Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Denzel Dumfris
Denzel Custus Morris Dumfris (18 aprel 1996, Rotterdam, Niderland) — Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubunda və Niderland milli futbol komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusu. == Klub karyerası == Dumfris 2014-cü ildə həvəskar komanda olan Barendrext klubundan Sparta Rotterdam klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 20 fevral 2015-ci ildə Emmen klubuna qarşı oyunda etmişdir. Dumfris Sparta ilə 2016-cı ildə Erediviziyaya vəsiqə qazandı və həmin il Eerste Diviziyada mövsümün ən istedadlı oyunçusu mükafatına layiq görüldü. 2017-ci ilin yayında o, belçikalı oyunçu Stefano Marzonun gedişindən sonra Herenveen klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin iyununda Dumfris Coşua Brenet və Santyaqo Ariasın klubdan gedişindən sonra Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Hələ Barendrext klubunda çıxış edərkən Dumfris Aruba milli futbol komandasında oynamaq üçün dəvət almışdır. 2014-cü ilin mart ayında o, Quam millisi ilə yoldaşlıq oyununda millidə debüt etmişdir. Bir neçə gün sonra həmin milli ilə qarşılaşmada Dumfris qolla yadda qalmışdır. Ronald Kuman 2018-ci ilin oktyabr ayında ilk dəfə Dumfrisi Niderland milli futbol komandasına dəvət etmişdir.
Denzel Vaşinqton
Denzel Vaşinqton (ing. Denzel Hayes Washington, Jr.; 28 dekabr 1954[…]) — ABŞ aktyorudur. 2010-cu ildə populyar olan İlayın kitabı filminə çəkilmişdir. Bu filmdə "İlay" personajının rolunu canlandırmışdır.
Villiam Henzel
Villiam Henzel (23 mart 1982) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Villiam Henzel Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Villiam Henzel Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Villiam Henzel Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Cəbəlkəndi (Ənzəl)
Cəbəlkəndi (fars. جبل كندی‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Bu kənd Urmiyadan 35 kilometr şimalda, Urmiya gölünün qırağında yerləşir. Son bir neçə ildə Urmiya gölündə suyun azalıb quruması bu kəndi tərpənən qumlar təhlükəsi ilə qarşılaşdırıb ki, bu kəndi tərpənən qumlardan qorumaq üçün bir sıra tədbirlər görülüb ki, bunlara qum malçlama və qum təpələrinə hörmə baryerlərin quraşdırılması və bölgədə duz və su çatışmazlığına yüksək dərəcədə uyğunlaşan yerli fidanların əkilməsi daxildir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (84 ailə). === Milli tərkibi === 1949–1953-cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya sözlüyü"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Cəbəlkəndidə əkinçilik ilə məşğul olan 90 nəfər şiə inanclı Türk (Azərbaycan türkü) yaşayarmış. Hal-hazırda kənd əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir ki, əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar.
Soltanabad (Ənzəl)
Soltanabad (fars. سلطان‌آباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (132 ailə).
Xürrəmabad (Ənzəl)
Xürrəmabad (fars. ‎خرم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 376 nəfər yaşayır (74 ailə).
Benzol
Benzol (C6H6) — üzvi maddələr sinfinə daxil olan özünəməxsus, xoş, şirintəhər iyə malik, şəffaf maye. Benzol bəzən Benzen adı ilə də səslənir. == Tarix == 1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) benzola tsikloheksatrien (C6H6) kimi quruluş vermişdir. Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq, o, benzolun xassələrini tam əks etdirmir. Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi. Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır,yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π-elektron orbitalları həmin müstəviyə perpendikulyardır.
Cəngəl
Cəngəl— İranın Rəzəvi Xorasan ostanının Roştxar şəhristanının Cəngəl bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,232 nəfər və 1,384 ailədən ibarət idi.Cəngəl, fars dilində meşə anlamındadır.
Kənzək
Kənzək (fars. كنزق‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 868 nəfər yaşayır (207 ailə).
Mənzil
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Veksel
Veksel (alm. Wechsel‎) — müəyyən müddət keçəndən sonra veksel verənin müəyyən məbləği vaxtı çatdıqda veksel sahibinə ödəməsini təsdiq edən pul öhdəliyidir. Veksel-qiymətli kağızların, pul öhdəliklərinin növü; qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçəndən sonra öhdəlik vermiş şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır. Bunun 2 növü mövcuddur: a) Tratta vekseli — bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir. b) sadə veksel — bir və ya bir neçə şəxsin müəyyən məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik və ya iltizamdır. Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir neçə şəxs tərəfindən verilə bilər. Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşmavasitəsi kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. Lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar.
Vensen
Vensen (fr. Vincennes) — Paris şəhərinin cənub-şərqində Vensen meşəsində (Bois de Vincennes) yerləşən Val-de-Marn departamentinin kommunası. Vensendə əsas tarixi yer Valya qəsri (XIV əsr) hesab edilir. Qəsr böyüklüyü ilə nəzəri cəlb edir. Əvvəllər qəsr həbsxana kimi istifadə edilsə də, hal-hazırda burada hərbi muzey yerləşir. Paris metrosunun stansiyalarından biri ("Chateau de Vincennes") bu qəsrin yaxınlığında yerləşir. XI əsrdə Filip Avqust meşədə qəsr tikilməsini əmr etmişdir.Qala Valua tərəfindən inşa edilmişdir.Qalanın inşası 1334-cü ildə VI Filipin vaxtında başlanmış və 1370-ci ildə V Karlın hakimiyyəti illərində başa çatmışdır.XVI əsrdə kral Versalda yaşamağı Vensendən üstün tutduğu üçün onun yaşadığı qəsr həbsxanaya çevrilmişdir. 1756-cı ildə türmə ləğv edilərək çini qablar istehsal edən fabrikə çevrilmişdir. Napoleon Bonapart qəsrdən hərbi sursat anbarı tək istifadə etmişdir.1814- cü ildə qalanın mühafizəsinin başında durmuş general Domesnil müttəfiqlərin ordusuna ciddi müqavimət göstərmişdir. Sonralar qala Parisin müdafiəsi məqsədilə bastiona çevrilmişdir.
Venzdey
Venzdey (ing. Wednesday) — Çarlz Addamsın yaratdığı Venzdey Addams personajı əsasında çəkilmiş ABŞ istehsalı komediya-qorxu serialı. Alfred Qof və Mayls Milların yaratdığı serialın baş rolunda Cenna Orteqa, digər rollarda; Ketrin Zeta-Cons, Luis Quzman, Qvendolin Kristi, Riki Lindhoum, Ceymi Makşeyn, Fred Armisen və Kristina Riççi çəkilmişdir. Kinorejissor Tim Börton dörd seriyanın rejissorluğunu etmişdir. Serial məktəbdəki qulyabanı müəmmasının sirrini açmağa çalışan Venzdey Addamsdan bəhs edir. Məktəbli yeniyetmə Venzdey Addams, qardaşı Paqslini dolabda bağlı vəziyyətdə tapır. O, zorbaları öldüməyə cəhd etdikdən sonra məktəbdən kənarlaşdırılır. Valideynləri Mortişa və Qomes, onu Vermont ştatının Ceriko şəhərində yerləşən Nevermor Akademiyası adlı xüsusi şagirdlər üçün məktəbə yazdırmağa qərar verirlər. Bu əsnada Nevermor yaxınlığındakı meşədə naməlum məxluq bir yürüyüşçünü öldürür. Venzdeyin valideynləri ona göz-qulaq olması üçün bədənsiz əl olan Şeyi buraxırlar.
Verxel
Verxel (isp. Vergel) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 8,16 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4858 nəfərə çatmışdır.
Vestel
Vestel - 1975-ci ilde Asil Nadir tərəfindən Türkiyə'də yaradılmış Türk texnologiya şirkətidir.
Vəznəş
Vəznəş — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad Vəzirnəş adından təhrifdir. Oykonim Vəzir şəxs adı, nəş talış dilində "məskunlaşmaq" sözlərindən yaranmışdır. Elşən Məmmədov (1975–1994).
Xəngəl
Xəngəl və ya Xingal (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. Xəngəlin növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xəngəl, süzmə xəngəl, sulu xəngəl daha geniş yayılmışdır. Bölgələrə görə də xəngəlın növləri fərqlidir: Bakı xəngəlı (yarpaq xəngəlı), Qazax xəngəlı, Gürcü xəngəlı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xəngəllərın xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xəngəlı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xəngəlın ölçüsü təxminən 5–10 sm olur.
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی‎)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi.
Penuel
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Frans Verfel
Frans Verfel (d. 10 sentyabr 1890, Praqa - ö. 26 avqust 1945, Beverli-Hillz, Kaliforniya) - Avstriya yazıçısı, dramaturqu və şairi. 1920-ci illərdə Almaniyanın ən tanınmış yazıçılarından biri idi. Nasist Avstriyanın 1938-ci il işğalından sonra Vyananı tərk etdi, ilk olaraq Fransaya, Fransanın istilasından sonra isə ABŞ-də məskunlaşdı. == Həyatı == 1890-cı ildə Praqada anadan olub. Alman dilli yəhudi icmasına mənsub idi. Atası əl sənayesi əlcəklərinin zəngin istehsalçısı Rudolf Verfel, anası isə fabrik sahibinin qızı Albine Kussi idi. Franz Verfel cütlüyün üç övladından birincisi olub. Katolik dayə Barbara Simunkovanın təsiri ilə xristian mədəniyyətinə yaxın bir şəkildə böyümüşdü.
Heyzel faciəsi
Heyzel stadionu faciəsi — adlandırılan bu hadisə 29 may 1985-ci ildə Belçikanın Brüssel şəhərində İtaliyanın Yuventus FK və İngiltərənin Liverpul FK klublarının Çempion Klublar Kuboku finalında qarşılaşmasından əvvəl baş vermişdir. Hadisə zamanı izdihamdan qurtulmağa çalışan azarkeşlər divarda sıxışdırılmış, çoxluğunu Yuventus azarkeşləri təşkil etməklə 39 nəfər həlak olmuş, 600 insan isə yaralanmışdır. Yuventus-Liverpul final qarşılaşması başlamazdan təxminən 1 saat əvvəl böyük bir qrup Liverpul azarkeşi hasarları aşaraq "neytral ərazi" adlandırılan, əsasən Yuventus azarkeşlərinin olduğu tribunaya daxil olmuşdular. Azarkeşlər terraslara və təhlükədən qurtulmaq üçün beton istinad divarlarına doğru qaçdılar. Divara yaxın yerdə oturan azarkeşlər əzildi, sonda isə divar uçdu. Bir çox insan yuxarı dırmaşaraq təhlükədən qurtuldu, lakin digərləri qurtula bilməyib həlak oldu və yaxud ağır şəkildə yaralandı. Oyun azarkeşlərin yenidən yarada biləcəyi zorakılığın qarşısını almaq üçün oynandı və Yuventusun 1–0-lıq qalibiyyəti ilə nəticələndi. Faciə UEFA’nın ingilis klublarını bütün UEFA müsabiqələrindən uzaqlaşdırılması ilə nəticələndi. Bu qadağa 1990–91 sezonundan etibarən aradan qaldırıldı, lakin Liverpula əlavə 3 il cəza verilməklə bu güzəştdən istisna edildi. Daha sonra cəza 1 ilə endirildi.
Kaspar Vessel
Kaspar Vessel (ing. Caspar Wessel; 8 iyun 1745[…] – 25 mart 1818[…], Kopenhagen) — danimarkalı alim; ilk dəfə kompleks ədədlərin həndəsi təsvirini vermişdir.
Loren Venqer
Loren Venqer (11 mart 1984, Lonq-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Loren Venqer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Loren Venqer, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Mendel qanunu
Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır.