Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buqaz dili
Buqaz dili — 12 km uzunluğa və 250—300 metr enə malik dil. Dil Buqaz limanı ilə Qara dəniz arasında qərarlaşır. 1995-ci ildə ərazisində «Blaqoveşenskaya dili» adlı yasaqlıq yaradılmışdır. Sahil əraziləri əsasən kvars və balıqqulağından ibarətdir. Avqust ayında sabit küləklərin fonunda Ümumrusiya Yelkənli Qayıq idmanı üzrə yarışlar təşkil edir. Bu səbəbdən Polşa, Kanada, İngiltərə, Almaniya və d. ölkələrdən idmancılar bölgəyə ayaq basır. Dilə maşınla gəliş 200 rubldır. Çadır qurmaq üçün isə əlavə 200 rulb tələb olunur. Məhkəmənin qərarı ilə isə bu alınan pullar qanunsuzdur.
Boğaz
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Buga
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Boğaz (Coğrafiya)
Boğaz – dünya okeanında hər hansı iki quru hissəni (materikləri, adaları, materiklə adanı) bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi. Boğazlar okeanları (Magellan boğazı, Dreyk boğazı), dənizləri (Bosfor, Dardanel), dənizlə okeanı (La-Manş, Cəbəllütariq boğazı), okean və dənizlərin ayrı-ayrı hissələrini (Mozambik boğazı, Kattegat) birləşdirir. Cəbəllütariq, Babülməndəb boğazı, Malakka boğazı, Sinqapur və s. boğazların böyük ticarət və strateji əhəmiyyəti var. İki göl, yaxud gölün ayrı-ayrı hissələri arasında da boğazlar olur (Böyük Göllər sistemində Miçiqan və Huron gölləri arasında Makinak boğazı). ASE, II cild, 1978, səh. 216.
Boğaz seksi
Boğaz seksi — cinsi əlaqənin bir növü. Oral olaraq edilir. Bu seks növü Fellationun bir versiyasıdır. Termin ereksiya halında olan penisin digər cinsi partnyorun ağız nahiyəsindən boğazına qədər məcburi bir formada salınması ilə baş tutan cinsi əlaqə növü üçün istifadə edilir. Bəzən oral və yaxud da anal əlaqə yerinə yalnız bu üsulla qarşı tərəfin orqazmına qədər bu proses davam etdirilir. Boğaz seksində ereksiya halında olan penisin boğazın arxasına çatması üçün kifayət qədər uzun olması vacibdir. Olduqca çətin seks növü olan dərin boğaz seksində (deep throat) bəzi insanlar öyümə refleksi verə bilir, bəziləri isə qarşısındakı cinsi partnyorunun orqazmına qədər penis başını əmərək bu formada bu seks növünü həyata keçirirlər . Əlaqə digər seks pozaları ilə davam etdirilə bilər. Boğaz seksi 69 seks pozasında da davam etdirilə bilər. Ümumiyyətlə, boğaz seksi üzərində edilən şəxs nəzarətdə olur və boğaz seksi etdirən şəxsi öz istəyi ilə istiqamətləndirir.
Fram (boğaz)
Farm boğazı (norv. Framstrædet) - Qrenlandiya adası ilə Şpisbergen arxipelaqını ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizi akvatoriyasına aiddir. Boğazın daxilində qərbdə soyuq Şərqi Qrenlandiya cərəyanı keçir. Şərqdə isə isti Norveç cərəyanının bir qolu Qərbi Şpisbergen cərəyanı keçir. Boğaz Norveç arktika ekspedisiyasının əsas gəmisi Framın şərəfinə adlandırılmışdır.
Nikolay Buqay
Nikolay Buqay (d. 19 dekabr 1941-ci il, Starotitarovskaya stanitsası, Temrük rayonu, Krasnodar diyarı) — Rusiya tarixçisi, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi əməkdaşı, Rusiya Federasiyanının Regional inkişafı Nazirliyinin Millətlərarası münasibətlər Departamentinin məsləhətçisi. Nikolay Fyodoroviç Buqay 19 dekabr 1941-ci ildə SSRİ-də, RSFSR-in Krasnodar diyarının Temrük rayonunda yerləşən Starotitarovskaya stanitsasında anadan olmuşdur. Nikolay Buqayın atası Fyodor Alekseyeviç Buqay mexanik olaraq çalışırdı, anası Varvara Petrovna Buqay isə xidmətçi idi.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Boğaz (Qars)
Boğaz — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 253 nəfərdir (2022).
Boğaz (dəqiqləşdirmə)
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Buğa (astrologiya)
Buğa (♉︎) (yun. Ταῦρος) — Zodiakın ikinci bürcü.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (dəqiqləşdirmə)
Buğa — Öküzün digər adı. Bürclər Buğa (astrologiya) — öküz bürcü Buğa (bürc) — Zodiak bürclərindən biri. Şəxslər Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Kit Buğa noyon (?-1260) — Elxanlı sərkərdəsi. Kit Buğa noyon Hülaku xanın sərkərdəsi Buğa qoyon Cəlayır (?-16 yanvar 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. Digər Buqa — tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Ölü buğa matadoru (tablo) (fr. L'Homme mort) — Eduard Mane tərəfindən 1864-cü ildə çəkilmiş rəsm əsəri.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa qoyon
Buğa Uqulay Qorçi oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından Elxanilər dövrünün sərkərdəsi. Sarayda mühüm vəzifəsi olan Buğa Arqun xanın taxta çıxarılmasında mühüm rol oynamışdır. 1284-cü ildə Arqun yeni xan olduqdan sonra Buğa onun əsas vəziri, məsləhətçisi olmuş, beləliklə də bu vəzifədə Şəmsəddin Cüveynini əvəzləmişdir. Cüveyni vəzifədən azad edildikdən sonra edam edilmişdi. Buğa Cəlair tayfasından idi və yetim idi. Atası olan Uqulaq Qorçu Hülakü xanın ordusunda kəşfiyyatçı kimi döyüşmüşdü. Ataları öldükdən sonra o və qardaşı Aruq yetim kimi Abaqa xanın sarayına verilmiş və orada böyümüşdülər. O, Abaqa xana onun etibarlı məsləhətçisi kimi xidmət etmiş, xəzinədən və möhürdən cavabdeh şəxs olmuşdur. Bu zaman da onun oğlu Arqun ilə dostlaşmışdır. 1282-ci ildə Abaqa xanın ölümündə sonra o, Arqunun Əhməd Təkudara qarşı taxt iddiasını dəstəkləmişdir.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.
Tula-Buqa
Tula-Buqa xan - 1287-ci ildə taxta çıxmışdı. 1259-cu ildə Litvanın işğalında iştirak etmiş, 1286-cı ildə Polşa yürüşündən 20.000 əsirlə qayıtmışdı. 1287-ci ildə xan olandan sonra isə Məngü Timurun oğlu Algü ilə birlikdə bir daha Polşaya yürüş etmişdi. Onun dövründə dövlət güclü olsa da əsas hakimiyyət Noğay xanın əlində cəmləşmişdi. 1291-ci ildə Noqay xan onu devirərək taxta Toxtanı gətirdi.
Üzən buğa
Üzən boğa (əvvəlki adı: Kara şahin, indiki adı Ferdinand) — 2018 Qurban bayramının birinci günü Rizenin İyidere ilçəsində Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarından qaçan, bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsi sahilində tapılan, Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa. 2018-ci ildə keçirilən Qurban bayramı zamanı Türkiyədə bir qurbanlıq buğa xeyli məşhurlaşıb. Belə ki, "Kara şahin" adlı buğa Qurban bayramının birinci günü təxminən saat 10-da Rizedə — İyidere ilçəsinin Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarında bağlı olduğu ipdən qurtulub, 5 metr yüksəkliyindəki divardan atlayaraq, düşdüyü dərədən qaçıb, qurban kəsilməkdən xilas olmuşdur. Buğanın sahibləri olan Metin Yalçın və Zekeriya Balık adlı ortaqlar onu tapa bilmədikləri üçün jandarmaya müraciət edirlər. Axtarış işləri davam edərkən, bəzi şahidlər buğanı dənizdə üzərkən gördüklərini bildirirlər. Heyvan sahibləri onu Rize və Trabzon arasındakı sahil xəttində axtarırlar. Buğa bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsində dənizin sahilində görünür. İnsanların yaxınlaşdığını görən qurbanlıq buğa, onlardan ürkərək dənizə girir. Hətta balıqçı qayığının yaxınlığına qədər üzür. Bundan sonra balıqçıların da yardımı ilə Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa baytarlıq nəzarətindən sonra sahiblərinə təhvil verilir.
Buğa (Cəlayır)
Buğa Uqulay Qorçi oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından Elxanilər dövrünün sərkərdəsi. Sarayda mühüm vəzifəsi olan Buğa Arqun xanın taxta çıxarılmasında mühüm rol oynamışdır. 1284-cü ildə Arqun yeni xan olduqdan sonra Buğa onun əsas vəziri, məsləhətçisi olmuş, beləliklə də bu vəzifədə Şəmsəddin Cüveynini əvəzləmişdir. Cüveyni vəzifədən azad edildikdən sonra edam edilmişdi. Buğa Cəlair tayfasından idi və yetim idi. Atası olan Uqulaq Qorçu Hülakü xanın ordusunda kəşfiyyatçı kimi döyüşmüşdü. Ataları öldükdən sonra o və qardaşı Aruq yetim kimi Abaqa xanın sarayına verilmiş və orada böyümüşdülər. O, Abaqa xana onun etibarlı məsləhətçisi kimi xidmət etmiş, xəzinədən və möhürdən cavabdeh şəxs olmuşdur. Bu zaman da onun oğlu Arqun ilə dostlaşmışdır. 1282-ci ildə Abaqa xanın ölümündə sonra o, Arqunun Əhməd Təkudara qarşı taxt iddiasını dəstəkləmişdir.
Bell-Ayl (boğaz)
Bell-Ayl boğazı (ing. Strait of Belle Isle, fr. détroit de Belle Isle) - Kanadanın şərqində Labrador yarımadasını Nyufaundlend adasından ayırır. Müqəddəs Lavrentiya körfəzini Atlantik okeanı ilə birləşdirir. Uzunluğu ortalama 125 km, eni 15–60 km, orta eni 18 km təşkil edir.
Ekvatorial keçidi (boğaz)
Ekvatorial keçidi — Maldiv adaları arasında yerləşən Suradiv və Addu atolları arasında yerləşir. Adı ekvator xətti üzərində yerləşməsi ilə əlaqədardır. Qədim fransız xəritələrində "Courant de Addoue" adlanır. Maldiv dilində isə Addu-Kandu adlandırılır. Eni 85 km, dərinliyi 2421 m təşkil edir. Boğaz ərazisində axınlar qışda qərbə, yayda isə şərqə istiqamətlənir. Axının sürəti 2 km/s təşkil edir. Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
Buğda dağı (Bukan)
Buğda dağı (fars. بوغداداغي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (20 ailə).
Bayaz
Bayaz — XX əsrə qədər Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan əlyazmalar. Bayazda seçmə şeir parçaları, dualar, ailənin xeyir-şərinə (ölüm, təzə uşağın doğulması, evlənmə, səfərəçıxma və s.) dair qeydlər, tarixlər yazılırdı. Ədəbiyyat həvəskarları buraya xoşladıqları şeir parçalarını, hikmətamiz sözləri də yazıb saxlayardılar. Başqa sözlə, bayaz qismən müasir xatirə albomlarını, qismən cüngləri, qismən də indiki vətəndaşlıq sənədlərini əvəz edirdi.