Poçt kodu - 24010. Telefon kodu - 0345. Kommunanın hamisi müqəddəs, Həvari Andreydir . Kommuna bayramı 30 noyabrda qeyd olunur.
Bromma
Bromma (fr. Brommat, oks. Brocmat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Myur-de-Barre kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12036. Kommuna təxminən Parisdən 450 km cənubda, Tuluza şəhərindən 170 km şimal-şərqdə, Rodezdən isə 55 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 710 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 421 nəfər (15-64 yaş arasında) 303 nəfər iqtisadi cəhətdən, 118 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.0%, 1999-cu ildə bu 68.9%).
Bronks
Bronks — Nyu Yorkun şimal-şərqində bölgə. Adı Conas Bronk adında bir fermerdən gəlir. Nyu-York Yankiləri adlı beyzbol klubu da burada oynayır.
Brovdal
Burovdal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Kənd rayonun şimal istiqamətində sonuncu kənddir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 174 nəfərdir ki onunda 83 nəfəri kişi, 91 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 12 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin içindən keçir. Burovdal dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşərək rayonun ən uca kəndidir.
Dubrovka
Dubrovka (Avurğazı)
Kirovka
Yaşayış məntəqələri Azərbaycanda Kirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Orlovka
Orlovka (Arxangel) —
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Breaka
Breaka (ing. Breaca) — irland rahibə, xristian müqəddəsi. Kornoull və Cənubi Qərbi İngiltərədə ehtiram olunur. Adını daşıyan Briq kəndi və kilsə var. Müqəddəs Breakanın Dumnoniya kralı Gerentin qızı olduğuna inanılır.
Broks
Broks — Kanadanın Alberta vilayətində şəhər.
Dubrovka (Auırqazı)
Dubrovka (başq. Дубровка, rus. Дубровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Novofyodrofka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 29 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Dubrovka (Avurğazı)
Dubrovka (başq. Дубровка, rus. Дубровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Novofyodrofka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 29 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Dubrovka (Bakalı)
Dubrovka (başq. Дубровка, rus. Дубровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 16 km, kənd sovetliyindən (Starıe Matı): 2.5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km.
Dubrovka faciəsi
"Dubrovka" və ya "Nord-Ost" faciəsi — 850 nəfərin əsir götürülməsi, 170 nəfərin ölümü ilə nəticələnən 2002-ci il 23-26 oktyabr tarixində Dubrovkada Moskva Teatr mərkəzində baş vermiş terror aktı. Onlar İkinci Çeçen Müharibəsində. Movsar Barayevin başçılığı ilə döyüşçülər odlu silahla, hərbi döyüş sursatı və partlayıcı qurğularla əhaliyə hücum etmiş, İkinci Çeçen müharibəsinin bitməsini və Çeçenistandan Rusiya qüvvələrinin çıxarılmasını tələb etmişdilər. Onlar əvvəlcə tamaşaçıları və teatrın qulluqçularını girov götürmüşdü. Əməliyyat nəticəsində təkcə 130 mülki vətəndaş həlak olmuşdu. 2002-ci ildə Çeçenistan Respublikasından minik avtomobillərinin yük yerlərində Moskvaya partlayıcı maddə və silah aparılırdı. Ardınca bir ay ərzində xırda döyüşçü qruplar Moskvaya gedir, şəhərin rayonlarında gizlənirdi. Terror qrupunun ümumi tərkibi təxminən 40 nəfərdən ibarət idi və onların yarısını qadınlar təşkil edirdi. Terror üçün çox adamın olduğu zallar və teatrlar seçilmişdi: Moskva dövlət teatrı, Dubrovkada Teatr Mərkəzi və Moskva sarayı. Nəticə etibarilə, tamaşaçı zalının böyüklüyünə görə Dubrovka seçilmişdi.
Flora Brovina
Flora Brovina (alb. Flora Brovina; 30 sentyabr 1949) — Kosovo-alban jurnalisti, şair və ictimai xadim. 30 sentyabr 1949-cu ildə Kosovoda anadan olmuşdur. Onun ilir Brovin adlı bir qardaşı vardır. Priştinadakı Tibb İnstitutunu bitirdikdən sonra pediatriya ixtisası üzrə Zaqrebdə təhsilini davam etdirir. Kosovaya qayıdan Flora, gündəlik Rilindja qəzetində jurnalist olaraq işə başlayır. Sonra Priştina xəstəxanasında pediatr kimi işə düzəlir. 1990-cı illərdə siyasi vəziyyət kəskinləşəndə Brovina hadisələrə biganə qalmayaraq zorakılıq aktları haqqında məlumat toplamağa başlayır, humanitar fəaliyyətlə məşğul olur və yetimlərin psixoloji reabilitasiya mərkəzinə rəhbərlik edərək uşaqlara yardım təşkil edir. Kosovo müharibəsi əsnasında, 20 aprel 1999-cu ildə Brovina maskalı şəxslər tərəfindən qaçırılaraq naməlum bir yerə aparılır. Beləliklə NATO qüvvələri paytaxt Priştinanı alanda və Serbiya qoşunları ölkədən çıxarkən əsirlikdə olur.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. Əhalisinin sayı 2360 nəfərdir. Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Maks Bröske
Maks Bröske (alm. Max Bröske‎; d. 25 iyul 1882, Köniqsberq - ö. ?) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır.
Orlovka (Arxangel)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Orlovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 17 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 26 km. Kənd ərazisindən Zilim çayı axır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (43%), ruslar (52%) üstünlük təşkil edir.
Orlovka (Bakalı)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 19 km, kənd sovetliyindən (Mixaylovka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 94 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (72%) üstünlük təşkil edir.
Orlovka (Uçalı)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 76 km, kənd sovetliyindən (İlçəqol): 1 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94 %) üstünlük təşkil edir.
Probka ağacı