Burika (isp. Península de Burica) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın cənubunda, Panamanın qərbində yerləşən yarımada.
Burika yarımadası | |
---|---|
Yerləşməsi | |
8°10′00″ şm. e. 82°54′00″ q. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ensiz və uzunsov formaya malik yarımada Sakit okean suları ilə əhatələnmişdir. Yarımada boğazla Burika adasından ayrılır. Yarımada həm də Kosta-Rikanın ən ucqar cənub nöqtəsidir. Ən hündür nöqtəsi 257 metrdir. Yeganə ən böyük şəhəri Puerto-Amuelesdir. Şəhərin 8 200 nəfər əhalisi vardır (2005). Yerli əhali əsasən balıqçılıqla məşğul olur.
Eçandi-Fernandes anlaşması 1941-ci ilin mayında imzalanması ilə yarımada iki ölkə arasında bölünmüşdür. Nəticədə yarımadanın ⅔ Panamaya və yalnız ⅓ Kosta-Rikaya verilir. Yarımada iki ölkə arasında sərhəd olmaqla yanaşı həm də iki saat qurşağı kəsişir.