Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anna Uşenina
Anna Uşenina (ukr. Анна Юріївна Ушеніна; 30 avqust 1985, Xarkov) — 2012-ci ilin noyabrında Qadınların Dünya Şahmat Çempionatının qalibi olmuş və bu adı 2013-cü ilin sentyabrına kimi qoruyub saxlamış Ukraynalı qrosmeyster. == Şəxsi həyatı == Uşenina doğulduğu şəhər olan Xarkovda yaşayır. 7 yaşı olanda anası musiqi və rəssamlıqla yanaşı onu şahmatla tanış etdi. O, düz 15 ildən sonra (20 yaşında) Ukraynada qızlar arasında keçirilən çempionatda çempion oldu. 2000–2002-ci ildə Xarkov idman məktəbində şahmat öyrənməsinə baxmayaraq, o, şahmat bacarıqlarının çoxunu özü öyrənmişdi. Bu idman məktəbində onun məşqçisi Beynəlxalq Usta Artem Tsepotan idi. == Qadınların dünya çempionatı == 2012-ci il Qadınların Dünya Şahmat Çempionatının finalında Antoaneta Stefanova üzərində tay-brekdə qələbə qazandı. Bu çempionluq ona qrosmeyster adını almaq hüququnu verdi. O, 2013-cü ildə Qadınların Dünya Şahmat Çempionatında Hou Yifana uduzaraq, bu adı itirdi.