Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Buravar
Buravar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Buravar kəndi Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin yamacındadır. Kənd ərazidəki eyniadlı silsilənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Etimologiyası == Burovar coğrafi adının tərkibindəki "bur" sözü talış dilində "hündür", "yüksək", "o" birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, "kənd", "məskən" bildirir (Yüksək dağ kəndi).
Murabit
Əlmürabilər, əl-Mürabilər (1090-1147; əl-Murabitun, yaxud "yaşmananlar" - ləmtuna) — 150 ilə yaxın zaman ərzində Məğribin və İspaniyanın böyük hissəsinə hökmranlıq etmiş sülalə. Sonralar Əlmüvəhhidilər tərəfindən sıxışdılımışlar. Abdulla ibn Yasinin başçılığı ilə bərbər tayfalarının hərəkatı nəticəsində yaranmışdı. == Əlmürabilər Mərakeşdə == 1060-cı ildə cənubdan şimala hərəkət edərək Atlas dağlarından keçib Məğribdə 1070-ci ildə Mərakeşin əsasını qoyan bərbər tayfaları. Söhbət bərbərlərdən - müasir Mavritaniyada və Rio-de-Oro rayonlarında yaşayan köçəri maldarlardan gedir. Onların hərəkatın mərkəzi indiki Mavritaniya ərazisi idi. Burada Abdulla ibn Yasinin ribatı (xanəgahı) yerləşmişdir. Onun ardıcılları əlmürabitun ("ribatda yaşayanlar") adlanırdı. Onlar gəzərgi həyat tərzi keçirməli və din düşmənləri ilə mübarizə üçün hərb sənətini öyrənməli idilər. Hərbi rəhbərlik Ləmtun tayfası əmirlərinin (Əlmürabilərin ikinci adı - Ləmtun da buradandır) əlində idi.
Quramit
Quramit (lat. Lolium) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Duravia
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Burvil
Burvil (fr. Bourvil ləqəbi, əsl adı Andre Rober Rembur fr. André Robert Raimbourg; 27 iyul 1917 – 23 sentyabr 1970[…], XVI arondisman (Paris)[d]) — Fransa aktyoru və estrada müğənnisi.
Bravi
Bravi (təkdə: bravo; bəzən bravolar kimi də tərcümə olunur) — XVI–XVII əsrlərdə şimali İtaliyanın kəndli lordları və ya donları tərəfindən öz maraqlarını qorumaq üçün muzdla tutduqları qatillər və ya kobud əsgərlər. Bu söz, güman ki, latın dilindəki pravus (pis, yaman, bəla deməkdir) və ispanca bravo (zorakılıq, aqressiv, qəddar, impulsiv mənasında) sözlərindən götürülmüşdür. Bravilərin zorba insanlar üzərindəki hökmranlığı və insanları qorxutmaları onlara şöhrət və nüfuz gətirmişdir. Bu barədə Alesandro Manzoninin "Nişanlılar" (1827) adlı tarixi romanında xüsusi qeyd olunmuşdur. Həmin əsər XIX əsr italyan ədəbiyyatının ən məşhur əsərlərindən biri hesab olunur. Yerli tarixə dair araşdırmaları nəticəsində bravilərə qarşı müxtəlif xəbərdarlıqların dərc edildiyi vaxtları aşkar etməsi, Manzoniyə, bravilərin İtaliyada ən azından 1583-cü ildən 1632-ci ilə qədər mövcud olduğunu müəyyən eləməyə imkan verirdi. == "Nişanlılar" əsərindəki bravilər == Əsərdə Don Rodriqo tərəfindən saxlanılmış bravilərə Qriqnapoko, Qriso, Montanarolo, Sfreciato, Squinternotto, Tanabuso və Tira-dritto daxil idi. Biondino və Karlottonun silahlı və ya silahsız olması aydın deyildi. l'Innominato üçün işləyən Nibbionun əmri altında çox sayda bravi olsa da, onların çoxunun adı bizə məlum deyil.
Bihuşedici quramit
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
Bulavin üsyanı
Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı. == Həyata keçirilməsi == Başçısı K. A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi. === Birinci mərhələsi === Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı. === İkinci mərhələsi === 1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat Don və Volqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi.
Sərt quramit
Sərt quramit (lat. Lolium rigidum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Bu bitki 20-50 (60) sm hündürlüyündə taxıllar fəsiləsinin bir illik ot bitkisidir. Çox gövdəlidirlər, gövdələri nazik və dik qalxandırlar. Yarpaqları ensiz xətlidir. Aprel-may aylarında çiçəkləyirlər, iyunun əvvəlində meyvə verirlər. Efemerlik xüsusiyyətlərinə malik olub yovşanla fitosenoloji qruplaşma əmələ gətirirlər. Neftlə çirklənmiş torpaqların bioloji rekultivasiya mərhələsində yaxşı bitmə qabiliyətinə malik taxıl bitkisidir. Qara yonca ilə birlikdə sıx cəngəllik əmələ gətirməklə yüksək məhsuldarlığa (190 s/ha) malikdirlər.
Fruzsina Bravik
Fruzsina Bravik (6 oktyabr 1986, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Fruzsina Bravik, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Tavo Burat
Tavo Burat (Gustavo Buratti Zanchi, 22 may 1932, Stezzano — 8 dekabr 2009, Biella) — İtalyan yazıçı və jurnalist. Burat həyatının çox hissəsini Pyemont dil adasını qoruyaraq keçirdi. 1964-ci ildən başlayaraq, Burat yox olma təhlükəsi ilə üzləşmiş dilləri və mədəniyyətləri qoruyan beynəlxalq assosiasiyasının katibi olmuşdur. O, xüsusilə Pyemont və Franco-Provençalca dillərini qorumağa diqqətini yönəltmişdir. O, həmçinin İtaliya Sosialist Partiyası və Yaşıllar Partiyasının regional nümayəndəsi idi. == Tərcümeyi-hal == O, 1938-ci ildə Stezzano anadan olmuşdur və Graubündendə Hüquq adlı dissertasiya ilə hüquq fakultəsini bitirmişdir. O, 1968-ci ildən 1994-ci ilə qədər orta məktəbdə Fransız dili tədris edib. O, Sloria regional baxışın birinci redaktoru və təsisçisi və həmçinin də 1974-cü ildən 2009-cu ilə qədər ALP alpinizminin redaktoru olub. O, 1974-cü ildən-2009-cu ilə qədər Centro Studi dolcinianinin koordinasiyaçısı olub və Consiglio federativo della Resistenza di Biellanin banisidir == İşləri == === İtalyan dili === 1957: Diritto pubblico nel Cantone dei Grigioni 1974: La situazione giuridica delle minoranze linguistiche in Italia, dins I diritti delle minoranze etnico-linguistiche 1976: In difesa degli altri, dins U. Bernardi, Le mille culture, Comunità locali e partecipazione politica 1981: Decolonizzare le Alpi, dins Prospettive dell'arco alpino 1989: Carlo Antonio Gastaldi. Un operaio biellese brigante dei Borboni 1997: Federalismo e autonomie.