Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Birata etrapı
Birata etrapı (türkm. Birata etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Birata qəsəbəsidir.
VİBrant (albom)
Şükrü Birant
Şükrü Birant — Türkiyə futbolçusu. == Karyerası == === Klub === 1964-1974-cü illərdə Fənərbaxçada oynamışdır. Meydana çıxdığı 317 oyunda 7 qol vurmuşdur. === Milli === Türkiyənin müxtəlif milli komandalarında 26 dəfə meydana çıxmışdır.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Barat Qaravəliyev
Barat Süleyman oğlu Qaravəliyev (1923, Dağ Kəsəmən, Qazax qəzası – 18 avqust 2009, Ağstafa) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi. == Həyatı == Barat Qaravəliyev 1923-cü ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1930-cu ildə kənddəki yeddillik məktəbə daxil olub. 1939-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib Dağ Kəsəmən kəndində müəllim təyin edilib. 1942-ci ilə kimi Əli Bayramli və Tərtər rayonlarında İcraiyyə Komitəsinin sədri olub. 1942–1945-ci illərdə Ukrayna, Belarus, Latviya, Litvada Sovet ordusu tərkibində alman faşistlərinə qarşı vuruşub. "Şöhrət", "I dərəcəli Vətən müharibəsi", "III dərəcəli Şərəf nişanı", "Qırmızı Ulduz" ordenləri və 12 medalla təltif olunub. Müharibədən sonra bir müddət Dağ Kəsəmən kəndində pedaqoji fəaliyyət göstərib. 1952-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirir. O vaxt yaradılmış Gəncə vilayətində hələ təhsilini qurtarmamış təlimatçı təyin olunub.
Barat Quliyev
Barat Quliyev (əsgər)
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Barat Şəkinskaya
Barat Həbib qızı Şəkinskaya (15 (28) iyun 1914, Şuşa – 14 yanvar 1999, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1949). == Həyatı == Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda iştirak edib.O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.
Berat Albayrak
Berat Albayrak (türk. Berat Albayrak; 1 yanvar 1978, İstanbul) — Türk iş adamı və siyasətçisi. Türkiyə hökumətində Türkiyənin Enerji Naziri və Maliyyə Naziri vəzifələrini daşıyıb. Albayrak Çalık Holdinqin rəhbəri vəzifəsində də çalışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Albayrak 2015-ci ilin iyun ayında və 2015-ci ilin noyabrında keçirilən ümumi seçkilərdə Ədalət və İnkişaf Partiyasından millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olmuşdur. == Həyatı == Berat Albayrak 1 yanvar 1978-ci ildə İstanbulda anadan olub. Beratın atası Sadık Albayrak siyasətçi və jurnalist, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostudur. Berat İstanbul Universitetinin Biznesin İdarəedilməsi Fakültəsini bitirib. 1999-cu ildən Çalık Holdinqdə çalışmağa başlamışdır.
Berat Delihasan
Berat Delihasan (d. 12 dekabr, 1998, Rizə, Türkiyə) — Türkiyə Birinci Liqası təmsilçilərindən olan Çaykur Rizəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Rizəspor === Delihasan Çaykur Rizəspor akademiyası vasitəsilə inkişaf etmişdir. Delihasan öz peşəkar karyerasında debütünü 21 sentyabr 2017-ci ildə Nevşehirspor klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Brayt Edomvonyini əvəz etmişdir. Həmin görüşdə Rizəspor kubok görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 8 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Fırat Tanış
Nuri Fırat Tanış 5 may, 1975), türkiyəli aktyor və musiqiçi. == Həyatı == İstanbul Universitetinin Dövlət Konservatoriyasının Teatr Fakültəsinin məzunu olan sənətkar, teatra lisey dövründə Məmməd Beyazid Məktəbində başlayıb. Bir müddət Şəhər Teatrında vəzifə etdiyi 1998–2001-ci illərdə Nail Ol Sabunçu, Məmməd Ulusoy, Kamal Kocatürk kimi rejissorlarla çalışdı. 2000–2010 tarixləri arasında Sirr Uşaqları-2002, Tramvay-2003, Ağ Mələk, Dilbərin Səkkiz Günü, Vay Qardaş-Manik, Tika, Dildo kino filmlərində və Adəm ilə Həvva, Radyo-Madyo, Yeddi Təpə İstanbul, Fələk Nə Demək, Şeytan, Ətrafda Gizlənir, Eşqə Sürgün, Cökələr Altında, Bənövşə İlə Xəlil, Geniş Ailə televiziya çəkilişlərində rol aldı. Musiqi sahəsində də çalışmaları olan sənətkarın sözü-musiqisi özünə aid olan işləri Əmrə Altuğ, Levent Yüksəl, Gülay kimi analitiklər tərəfindən səsləndirilmişdir. 1 Oktyabr 2012-ci ildə qurulan gündəlik sol Qəzetinin mədəniyyət səhifəsində 3 Dekabr 2012-ci ildən etibarən tin dramaturgiya edilmişdir.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Mert Fırat
Mert Fırat — Məşhur Türkiyə aktyoru. == Həyatı və karyerası == Mert Fırat 10 yanvar 1981-ci ildə Ankarada dünyaya gəlib. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi teatr bölümü məzunudur. Aktyor ərəb və çərkəz əsillidir.
Mirat (jurnal)
"Mirat" jurnalı (az-əbcəd. مرات‎) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı. == Tarixi == "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi: Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar.
Tavo Burat
Tavo Burat (Gustavo Buratti Zanchi, 22 may 1932, Stezzano — 8 dekabr 2009, Biella) — İtalyan yazıçı və jurnalist. Burat həyatının çox hissəsini Pyemont dil adasını qoruyaraq keçirdi. 1964-ci ildən başlayaraq, Burat yox olma təhlükəsi ilə üzləşmiş dilləri və mədəniyyətləri qoruyan beynəlxalq assosiasiyasının katibi olmuşdur. O, xüsusilə Pyemont və Franco-Provençalca dillərini qorumağa diqqətini yönəltmişdir. O, həmçinin İtaliya Sosialist Partiyası və Yaşıllar Partiyasının regional nümayəndəsi idi. == Tərcümeyi-hal == O, 1938-ci ildə Stezzano anadan olmuşdur və Graubündendə Hüquq adlı dissertasiya ilə hüquq fakultəsini bitirmişdir. O, 1968-ci ildən 1994-ci ilə qədər orta məktəbdə Fransız dili tədris edib. O, Sloria regional baxışın birinci redaktoru və təsisçisi və həmçinin də 1974-cü ildən 2009-cu ilə qədər ALP alpinizminin redaktoru olub. O, 1974-cü ildən-2009-cu ilə qədər Centro Studi dolcinianinin koordinasiyaçısı olub və Consiglio federativo della Resistenza di Biellanin banisidir == İşləri == === İtalyan dili === 1957: Diritto pubblico nel Cantone dei Grigioni 1974: La situazione giuridica delle minoranze linguistiche in Italia, dins I diritti delle minoranze etnico-linguistiche 1976: In difesa degli altri, dins U. Bernardi, Le mille culture, Comunità locali e partecipazione politica 1981: Decolonizzare le Alpi, dins Prospettive dell'arco alpino 1989: Carlo Antonio Gastaldi. Un operaio biellese brigante dei Borboni 1997: Federalismo e autonomie.
Şah Fırat
"Şah Fırat əməliyyatı" — Süleyman Şah türbəsini yeni əraziyə köçürmək məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə keçirilmiş xüsusi xilasetmə əməliyyatı. == Məqsədi == Əməliyyatın məqsədi Türkiyənin dövlət sərhədlərindən kənarda yeganə ərazi vahidi (eksklav) olan, Suriya ərazisində yerləşən Süleyman Şah türbəsini qoruyan 35 nəfərlik hərbi birliyi Türkiyəyə gətirmək idi. == Tarixi == Əməliyyat fevral ayının 21-dən 22-nə keçən gecə saat 21 radələrində başladılıb. 50 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb. Türbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə birlikdə Süleyman Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb. Gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb. Səhər saat 6-da Türkiyə hərbçiləri öz ölkələrinin ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb. == Nəticəsi == Türkiyə baş Qərargahının şərti olaraq "Şah Fırat" adı verdiyi bu əməliyyat nəticəsində türbədə xidmət edən və onu qoruyan 35 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəəşi Türkiyəyə gətirilmişdir. Əməliyyat zamanı yalnız bir əsgər qəza nəticəsində həlak olub. Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.
Berat Cimsiti
Berat Ridvan Cimsiti (alb. Berat Ridvan Gjimshiti alm. Berat Ridvan Djimsiti‎ ; 19 fevral 1993[…], Sürix) — İsveçrəli və albaniyalı peşəkar futbolçu. İtaliyanın "Atalanta" klubunun və Albaniya millisinin müdafiəçisi . == Karyerası == === Klub === Berat "Sürix" klubunun yetirməsidir. İsveçrə Super Liqasının Djimsiti 2011–12 mövsümündə, "Sürix"in əsas heyətinə dəvət edilir. Peşəkar debütünü 3 mart 2012-ci ildə "Sion"la qarşılaşmada edir. O, "Sürix"də ilk qolunu 20 may 2012-ci ildə, "Qrasshopper"ə qarşı oyunda vurur. 18 yanvar 2016-cı ildə Cimsiti, İtaliyanın "Atalanta" klubu ilə üç il yarımlıq müqavilə imzalayır. Onun "Atalanta"da debüt oyunu, 3 may 2016-cı ildə "Napoli" klubuna qarşı oyunda baş tutur.
Əbdülilah Fırat
Əbdülilah Fırat 1946, Kırklareli – Türk siyasətçi, yazar, şeyx. == Həyatı == Şeyx Səidin nəvəsi olan Əbdülilah Fırat XIX əsr Ərzurum Millət vəkili (RP) və XX əsr Ərzurum Millət vəkili (RP, AP) vəzifələrində çalışıb. Şeyx Səid Üsyanından sonra sürgün yeri olan Kırklareli vilayətinin Vize rayonunun Sergen qəsəbəsində 1946-cı ildə məcburi köçürmə zamanı dünyaya gəlib. İbtidai və orta təhsilini Hınısda alıb. 27 may 1960-cı ilin çevrilişindən sonra Milli Birlik Komitəsi tərəfindən Sivas Kabakyazıda 5-ci Şəxsi Təlim Briqadasında yaradılan toplama düşərgəsində 6 ay nəzarət altında qaldıqdan sonra (27 may çevrilişinin ən gənc məhbusu), 55 Şeyx və Ağa adı ilə ailəlikcə Türkiyənin müxtəlif vilayətlərinə sürgün ediliblər. Sürgün və əsarət həyatı içində, Şeyx Səidin böyük oğlu müdərris və alim olan babası Şeyx Əli Rza Əfəndi və Şeyx Əli Rzanın böyük oğlu olan atası Şeyx Məhəmməd Əminin yanında dini təhsil (mədrəsə təhsili) alıb. O, Əbdülilah Fırat sürgündən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1968-ci ildə Elazığda orta məktəbi bitirib. Ali təhsilini Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasında davam edərkən akademiyanın rəhbəri və Türkiyə Özəl Məktəblər Birliyi Tələbə Federasiyasının sədrliyini üstlənib. Daha sonra bu məktəbi tərk edərək Ankara Universitetinin Hüquq fakültəsinə başlayıb. Ancaq sonra bir çox problemlər səbəbindən təhsilini yarımçıq qoyub.
Airat Ichmouratov