Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Butrus Bustani
Butrus Bustani (ərəb. بيار البستانى‎; 1819[…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1 may 1883[…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir. Bustani birinci Suriya milliyətçisi hesab olunur. == Həyatı == Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır.
Emil Butru
Emil Butru (28. 7. 1845, Paris yaxınlığında Monruj – 22. 11. 1921, Paris) — fransız filosofu. == Həyatı == Ali Normal Məktəbdə təhsil almışdır. 1888-ci ildən Paris Universitetinin professoru, 1912-ci ildən Fransa Akademiyasının üzvü idi. == Fəaliyyəti == Butru həyat, psixika və təfəkkür təzahürlərinin şərhində mexanistik determinizmə qarşı çıxaraq, varlığın maddi, instinktiv və şüurlu səviyyələri arasında radikal uçurum olduğunu iddia etmiş və vurğulamışdır ki, ali səviyyələr aşağı səviyyələrə müncər edilmir və onlardan asılı deyildir, onlara nəzərən “təsadüfidir”. Canlının keyfiyyət özü nəməxsusluğunu Butru iyerarxiya nizamına və fərdiləşməyə canatmada görürdü: “Həyat bu mənada əsl yaradıcılıqdır”. Butru ruhun ilkinliyini təsdiqləyərək hesab edirdi ki, varlığın səviyyələr iyerarxiyası azad ilahi yaradıcılıq aktının nəticəsidir.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Bütrüs əl-Büstani