Şandor Brodi (mac. Bródy Sándor; 23 iyul 1863[1], Eqer[2] – 12 avqust 1924[1][2], Budapeşt[2]) — Macarıstan yazıçısı və jurnalisti.
Şandor Brodi | |
---|---|
mac. Bródy Sándor | |
Doğum tarixi | 23 iyul 1863[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 avqust 1924[1][2] (61 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, jurnalist, dramaturq |
Vikianbarda əlaqəli mediafayllar |
Eqer şəhərində orta təhsilini tamamladıqdan sonra özünü bütünlükdə ədəbiyyata həsr elədi. 1888-ci ildən 1890-cı ilə qədər Kolosvarda nəşr olunan "Erdélyi Híradó" jurnalının redaktoru olmuşdur, eləcə də "Erdélyi Képes Ujság", "Magyarság" qəzetləri üçün də məqalələr yazırdı. 1890-cı ildən "Magyar Hírlap" qəzetinin üzvü oldu və 1882-ci ildən Macarıstanın ədəbi mətbəələri üçün məqalələr, felyetonlar, hekayələr və romanlar yazmağa başladı. Əsərlərində həyatın qaranlıq tərəflərini təsvir edirdi və müasir fransız realistik məktəbinin şagirdi olmuşdur.
Brodinin əsərləri Macarıstandan kənarda da sevilir. Bütün əsərləri alman dilinə tərcümə edilmişdir və bir sıra məqalələri isə fransız, ingilis, danimarka, xorvat, rumın və serb qəzetlərində və dövri mətbəələrində dərc edilmişdir. "Magyar Hirlap" qəzetinə verdiyi etdiyi töhfələr əsasən siyasi və ya tənqidi xarakter daşıyırdı.