Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İvan Bubnov
İvan Qriqoryeviç Bubnov (18 yanvar 1872, Nijni Novqorod – 13 mart 1919, Petroqrad) — rus gəmiqayırma mühəndisi və alimi. 1904-cü ildən Sankt-Peterburq Politexnik İnstitutunda (1909-cu ildən prof.), 1910-cu ildən Dəniz akademiyasında dərs demişdir. "Gəmilərin batmazlığı haqqında" (1901), "Gəmilərin üz örtüyündə su təzyiqindən yaranan gərginlik" (1902) əsərlərində gəmi gövdəsi üçün işlədilən lövhələrin hesablanmasının izahını vermiş, "İnşaat mexanikası və elastiklik nəzəriyyəsi" (1906) və s. əsərlərində gəmilərin ümumi möhkəmlik məsələlərini riyazi əsaslandırmışdır. Bubnov 1901–03-cü illərdə M. N. Beklemişev ilə birlikdə Rusiyada ilk "Delfin" sualtı qayığının inşasına rəhbərlik etmişdir. 1903-cü ildən Dəniz texniki komitəsində gəmiqayırma çertyojçuluğu KB-nin rəisi işləmiş, burada 1903–11-ci illərdə onun rəhbərliyi altında "Kasatka", "Akula", "Minoqa", "Bars" və "Morj" sualtı qayıqlarının layihələri işlənib hazırlanmışdır. "Sevastopol" gəmisi (1911) və "İzmayıl" kreyseri (1915) onun layihələri əsasında qurulmuşdur.