Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burfi
Burfi — Hindistan mətbəxinin (həmçinin Banqladeş və Pakistan mətbəxləri) məşhur şirniyyatlarından biri. Burfi qatılaşdırılmış süddən hazırlanmış şirin, konfetə bənzər şirniyyat növüdür. Hindistan yaranmış bu şirniyyat adı "qar" mənasını verən "barf" sözündən yaranıb. Bir neçə növü mövcuddur:besan burfi (qoyunnoxudu unu qatılır), kaaji burfi (Braziliya fıstığından hazırlanır), pista barfi (yerpüstəsindən hazırlanır) və sing barfi (yer fındığından hazırlanır).
Burj
Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 66,4 min (2010). == Coğrafiyası == Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı. == Tarixi == E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi.
Burj (rayon)
Burj (fr. Bourges) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Şer (departament). Suprefektura — Burj. Rayonun əhalisi 2006-cı ildə 175 163 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 63 nəf / km² . Rayon ərazisi — 2798 km².
Burj kafedralı
Burj kafedrali — Fransanın Burj şəhərində Müqəddəs Stefena həsr olunmuş Roman-Katolik kafedralı.
Burci Məmlüklərinin siyahısı
Burci Məmlükləri — 1382-ci ildən 1517-ci ilədək Misirdə hakimiyyəti əlində saxlayan məmlük qrupudur. Bu qrupdan hakimiyyətə gələn Məmlük sultanları isə bunlardır: == Mənbə == The Mamluk Sultans: 1291–1517, Mustafa M. Ziada, A History of the Crusades: The fourteenth and fifteenth centuries, Vol. III, ed. Kenneth Setton, (University of Wisconsin Press, 1975), 490. Aleppo:the Ottoman Empire's caravan city, Bruce Masters, The Ottoman City Between East and West: Aleppo, Izmir, and Istanbul, ed. Edhem Eldem, Daniel Goffman, Bruce Master, (Cambridge University Press, 1999), 20.Kenneth Meyer Setton (1969). A History of the Crusades: The fourteenth and fifteenth centuries, edited by ... Univ of Wisconsin Press. p. 502.
Barbi
Barbi (ing. Barbie) — uşaq oyuncağı, kukla. Əsasən 3 yaşdan 14 yaşa qədər qızlar üçündür. 1959-cu ildə ABŞ-də Viskonsin ştatında buraxılmışdır. Onun yaradıcıları Rut və Elliot Handlersdir. Barbinin tam adı Barbara Millicent Robertsdir. Kuklanın meydana çıxmasından keçən müddət ərzində onun bir çox çeşidi və aksesuarları buraxıldı, Barbi dünya miqyasında populyarlıq qazandı, bir brend və pop kumirinə çevrildi. == Tarixi == Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Keçən əsrin 40-cı illərinin ortalarında Hendler ailəsi şəkillərin qoyulması üçün xüsusi çərçivələr hazırlayan kompaniya açmağı qərara aldılar. Nəticədə ailənin kişisi Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar?
Barei
Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Barei — İspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır. == Musiqi karyerası == === Karyeranın başlanğıcı === Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura Pauzini və Lara Fabianın mahnılarını ifa edərək başlamışdır.
Barfi!
Barfi! 2012-ci ildə çəkilən, Romantik-Komediya janrında olan Bollywood filmi == Məzmun == Merfi(Barfi) Conson, həm eşitmə, həm də nitq qüsurlu bir gəncdir. Şruti adında gənc bir qıza aşiqdir. Lakin Şrutinin ailəsi onun normal bir kişilə evlənib xoşbəxt həyat qurmasını istəyirdilər. Barfi isə bu ümidsiz eşqdən yorulmuş yeni bir həyata başlamışdır. Bu vaxt uşaqlıq dostu olan Cimil adında bir qızla sevgili olmuşdur. Eyni zamanda Barfi polis tərəfindən də axtarılmaqdadır. Atasının əməliyyatı üçün 7000 rupi tapmalıdır. Bunun üçün bankdan oğurluq etmək istəyir.
Barja
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. == Ümumi məlumat == Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Birja
Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Buran
Buran (Ərdəbil) —
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Burch.
Vilyam Con Börçel (ing. William John Burchell, 1782 — 3 mart 1863) — Britaniya botaniki və naturalisti. Burchellia bitki cinsi və düzənlik zebri (Equus burchelli) heyvan növü Börçelin şərəfinə adlandırılmışdır. == Elmi əsərləri == Travels in the interior of southern Africa. Longman, Hurst, Rees, Orme & Brown, London 1822—1824, 2 cild. Hints on emigration to the Cape of Good Hope. Hatchard & Son, London 1819. == İstinadlar == == Mənbə == Cleverly, Les: W. J. Burchell. 1989. Notcutt, Henry Clement: Pioneers.
Burjua
Burjuaziya (fr. Bourgeoisie fr. bourg; alm. burg‎ - şəhər) — kapitalist cəmiyyətinin mülkiyyətə (pul vəsaiti, istehsal vasitələri, torpaq,patent) malik olan və ondan gələn gəlirlə yaşayan sosial sinfi. == Tarixi == Orta əsrlərdə cəmiyyət şəhərlilərə və kəndlilərə bölünürdü. Burjuaziya isə seçilmiş şəhər sakinləri adlanırdı. Feodalizm dövründə isə azsaylı şəhər əhalisini kəndli kütləsindən ayırmaq üçün onları burjuaziya, tək halda isə burjua adlandırırdılar. Tezliklə "Burjuaziya" termini öz əhəmiyyətinə görə "üçüncü təbəqə" anlayışına yaxın idi. "Üçüncü təbəqə" XV əsrdən imkanlı şəhər əhalisi təbəqəsini nəzərdə tuturdu.Fransada feodalizmin dağılması ilə burjuaziya (tacirlər, sənətkarlar, imkanlı kəndlilər) cəmiyyətin sosial cəhətcə ən fəal hissəsinə çevrilməyə başladılar. Hollandiya burjua inqilabından başlayaraq bütün Avropada burjuaziya inqilablarının və feodal cəmiyyətinin dağılmasının tərəfdarları kimi çıxış etməyə başladılar.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Burre
Burre (fr. bourrée, bourrer sözündən – gözlənilməz sıçrayışlar etmək) — qədim fransız rəqsi. == Haqqında == XVI əsrin ortalarında yaranmışdır. XVII əsrdən Burre səciyyəvi cüt ölçülü (alla breve), iti templi, dəqiq ritmli saray rəqsi olmuşdur. XVII əsrin ortalarında instrumental süitanın tərkibinə salınmış, J.B. Lülli B.-ni opera və baletə daxil etmiş dir. XVIII əsrin 1-ci yarısında Fransanın hüdudlarından kənarda da məşhur idi. Q. Muffat, G.F. Hendel, İ.S. Bax, A. Kampra, A.K. Detuş, J.F. Ramo öz yaradıcılıqlarında Burreyə müraciət etmişlər.
Bursa
Bursa (türk. Bursa) — Türkiyənin Bursa ilinin inzibati mərkəzi. Əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəridir. Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. == Tarixi == Osmanlı imperiyasının ikinci paytaxtıdır Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb.
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş.Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı.Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib. Onlar tətbiq sahələrindən asılı olaraq müxtəlif dəqiqliyə malik olurlar. Spiralvari burğuların tilləri konus formasında olur.
Bursa bursa-pastoris
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Abram burnu
Abram burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burun yaxınlığında eyni adlı qəsəbə vardır. Burunda dəniz limanına aid tikililər vardır. Sərnişin gəmilərini qəbul edən priçal isə 2010-cu ildən fəaliyyətini dayandırmışdır. Burunun cənub hissəsindən körfəzə Varyajski axarı tökülür. == Ədəbiyyat == Абрам-мыс // Кольская энциклопедия. В 5 т. Т. 1.
Adam Berri
Adam Berri (ing. Adam Berry) — ABŞ bəstəkarı. == Filmoqrafiya == Herkules Kim Possibl Ulduz Komandasından Bazz Layterin macəraları Madaqaskar pinqvinləri Tara Bethoven 5 == İstinadlar == == Əlavə ədəbiyyat == Nye, Sean. "From Punk to the Musical: South Park, Music, and the Cartoon Format." Music In Television: Channels of Listening, ed. James Deaville. London: Routledge, 2011. pp. 143–64. Nye, Sean. "Generation X, South Park, and TV Music Composition: An Interview with Adam Berry.” Music In Television: Channels of Listening, ed.