bromsetan 2021
bron-yemək 2021
OBASTAN VİKİ
Adolf Teodor Bronyar
Adolf Teodor Bronyar (fr. Adolphe Théodore Brongniart, 14 yanvar 1801[…], Paris – 18 fevral 1876[…]) — fransız botaniki. == Bronyarın təsnif etdiyi bitki taksonlarının siyahısı == == Bronyarın şərəfinə adlandırılan taksonlar == Brongniartikentia Becc. Brongniartia Kunth == Əsas işləri == fr. Brongniart A. Essai d'une classification naturelle des champignons, 1825 fr. Brongniart A. Mémoire sur la famille des rhamnées, 1826 fr. Brongniart A. Prodrome d'une histoire des végétaux fossiles. – Paris; Strasbourg: F.G. Levrault, 1828 fr. Brongniart A.T. Histoire des végétaux fossiles, ou, Recherches botaniques et géologiques sur les végétaux renfermés dans les diverses couches du globe. – Paris, 1836–1837.
Adolphe Theodore Brongniart
Adolf Teodor Bronyar (fr. Adolphe Théodore Brongniart, 14 yanvar 1801[…], Paris – 18 fevral 1876[…]) — fransız botaniki. == Bronyarın təsnif etdiyi bitki taksonlarının siyahısı == == Bronyarın şərəfinə adlandırılan taksonlar == Brongniartikentia Becc. Brongniartia Kunth == Əsas işləri == fr. Brongniart A. Essai d'une classification naturelle des champignons, 1825 fr. Brongniart A. Mémoire sur la famille des rhamnées, 1826 fr. Brongniart A. Prodrome d'une histoire des végétaux fossiles. – Paris; Strasbourg: F.G. Levrault, 1828 fr. Brongniart A.T. Histoire des végétaux fossiles, ou, Recherches botaniques et géologiques sur les végétaux renfermés dans les diverses couches du globe. – Paris, 1836–1837.
Aleksandr Bronyar
Aleksandr Bronyar (fransız dilində:Alexandre Brongniart, 5 fevral 1770–7 oktyabr 1847) — fransız kimyaçısı, farmasevt, mineraloq, mineralogiya professoru, geoloq, zooloq, botanik və paleontoloq. Fransız botaniki, paleobotanikanın banilərindən biri olan Adolf Teodor Bronyarın (1801–1876) atası. == Tərcümeyi-halı == Aleksandr Bronyar 5 fevral 1770-ci ildə Paris şəhərində anadan olmuşdur. O, 1788-ci ildə Société philomathique de Paris yaradılmasında iştirak etmişdir. Aleksandr Bronyar 1794-cü ildə dağ-mədən mühəndisi vəzifəsinə təyin edilmişdir. O, 1797-ci ildə təbiət elmləri üzrə professor oldu. Aleksandr Bronyar 1800-cü ildə Sevrdə farfor fabrikinin direktoru təyin edildi, 1818-ci ildə isə böyük dağ-mədən mühəndisi vəzifəsində fəaliyyətini davam etdirmişdi. 1822-ci ildə A. Bronyar Paris Milli təbiət elmləri tarixi muzeyinin mineralogiya professoru təyin edildi. O, 7 oktyabr 1847-ci ildə doğma şəhərində vəfat etmişdir. Bronyartit mineralı bu aliminin şərəfinə adlandırılmışdır..
Anna Bronte
Enn Bronte (ing. Anne Brontë 17 yanvar 1820[…] – 28 may 1849[…], Skarboro, Nort-Yorkşir[d]) — ingilis yazıçısı. Enn Brontenin ailə üzvlərinin hamısı, özü də daxil olmaqla vərəmdən vəfat etmişdır. Enn Brontenin sonuncu çapdan çıxmış əsəri "Uayldfell-Holldan olan yad qadın" adlanır.
Brondbü FK
Brondbü (dan. Brøndbyernes Idrætsforening) - Danimarka peşəkar futbol klubu. 1964-cü ildə eyni adlı şəhərdə təsis edilmişdir. Ölkənin ən yüksək liqası olan Superliqada çıxış edir və ən titullu klublardandır. == Tarixi == 1964-cü ildə yaradılan Brondbü həvəskar klub kimi altıncı liqada mübarizə aparmağa başlayır. 1967-ci ildə klub Zelandseriyaya (5-ci liqa) yüksəlir. Daha bir neçə il sonra komanda gücünə görə dördüncü liqada - Danmarkseriyada mübarizə aparmağ başlayır. 1973-cü ildə Danimarka millisinin üzvü Finn Laudrup komandaya baş məşqçi təyin edilir. Finn Laudrup oğulları Mikael və Brianı isə Brondbünün uşaq məktəbinə gətirir. Lakin Finn Laudrup cəmi 3 il bu vəzifədə qalır.
Bronislav Boqatıreviç
Bronislav Boqatıreviç (24 fevral 1870 və ya 24 aprel 1870 – 6 aprel 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həyatı == Bronislav Boqatıreviç xidmətinə rus ordusunun zabiti olaraq başlamışdır. Daha sonra Polşa müstəqilliyini qazandıqdan sonra xidmətinə burada davam etmişdir. Sovet-Polşa müharibəsi zamanı Belarus ərazisində müdafiə qüvvələrinə komandanlıq etmişdir. Bu döyüşdən sonra orduda xidmətinə davam etdi və Ali Hərbi Məktəbdə təhsilini başa vurduqan sonra general rütbəsinə qədər yüksəlir. 1939-cu ildə Polşa Sovet ordusu tərəfindən işğal edildikdən sonra Bronislav Boqatıreviç NKVD tərəfindən həbs olundu. 1940-cu ilin aprel ayında Katın qırğınında qəltə yetirilən 14 Polşa generalından biri də o idi.
Bronislav Komorovski
Bronislav Maria Komorovski — 2010—2015-ci illərdə Polşa prezidenti. == Həyatı == 1952-ci ildə anadan olub. Varşava Universitetinin tarix fakültəsini bitirib. Sosialist Polşası zamanında ictimai fəaliyyətinə görə bir neçə dəfə həbsdə olub. 1990-cı ildən Polşa hökumətində və parlamentin aşağı palatasında – Seymdə müxtəlif vəzifələr tutub. 2000-2001-ci illərdə müdafiə naziri olub. 2007-ci ildən Seymin sədri olmuşdur. Vətəndaş Platforması Partiyasını təmsil edən Bronislav Komorovski 2010-cu ildə Polşa prezidenti seçilib. Aprelin 10-da təyyarə qəzasında həlak olan prezident Lex Kaçinskinin səlahiyyətlərini icra edən Seym sədri iyulun 4-də keçirilən ikinci turda səslərin 52 faizini yığaraq yeganə rəqibini - sabiq baş nazir Yaroslav Kaçinskini geridə qoyub. Evlidir, 5 övladı var.
Bronislav Malinovski
Bronislav Kaspar (Kasper) Malinovski (pol. Bronisław Kasper Malinowski; 7 aprel 1884, Krakov — 16 may 1942, Nyu-Heyven, Konnektikut ştatı) — əslən polyak olan Böyük Britaniya antropoloqu, antropologiyada və sosiologiyada funksionalizmin banisi. == Həyatı == Bronislav Malinovski 7 aprel 1884-cü ildə Krakovda anadan olmuşdur. Universitetdə fizika və riyaziyyat təhsili almış, Freyzerin "Qızıl Budaq" əsərinin təsiri ilə etnologiya və mədəniyyət tarixi ilə maraqlanmışdır. O, Leypsikdə Karf Büxerin iqtisadi tarixə dair mühazirələrini dinləmiş, Londonda Zelinqmanın ideyaları ilə tanış olmuşdur. Hələ tələbə ikən onun ilk ciddi işi "Avstraliya yerlilərinin ailəsi" adlı tədqiqatı nəşr olunur. O. 1914-cü ildə Avstraliyaya yola düşür və Avstraliya ekspedisiyasında (1914-1921) iştirak edir. Yeni Qvineya və onun ətrafındakı adalarda apardığı tədqiqatlar Malinovskiyə bütün ömrü boyu kifayət edir. Müharibə qurtardıqdan sonra İngiltərəyə qayıdan Malinovski 1921-ci ildən etibarən ardıcıl kitablar nəşr etməyə başlayır. == Elmi fəaliyyəti == Funksional metodun əhəmiyyətli cizgiləri onun ilkin əsərlərində özünü göstərirdi: "Manlu adasının yerli əhalisi", "Trabrian adası sakinlərinin ibtidai iqtisadiyyatı", "Sakit okeanın qərb hissəsinin arqonavtları", "Vəhşi cəmiyyətdə cinayətlər və adətlər" və s.
Bronislav Samoylov
Bronislav Oleqoviç Samoylov (belar. Браніслаў Алегавіч Самойлаў; 25 may 1985-ci il, Tolçin, Vitebsk vilayəti) — Belarusiyalı peşəkar şose velosipedçisi. 2014-2017-ci illərdə UCI Continental Circuits yarışları iştirakçısı. 2018-ci ildən Minsk velosiped klubunun peşəkar komandasında çıxış edir. Fərdi və qrup yarışlarında Belarus çempionu. 2012 Yay Olimpiya Oyunlarının iştirakçısı. Beynəlxalq dərəcəli idman ustası. == Bioqrafiyası == Samoylov Vitebsk vilayətinin Toloçin şəhərində anadan olmuş. Yerli velosiped məktəbinin məzunudur. Yeniyetməlik vaxtlarında dəfələrlə zədələr almışdır.
Bronislav Çervenka
Bronislav Çervenka — Çexiya futbolçusu. Karyerası ərzində vətənində "Uyezdeç" (Luxaçoviç), "Uherski Brod", "Slaviya" (Uherski Hradiste), "Drnovitse", "Zlin" klublarında oynamış Çervenka 2007-ci ilin yayınadək Çexiya çempionatında 277 oyun keçirərək 22 qol vurub. İnter Bakı klubunda iki mövsüm keçirən çexiyalı Azərbaycan çempionatında 42 matça 2 qol vurmaqla, bir qızıl və bir gümüş medal qazanıb.
Bronjilet
Bronjilet, polad jilet, güllə keçirməyən jilet və ya ballistik jilet 1901-ci ildə odlu silahlardan açılan güllələrin təsirini azaltmaq və partlayış nəticəsində yarana bilən qəlpələrdən qorunmaq üçün Jan Szczepanik və Kazimierz Żegleń adlı iki polyak tərəfindən icad edilmişdir. Yumşaq jiletlər toxunmuş və ya qatlanmış liflərdən ibarətdir və istifadəçini kiçik çaplı tapançaların, cüt mərmiləri ilə əl qumbarası kimi partlayıcıların qəlpələrindən mühafizə edir. Tüfəng patronlarına qarşı əlavə müdafiə məqsədi üçün jiletlərdə metal və ya keramik plitələr də istifadə edilə bilər. Metal hissələr və ya sıx toxunmuş təbəqələr bıçaq kimi yaxın məsafədən zərər yetirə biləcək silahlara qarşı da müdafiəni təmin edə bilər. Yumşaq jiletlər daha çox polis qüvvələri, xüsusi şəxslər, xüsusi mühafizəçilər və mühafizəçilər tərəfindən, sərt təbəqəli jiletlər isə əlbəyaxa döyüş əsgərləri, xüsusi hissələr və girovların xilasetmə qrupları tərəfindən geyinilir. Çağdaş gövdə zirehləri arasında polad jiletlə yanaşı, zirehli dəbilqə kimi digər qoruyucu geyimlər də var. Polis və hərbçilər tərəfindən istifadə edilən polad jiletlər çiyinlərə və yan tərəflərə də müdafiəni təmin edə bilər. Bomba zərərsizləşdirən dəstələrinin istifadə etdiyi müdafiə geyimi isə ağır zireh və dəbilqə ilə yanaşı üzün və onurğanın müdafiəsini də təmin edir.
Bronks
Bronks — Nyu Yorkun şimal-şərqində bölgə. Adı Conas Bronk adında bir fermerdən gəlir. Nyu-York Yankiləri adlı beyzbol klubu da burada oynayır.
Bronks əhvalatı (film, 1993)
Bronks əhvalatı (ing. A Bronx Tale) — Robert de Nironun 1993-cü ildə çəkdiyi və özündə qanqster, dram və döyüş kimi janrları cəmləşdirən ABŞ filmidir. Film Robert de Nironun rejissor kimi debüt işidir. O, filmi atasının xatirəsinə həsr etmişdir. Film Çezz Palminterinin (əsl adı Kalocero Lorenso Palminteri) avtobioqrafik pyesi əsasında ekranlaşdırılıb. İlk zamanlar müəllif kitabın ekranlaşdırılması üçün müəllif hüquqlarını satmaqdan imtina edirdi. O, yalnız Robert de Nironun ona filmin ssenari müəllifi olmağı və filmdə baş rollardan birini oynamağı təklif etməsindən sonra əsərin müəllif hüquqlarını satmağa razılaşıb. == Məzmun == Film atası (Robert de Niro) sadə avtobus sürücüsü işləyən, İtaliyanın Bronks məhəlləsindən olan Kalocero adlı oğlan haqqındadır. Uşaqlıqda Kalocero yerli qanqsterlərin başçısı olan Sonninin (Çezz Palminteri) törətdiyi qətlin şahidi olur, ancaq o, polisə yalan məlumatlar verir, nəticədə cinayətkar Sonni azadlıqda qalır. Uşağı olmayan Sonni, Kaloceronu öz himayəsinə götürür.
Bronksda qalmaqal (film, 1995)
Bronksda qalmaqal (ing.Rumble in the Bronx çin. 紅番區) — film Ceki Çan ilə Anita Muinin baş rolları ifa etdiyi, döyüş-komediya janrında 1995-ci ildə çəkilmişdir. == Məzmun == Çinli Kyeonq (Ceki Çan) New-Yorkdakı toyunda dayısı Bill gilə (Bill Tanq ) gəlir. Bill əmi şəhərin cinayətkar bölgəsində — Bronksda yaşayır. Kyeonq qonşu əlil oğlan Danni (Morqan Lam) ilə görüşür və onunla dostluq edir. Əmi supermarketini Elina (Anita Mui) adlı bir qıza satır. Əminin dostu, müdirindən alınan təmir bəhanəsi ilə ona toy üçün antik bahalı bir maşın verir. Gecələr, əmi və Kyeonqun yaşadığı evin yaxınlığında park edilmiş bu avtomobil, yerli xuliqanların təşkil etdiyi yarışda motosikletli bir qız Nensi (Frankoise Yiprude) idarə edirdi, amma Kyeonq onlara müdaxilə edir və qız yarışı itirir.Bullies bədbəxtdir, amma polis onları dağıdır. Bill əmi evlənir və bal ayına gedir və Keyonq Elinaya kömək etmək qərarına gəlir. Eyni xuliqanlar eyni supermarketə gələrək bir neçə şeyi oğurlayarlar.
Bronlaşdırma
Bronlaşdırma (iqtisadiyyat) — Bronlaşdırma (turizm) — aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsidir.
Bronlaşdırma (turizm)
Bronlaşdırma — aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsidir. == Tarixi == XX əsrin 60-cı illərində ABŞ-də iri şirkətlər aviareyslərdə yerlərin bronlaşdırılması üçün rezerv sistemlərin işlənib hazırlanmasına başladılar. ABŞ aviaşirkətləri avtomatik idarəetmə sistemləri verilənlərini satış həcminin artırılması üçün bir vasitə hesab edirdilər. İlk bronlaşdırma mərkəzlərinin texniki təminatı İBM firması tərəfindən verilmişdir. Kompüter bronlaşdırma sistemlərində məhz İBM firmasının avadanlıqlarından istifadə edilir. Kompüter bronlaşdırma sisteminin inkişafında ilk addım məhz aviaşirkətlərdə terminalların quraşdırılması idi. Bu da aviaşirkət işçilərinin işinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına imkan verdi. 1970-ci illərdə ABŞ-də "United Airlines" aviaşirkətində biletlərin bronlaşdırmasını həyata keçirən avtomatlaşdırılmış sistem - "APPOLLO" tətbiq edildi. Bununla yanaşı "American Airlines" aviaşirkətində isə ilk sistem "SABRE" oldu. Bu sistemlər real vaxt rejimində aviareyslər haqqında informasiya əldə etmək imkanı verdi.
Bronven Knox
Bronven Knox (16 aprel 1986, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Bronven Knox, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Bronven Knox, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Bronven Knox, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Bronvin Mayer
Bronvin Mayer-Smit (d. 3 iyul 1974) — Avstraliyanı təmsil edən su poloçusu. Bronvin Mayer, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Bronvin Mayer, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Bronvin Mayer, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Bronxit
Bronxit (lat. bronchitis, bronx + -itis — iltihab) — bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var. Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta "passiv siqaret çəkmə" xəstəlikdən sonra zəifləmiş orqanizm üçün son faktor olaraq bronxların iltihabını törədə bilər. Xüsusən də bu valideynləri siqaret çəkən uşaqlara aiddir. Bu halda bronxitdən əlavə uşaqlarda bronxial astma və pnevmoniya yaranması risqi artır. Orqanizmin immun sisteminin vəziyyəti də az rol oynamır, əgər immunitet zəifləmişsə, adətən payızda və ya yazda, "onun qapısı bütün küləklərə" açıqdır, başqa sözlə bronxitlə xəstələnmə təhlükəsi xeyli artır. == Simptomlar və gedişat == Bronxitin əsas əlaməti açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir.
Bronxoskopiya
Bronxoskopiya, traxeobronxoskopiya (yun. βρόγχος - bronxa, nəfəs yoluna; σκοπέω - baxıram) xüsusi cihaz - fibrobronxoskop vasitəsilə bilavasitə tənəffüs yollarının: qırtlaq, nəfəs borusu, bronxların selikli qişalarının, mənfəzlərinin vizual müayinəsi. Fibrobronxoskop fibrooptik liflərdən ibarət, işıq mənbəyi eləcə də manitora çıxışlı videoya fotokamera ilə əlaqələndirilmiş elastik bir boru olub, vasitəsi ilə nəinki vizual müayinə həmçinin üzərində olan manipulyatorlar vasitəsi ilə dioqnostik-labarotor müayinə üçün materiallar: biopsiya, selik, bəlğəm, yad cisim və s. götürmək və bütün icra edilən müdaxiləni yaddaşa köçürüb arxivləşdirmək mümkündür. Bronxoskopiya həm müalicə həm də diaqnostik müayinə məqsədi ilə tətbiq edilir.
Bronxospazm
Bronxospazm — müxtəlif ağciyər və tənəffüs yolu xəstəlikləri zamanı təcili tibbi müdaxilə tələb edən vəziyyətlərdən biri bronxların reaktivliyinin yüksəlməsinin nəticəsi kimi meydana çıxan haldır. Əksər tənəffüs yolu patologiyaları zamanı, bronxospazm, özünü mövcud xəstəliyin nəticəsi kimi meydana çıxan klinik əlamətlərdən biri kimi göstərsə də, bronxial astma xəstəliyində o çox vaxt yeganə və əsas klinik əlamət olur. Müşahidələr göstərir ki, bronxial astma digər tənəffüs sistemi xəstəliklərilə müqayisədə, yayılması, gedişi, müalicəyə yatımsızlığı, eləcə də proqnozuna münasibətdə, ən arzuolunmaz patologiyalardan biridir (bronx əzələlərinin birincili hiperreaktivliyinin nəticəsi kimi meydana çıxan bronxial astma ümumi tənəffüs sistemi xəstəliklərinin 5-7%-ni təşkil edir). == Ümümi məlumat == İstər bronxial astma, istərsə də bronxların digər spastik vəziyyətlərində həlledici amil "bronxobstruktiv simptom" olduğuna görə, aparılacaq dərman müalicəsinin effektivliyi də ilk növbədə bu simptomun aradan qaldırılması dərəcəsindən asılıdır. Odur ki, bronxial astma və digər bronxospastik halların farmakoloji korreksiyasmda əsas müalicə vasitəsi ”bronx ağacını” genişləndirən bronxolitik təsirli dərman maddələri hesab olunur. Bronxolitiklər tənəffüs yollarında törənən spastik halı, əsasən, iki yolla ya birbaşa bronx saya əzələlərinə, ya da bu sistemin efferent sinir tənziminə təsir göstərməklə aradan qaldırırlar. Bronxial astmanm müalicə və profılaktikasında üstünlük daha çox hallarda bronxların efferent sinir tənziminə təsir göstərən maddələrə verilir. Məlumdur ki, bronx əzələlərinin tonusu adi halda parasimpatik innervasiya ilə tənzim olunur. Bronxlar praktik olaraq simpatik innervasiya almırlar. Odur ki, xolinergik innervasiyanın güclənməsi bronxospastik əlamətlərlə müşahidə olunur.
Dendrobium bronckartii
Dendrobium amabile (lat. Dendrobium amabile) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Callista amabilis Lour. (1790) (Basionym) Epidendrum callista Raeusch. (1797) Dendrobium bronckartii De Wild.
Emili Bronte
Emili Bronte (ing. Emily Jane Brontë, 30 iyul 1818[…] – 19 dekabr 1848[…]) —İngiltərə şairəsi. == Həyatı == Emili Bronte 1818-ci ildə Tornton, Yorkşirdə anadan olub. 6 uşağın 5-cisi olan Emili, Şarlotta Bronte nin kiçik bacısı idi. 1820-ci ildə ailə Havorda köçdü. Uşaqlıq illərində analarının ölümündən sonra, üç bacı və qardaşları Branvel Bronte xəyali yerləri xəyal etmişdilər ki, bunların adlarına yazdıqları hekayələrdə rast gəlirik. Emilinin o dövrdə qələmə aldığı işlərindən çox az bir qismi bu günümüzə qədər gəlib çata bilmişdir. Emili 1838-ci ildə Halifaks yaxınlığındakı Mis Patşetin Qız Akademiyasında işləyib. Daha sonra, işinə bacısı Şarlotta ilə birlikdə Brüsseldəki özəl bir məktəbdə davam etmişdir. Emilinin şairəlikdəki istedadının ailəsi tərəfindən kəşf edilməsi ilə, bacıları Şarlotta və Enn ilə birlikdə 1846-cı ildə ortaq bir şeir kitabı yayımladılar.
Enn Bronte
Enn Bronte (ing. Anne Brontë 17 yanvar 1820[…] – 28 may 1849[…], Skarboro, Nort-Yorkşir[d]) — ingilis yazıçısı. Enn Brontenin ailə üzvlərinin hamısı, özü də daxil olmaqla vərəmdən vəfat etmişdır. Enn Brontenin sonuncu çapdan çıxmış əsəri "Uayldfell-Holldan olan yad qadın" adlanır.

Значение слова в других словарях

инкуна́була кора́бль малоакти́вный ме́рзостный портня́жеский проми́н ра́кия факси́миле глуши́ть приболе́ть провала́ндаться раски́дисто старшеку́рсный укори́зненно continuer family allowance fantasied fluvio-glacial Kitchen Latin magnetosphere uncancelled многократный палящий привязчивость увешать