Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bukarka
Bukarka (lat. Neocoenorhinidius pauxillus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Borulayıcı böcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Ağac və kol dekorativ bitkilərinin yarpaqlarına, xüsusilə cicəkli bitkilərdən ərik, gavalı ağaclarına və digər bəzək bitkilərinə (katalpa, söyüd, qovaq və s.) 14–22% zərər verir. Böcək imaqo mərhələsində torpaqda qışlayır. Mart-aprel aylarında ağaclarda tumurcuqlar əmələ gələndə qışlama yerlərindən çıxırlar və tumurcuqlarla qidalanırlar. Bu vaxt havanın orta günlük temperatur 12–16oC olur. Müşahidələrimizə əsasən, böcəklər 2–3 ay təbiətdə görünürlər. Abşeronda zərərvericinin yumurta qoyması bitkilərin çiçəkləməsi ilə eyni vaxta düşür. Yumurtalarını (bir ədəd olmaqla) yarpağın alt səthinə, yarpaq damarlarının bitişən yerlərinə qoyur. Ümumiyyətlə bir dişi fərd 100–120-yə qədər yumurta qoya bilir.
Furajka
Furajka və ya Hərbi mərasim papağı bir çox ölkənin silahlı qüvvələrinin, habelə hüquq mühafizə orqanları və yanğınsöndürmə idarələri kimi bir çox formalı mülki təşkilatların geyindiyi baş geyimidir. Hərbi mərasimlərdə və digər mərasimlərdə taxılır. XVIII əsrin sonu və ya XIX əsrin əvvəllərində Şimali Avropada meydana çıxmışdır. Digər əsas komponentlər tac, lent və fərqlənmə nişanlarıdır, adətən bir başlıq nişanı və rütbə ilə nisbətli formada olur. Tez-tez tacın rəngindən fərqli olaraq borular da mövcud olur. Rəng adətən donanma üçün ağ, hava qüvvələri üçün mavi, quru qoşunları üçün yaşıl olur. Bant adətən tünd, ziddiyyətli bir rəngdə olur və ümumiyyətlə qara rəngdədir, lakin naxışlı və ya zolaqlı ola bilər.
Brakka
Brakka ( it. Bracca ), İtaliyada kommuna, Lombardiya regionun Berqamo vilayətində yerləşir. Əhalisi 706 nəfərdir (2018), əhalinin sıxlığı 129 nəfər / km²-dir. Sahəsi 5.47 km² ərazini əhatə edir. Poçt kodu - 24010. Telefon kodu - 0345. Kommunanın hamisi müqəddəs, Həvari Andreydir . Kommuna bayramı 30 noyabrda qeyd olunur.
Buratiya Respublikası
Buryatiya (rus. Республика Бурятия, bur. Буряад Улас) — Rusiya Federasiyası subyektlərindən biri. Rusiyanın Asiya hissəsinin cənubunda yerləşir. Sibir federal dairəsinə daxildir. Sahəsi 351,3 min km². Əhalisi 972 134 min (2010). Paytaxtı Ulan-Ude şəhəridir. 21 rayonu, 6 şəhəri, 21 şəhər tipli qəsəbəsi var. == Dövlət hakimiyyəti orqanları == Dövlət hakimiyyəti orqanları sistemini Buryatiya Respublikasının Konstitusiyası (1994) müəyyən edir.
Hiroto Muraoka
Hiroto Muraoka (d. 19 sentyabr 1931) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Amiri Baraka
Amiri Bakara (7 noyabr 1934, Nyuark - 9 yanvar 2014, Nyuark) — Afroamerikalı yazıçı və şair. Əsl adı Everett Leroy Consdur. 1960-cı ildə ədəbiyyatda yeni cığır açan "Qara İncəsənət Hərakatı"nın banisi sayılır. Bu hərəkatla ədəbiyyatın irqçiliyə qarşı silah kimi istifadə oluna biləcəyini göstərmiş, yazdığı sosialist və anti-irqçi əsərləri ilə ədəbiyyata yenilik qazandırmışdır. Sistemə qarşı öz narazılığını əks etdirən oyun və şeirləri ilə tanınan Amiri Baraka 79 yaşında ABŞ-nin Nyu-Cersi ştatında vəfat edib. == Əsərləri (ingiliscə) == Preface to a twenty volume suicide note; poems. Blues people: Negro music in white America. Dutchman and The slave, two plays. The dead lecturer; poems. The system of Dante's Hell; a novel.
Artemisia aurata
Artemisia aurata (lat. Artemisia aurata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Birata etrapı
Birata etrapı (türkm. Birata etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Birata qəsəbəsidir.
Branka Rauniq
Branka Rauniq (bosn. Branka Raunig; 1 yanvar 1935, Sarayevo – 13 iyun 2008, Bixaç, Bosniya və Herseqovina Federasiyası) — Bosniya arxeoloqu, tarixdən əvvəlki dövrün tədqiqatçısı və muzey kuratoru. == Erkən illər == Branka Rauniq 1 yanvar 1935-ci ildə Sarayevoda anadan olmuşdur. Ömrünün ilk illəri Kraljevoda keçib . 1954–1958-ci illərdə Belqrad Universitetinin Fəlsəfə fakültəsində arxeologiya təhsili alıb . Müəllimlərindən biri arxeoloq Branko Havela idi . == Karyerası == Universiteti bitirdikdən sonra, Rauniq Bosniya və Herseqovinaya geri qayıdır, Bihaçdakı Punye muzeyində işləməyə başlayır . Rauniq, yapodlar qəbiləsinə aid arxeoloji materiallarla işləyərkən sonrakı elmi karyerasını həsr etdiyi bu qədim Hind-Avropa xalqı ilə maraqlanmağa başlayır . 1963-cü ildə Rauniq, Punye bölgəsinə diqqət yetirərək yapodların tarixini öyrənməyə davam etdiyi Djakovo bölgəsində yerləşən muzeydə işə başlayır . Bu bölgədəki arxeoloji materiallara əsaslanaraq 1971-ci ildə müdafiə etdiyi magistr işini yazır .
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir. Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi.
Burika yarımadası
Burika (isp. Península de Burica) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın cənubunda, Panamanın qərbində yerləşən yarımada. == Coğrafiyası == Ensiz və uzunsov formaya malik yarımada Sakit okean suları ilə əhatələnmişdir. Yarımada boğazla Burika adasından ayrılır. Yarımada həm də Kosta-Rikanın ən ucqar cənub nöqtəsidir. Ən hündür nöqtəsi 257 metrdir. Yeganə ən böyük şəhəri Puerto-Amuelesdir. Şəhərin 8 200 nəfər əhalisi vardır (2005). Yerli əhali əsasən balıqçılıqla məşğul olur. == Sahiblənmə statusu == Eçandi-Fernandes anlaşması 1941-ci ilin mayında imzalanması ilə yarımada iki ölkə arasında bölünmüşdür.
Larissa Barata
Larissa Barata (d. 30 mart 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Larissa Barata 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Larissa Barata 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Fernanda Kavaliyeri, Jennifer Oliveyra və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Phyllorkis aurata
Bulbophyllum auratum (lat. Bulbophyllum auratum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Sikkim, həmçinin Cənubi Taylanddan Malayziyanın qərbinə qədər yayılmışdır. Cirrhopetalum auratum Lindl. (1840) (Basionym) Phyllorkis aurata (Lindl.) Kuntze (1891) Cirrhopetalum borneense Schltr. (1906) Bulbophyllum campanulatum Rolfe (1909) Cirrhopetalum campanulatum (Rolfe) Rolfe (1910) Bulbophyllum borneense (Schltr.) J.J.Sm.
Profelis aurata
Qızılı pişik (lat. Profelis aurata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin profelis cinsinə aid heyvan növü.
Quercus durata
Quercus durata (lat. Quercus durata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Sabanejewia aurata
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
Yasuharu Kurata
Yasuharu Kurata (1 fevral 1963, Şizuoka) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Yukari Murata
Yukari Murata (9 oktyabr 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. Yukari Murata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Şu Kurata
Şu Kurata (d. 26 noyabr 1988) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masaki Murata
Masaki Murata (村田 聖樹, Murata Masaki, 29 avqust 1999, Kavasaki[d], Kanaqava prefekturası) – Danimarkanın "Vayle" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. == Klub karyerası == Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir. O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır. Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır. O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir. 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur. Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur. 2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur. 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir.
Burak Aksak
Burak Aksak (d. 12 sentyabr 1985, İstanbul) — türkiyəli yazar, rejissor və aktyor. İlk təhsilini Yedikule'de və orta təhsilini Koca Mustafa Paşa Liseyində tamamladı. Hal hazırda Eskişehir Anadolu Universitetində İctimai İdarəetmə Fakültəsində təhsil alır. 2006-cı ildə o, təqaüd qazanmış və Platon Film Məktəbinə daxil olmuşdur. Ekol Drama İncəsənət Məktəbində Kamera üçün aktyorluq edir. Kariyerini televiziya üzərinə əmisi Selçuk Aydemir ilə başlamış və TRT ilə "Ramazan Güzeldir" idarə etmişdir. Leyla və Mecnun seriyası nəşrdən çıxarıldı və "Ben de Ozledim" filmində ssenarist kimi işləməyə davam etdi. O, BKM tərəfindən hazırlanan və 9 yanvar 2015-ci ildə nümayiş etdirilən :Bana Masal anlat" filmin ssenari müəllifi və rejissorudur. O, 2013-cü ildən etibarən aylıq "OT Magazine" jurnalında yazır.
Nil Burak
Nil Burak olaraq bilinən Pembe Nihal Munsif 27 aprel 1948 Lefke) Şimali Kipr Türk Respublikası ve Türkiyənin məşhur müğənnisidir.
Tavo Burat
Tavo Burat (Gustavo Buratti Zanchi, 22 may 1932, Stezzano — 8 dekabr 2009, Biella) — İtalyan yazıçı və jurnalist. Burat həyatının çox hissəsini Pyemont dil adasını qoruyaraq keçirdi. 1964-ci ildən başlayaraq, Burat yox olma təhlükəsi ilə üzləşmiş dilləri və mədəniyyətləri qoruyan beynəlxalq assosiasiyasının katibi olmuşdur. O, xüsusilə Pyemont və Franco-Provençalca dillərini qorumağa diqqətini yönəltmişdir. O, həmçinin İtaliya Sosialist Partiyası və Yaşıllar Partiyasının regional nümayəndəsi idi. O, 1938-ci ildə Stezzano anadan olmuşdur və Graubündendə Hüquq adlı dissertasiya ilə hüquq fakultəsini bitirmişdir. O, 1968-ci ildən 1994-ci ilə qədər orta məktəbdə Fransız dili tədris edib. O, Sloria regional baxışın birinci redaktoru və təsisçisi və həmçinin də 1974-cü ildən 2009-cu ilə qədər ALP alpinizminin redaktoru olub. O, 1974-cü ildən-2009-cu ilə qədər Centro Studi dolcinianinin koordinasiyaçısı olub və Consiglio federativo della Resistenza di Biellanin banisidir 1957: Diritto pubblico nel Cantone dei Grigioni 1974: La situazione giuridica delle minoranze linguistiche in Italia, dins I diritti delle minoranze etnico-linguistiche 1976: In difesa degli altri, dins U. Bernardi, Le mille culture, Comunità locali e partecipazione politica 1981: Decolonizzare le Alpi, dins Prospettive dell'arco alpino 1989: Carlo Antonio Gastaldi. Un operaio biellese brigante dei Borboni 1997: Federalismo e autonomie.
Urata Rama
Urata Rama (20 dekabr 1986) — Kosovolu atıcı. Urata Rama Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Urata Rama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 402.3 xal toplayaraq 48-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Burak Çelik
Burak Çelik' (21 iyul 1992, İstanbul) Türkiyə'li aktyor və modeldir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır.2013-cü ildən əsas fəaliyyətinə başlayan Burak Çelik karyerasını daha da genişləndirmişdir. == Həyatı və karyerası == Atası Ordu'lu, anası isə mühacir olmuşdur. 21 iyul 1992-ci ildə dünyaya gəlmişdir. 2013 Best Model of Turkey və eyni ildə Best Model of The World qalibi olmuşdur. O, 42 ölkədən 56 modelin qatıldığı "Best Model of The World" yarışmasında "Ən yaxşı kişi model" seçilmişdir. Çelik Karagül serialında canlandırdığı Serdar obrazı ilə aktyor'luğa addım atmışdır. O, serialda 100 seriyada iştirak etmişdir. Daha sonra 2016-cı ildə ekranlara çıxan Hayat Sevince Güzel serialında baş rolda Çelik Barış obrazını canlandırmışdır. Teleserialda Səlim obrazını canlandırmışdır.