Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Denzel Dumfris
Denzel Custus Morris Dumfris (18 aprel 1996, Rotterdam, Niderland) — Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubunda və Niderland milli futbol komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusu. == Klub karyerası == Dumfris 2014-cü ildə həvəskar komanda olan Barendrext klubundan Sparta Rotterdam klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 20 fevral 2015-ci ildə Emmen klubuna qarşı oyunda etmişdir. Dumfris Sparta ilə 2016-cı ildə Erediviziyaya vəsiqə qazandı və həmin il Eerste Diviziyada mövsümün ən istedadlı oyunçusu mükafatına layiq görüldü.2017-ci ilin yayında o, belçikalı oyunçu Stefano Marzonun gedişindən sonra Herenveen klubu ilə müqavilə imzalamışdır.2018-ci ilin iyununda Dumfris Coşua Brenet və Santyaqo Ariasın klubdan gedişindən sonra Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Hələ Barendrext klubunda çıxış edərkən Dumfris Aruba milli futbol komandasında oynamaq üçün dəvət almışdır. 2014-cü ilin mart ayında o, Quam millisi ilə yoldaşlıq oyununda millidə debüt etmişdir. Bir neçə gün sonra həmin milli ilə qarşılaşmada Dumfris qolla yadda qalmışdır.Ronald Kuman 2018-ci ilin oktyabr ayında ilk dəfə Dumfrisi Niderland milli futbol komandasına dəvət etmişdir. O, milli ilə debütünü 13 oktyabrda Almaniya millisinə qarşı oyunda etmişdir. Dumfris millidə ilk qolunu 13 iyun 2021-ci ildə UEFA Avro 2020 turniri çərçivəsində Ukrayna millisinə qarşı oyunda vurmuşdur. Həmin görüşdə milli rəqibinə 3–2 hesabı ilə qalib gəlmişdir.
Denzel Vaşinqton
Denzel Vaşinqton (ing. Denzel Hayes Washington, Jr.; 28 dekabr 1954[…]) — ABŞ aktyorudur. 2010-cu ildə populyar olan İlayın kitabı filminə çəkilmişdir. Bu filmdə "İlay" personajının rolunu canlandırmışdır.
Villiam Henzel
Villiam Henzel (23 mart 1982) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Villiam Henzel Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Villiam Henzel Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Villiam Henzel Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Cəbəlkəndi (Ənzəl)
Cəbəlkəndi (fars. جبل كندی‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Bu kənd Urmiyadan 35 kilometr şimalda, Urmiya gölünün qırağında yerləşir.Son bir neçə ildə Urmiya gölündə suyun azalıb quruması bu kəndi tərpənən qumlar təhlükəsi ilə qarşılaşdırıb ki bu kəndi tərpənən qumlardan qorumaq üçün bir sıra tədbirlər görülüb ki bunlara qum malçlama və qum təpələrinə hörmə baryerlərin quraşdırılması və bölgədə duz və su çatışmazlığına yüksək dərəcədə uyğunlaşan yerli fidanların əkilməsi daxildir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (84 ailə). === Milli tərkibi === 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya sözlüyü"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Cəbəlkəndidə əkinçilik ilə məşğul olan 90 nəfər şiə inanclı Türk (Azərbaycan türkü) yaşayarmış. Hal-hazırda kənd əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir ki əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar.
Soltanabad (Ənzəl)
Soltanabad (fars. سلطان‌آباد‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (132 ailə).
Xürrəmabad (Ənzəl)
Xürrəmabad (fars. ‎خرم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 376 nəfər yaşayır (74 ailə).
Benzol
Benzol (C6H6) — üzvi maddələr sinfinə daxil olan özünəməxsus, xoş, şirintəhər iyə malik, şəffaf maye. == Tarix == 1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) benzola tsikloheksatrien kimi quruluş vermişdir. (C6H6). Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq, o, benzolun xassələrini tam əks etdirmir. Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi. Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır,yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π - elektron orbitalları həmin müstəviyə perpendikulyardır.
Cəngəl
Cəngəl— İranın Rəzəvi Xorasan ostanının Roştxar şəhristanının Cəngəl bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,232 nəfər və 1,384 ailədən ibarət idi.Cəngəl, fars dilində meşə anlamındadır.
Kənzək
Kənzək (fars. كنزق‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 868 nəfər yaşayır (207 ailə).
Mənzil
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. == Təsnifatı == 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Veksel
Veksel (alm. Wechsel‎) – müəyyən müddət keçəndən sonra veksel verənin müəyyən məbləği vaxtı çatdıqda veksel sahibinə ödəməsini təsdiq edən pul öhdəliyidir. Veksel-qiymətli kağızların,pul öhdəliklərinin növü; qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçəndən sonra öhdəlik vermiş şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır. Bunun 2 növü mövcuddur: a) barat (tratta) vekseli – bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir. b) sadə veksel – bir və ya bir neçə şəxsin müəyyən məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik və ya iltizamdır.Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir neçə şəxs tərəfindən verilə bilər. Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşmavasitəsi kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar. Halbuki, inkişaf etməkdə olan ölkələrin pul tədavülündə maliyyə veksellərinin hesablaşma vasitəsi kimi əhəmiyyəti kifayət qədər yüksəkdir.
Vensen
Vensen (fr. Vincennes) — Paris şəhərinin cənub-şərqində Vensen meşəsində (Bois de Vincennes) yerləşən Val-de-Marn departamentinin kommunası. Vensendə əsas tarixi yer Valya qəsri (XIV əsr) hesab edilir. Qəsr böyüklüyü ilə nəzəri cəlb edir. Əvvəllər qəsr həbsxana kimi istifadə edilsə də, hal-hazırda burada hərbi muzey yerləşir. Paris metrosunun stansiyalarından biri ("Chateau de Vincennes") bu qəsrin yaxınlığında yerləşir. == Tarxi == XI əsrdə Filip Avqust meşədə qəsr tikilməsini əmr etmişdir.Qala Valua tərəfindən inşa edilmişdir.Qalanın inşası 1334-cü ildə VI Filipin vaxtında başlanmış və 1370-ci ildə V Karlın hakimiyyəti illərində başa çatmışdır.XVI əsrdə kral Versalda yaşamağı Vensendən üstün tutduğu üçün onun yaşadığı qəsr həbsxanaya çevrilmişdir. 1756-cı ildə türmə ləğv edilərək çini qablar istehsal edən fabrikə çevrilmişdir. Napoleon Bonapart qəsrdən hərbi sursat anbarı tək istifadə etmişdir.1814- cü ildə qalanın mühafizəsinin başında durmuş general Domesnil müttəfiqlərin ordusuna ciddi müqavimət göstərmişdir. Sonralar qala Parisin müdafiəsi məqsədilə bastiona çevrilmişdir.
Venzdey
Venzdey (ing. Wednesday) — Çarlz Addamsın yaratdığı Venzdey Addams personajı əsasında çəkilmiş ABŞ istehsalı komediya-qorxu serialı. Alfred Qof və Mayls Milların yaratdığı serialın baş rolunda Cenna Orteqa, digər rollarda; Ketrin Zeta-Cons, Luis Quzman, Qvendolin Kristi, Riki Lindhoum, Ceymi Makşeyn, Fred Armisen və Kristina Riççi çəkilmişdir. Kinorejissor Tim Börton dörd seriyanın rejissorluğunu etmişdir. Serialda məktəbdəki qulyabanı müəmmasının sirrini açmağa çalışan Venzdey Addamsdan bəhs olunur. == Süjet == Məktəbli yeniyetmə Venzdey Addams, qardaşı Paqslini dolabda bağlı vəziyyətdə tapır. O, zorbaları öldüməyə cəhd etdikdən sonra məktəbdən kənarlaşdırılır. Valideynləri Mortişa və Qomes, onu Vermont ştatının Ceriko şəhərində yerləşən Nevermor Akademiyası adlı xüsusi şagirdlər üçün məktəbə yazdırmağa qərar verirlər. Bu əsnada Nevermor yaxınlığındakı meşədə naməlum məxluq bir yürüyüşçünü öldürür. Venzdeyin valideynləri ona göz-qulaq olması üçün bədənsiz əl olan Şeyi buraxırlar.
Verxel
Verxel (isp. Vergel) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 8,16 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4858 nəfərə çatmışdır.
Vestel
Vestel - 1975-ci ilde Asil Nadir tərəfindən Türkiyə'də yaradılmış Türk texnologiya şirkətidir.
Vəznəş
Vəznəş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad Vəzirnəş adından təhrifdir. Oykonim Vəzir şəxs adı, nəş talış dilində «məskunlaşmaq» sözlərindən yaranmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Elşən Məmmədov (1975-1994).
Xəngəl
Xingal və ya Xəngəl (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. == Növləri == Xingalın növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xingal, süzmə xingal, sulu xingal daha geniş yayılmışdır. Bölgələrə görə də xingalın növləri fərqlidir: Bakı xingalı (yarpaq xingalı), Qazax xingalı, Gürcü xingalı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xingalların xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xingalı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xingalın ölçüsü təxminən 5–10 sm olur.
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی‎)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi.
Penuel
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. == Müəyyənləşdirilməsi == 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.
Aliaksandr Venskel
Aliaksandr Venskel (14 may 1993) — Belaruslu kişi ağır atlet. 94 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Belarusu təmsil edir. Aliaksandr Venskel dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Ami Hetzel
Ami Hetzel (27 aprel 1983) — Avstraliyanı təmsil edən su poloçusu. Ami Hetzel, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Karyerası == Ami Hetzel, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Arsen Venger
Arsen Venger (22 oktyabr 1949, Strasburq) — fransalı baş məşqçi
Bengel cərəyanı
Bengel cərəyanı— Cənubi Atlantik okeanının şərq hissəsində formalaşan geniş, şimal-şərqə doğru axan soyuq okean axınıdır. == Xüsusiyyətləri == Cərəyan təxminən cənubda Afrikanın cənub burnundan şimalda Anqola-Bengel cəbhəsinə doğru 16° c. en-ə qədər uzanır. Cərəyanın axımı mövcud cənub-şərq küləkləri tərəfindən yönləndirilir. 200-300 m dərinliyində olan soyuq, qida ilə zəngin sular fitoplanktonun yüksək artımına səbəb olur və məhsuldar Bengel ekosistemini saxlayır.