SÜRÜMƏK

f. Zorla çəkib aparmaq və ya gətirmək; dartmaq, çəkmək, darta-darta, çəkəçəkə, sürüyə-sürüyə aparmaq (gətirmək). Uşağı əlindən tutub sürümək. – [Usta:] Qorxumdan səsimi çəkdim içəri.
İpi bağladılar, söyə-söyə sürüyüb apardılar. Çəmənzəminli.
Tövlənin qapısı açıldı və cahıllar kəhildəyəkəhildəyə atları tövləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. C.Məmmədquluzadə.
[Durna:] …Çay başından gəlirkən saçlarımı əllərinə doladı.
Kəndin içindən sürüdü… C.Cabbarlı.

Синонимы

  • SÜRÜMƏK dartmaq — çəkmək — uzatmaq

Этимология

  • SÜRÜMƏK Kökü sürmək feilidir, nəyisə arxasınca dartıb aparmağa deyirlər. Burada sürtülmənin olması əsasdır. (Bəşir Əhmədov
SÜRÜMƏ
SÜRÜNDÜRMƏ

Значение слова в других словарях