ÇƏNGƏL

is. [ fars. ]
1. Yeyilən şeyin parçalarını götürmək üçün bir neçə uzun dişi olan alət.
Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu… M.S.Ordubadi.
Qafar əllərini yuduqdan sonra kiçik şkafdan stol üstünə boşqab və çəngəl qoydu. Ə.Əbülhəsən.

2. Şey asmaq üçün qarmaq; asılqan, asqı.
…Stolun üstünə təmiz bir örtük salınmış, ağ üz dəsmalı əlüzyuyanın yanındakı çəngəldən asılmış, çay dəsgahının və yemək qablarının üstünə ağ dəsmal salınmışdı. M.S.Ordubadi.
[Maral] sonra da şalını açıb, çəngəldən asdı. Ə.Əbülhəsən.

// Kəsilmiş heyvanların cəmdəyini və iri ət parçalarını asmaq üçün iri qarmaq; qənarə.
Çəngəldən asılan şaqqalar süni yarpaqlarla bəzənmişdi. Çəmənzəminli.

3. Şey qaldırmaq üçün ucu yuxarı əyilmiş mil; qarmaq. Qaldırıcı kranın çəngəli.
4. tex. Haça şəklində olan müxtəlif şeylərin, alətlərin adı. Ştepsel çəngəli.
5. Şahmat oyununda: bir fiqurun eyni zamanda iki və ya bir neçə fiquru təhlükə altına aldığı vəziyyət. Piyadanın iki düşmən daşına birdən hücum etməsi çəngəl adlanır. “Şahmat oyunu”.
6. hərb. Atılan mərmilərdən birinin hədəfdən uzağa, o birinin isə yaxına düşməsi nəticəsində doğan vəziyyət. Hədəfi çəngələ almaq.
7. məc. İnkişafa, tərəqqiyə, sərbəstliyə mane olan, onlara imkan verməyən şey haqqında; çəng.
Millətin yüz minlərlə oğul və qızlarını ehtiyac, zülm və elmsizlik çəngəlindən qurtarmadan milli oyanma mümkün deyildi. M.İbrahimov.
[Ovçu:] Mövhumat çəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Ə.Məmmədxanlı.

Этимология

  • ÇƏNGƏL Farsca kökü çənq (çəng) sözüdür, “pəncə”, “dırnaq” deməkdir. Dırnaqla yaralamaya çənqe (çəngi) deyirlər
ÇƏNGƏ
ÇƏNGƏL-BIÇAQ
OBASTAN VİKİ
Çəngəl (şahmat)
Çəngəl — Şahmat termini. Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu.
I Sven Çəngəlsaqqal
I Sven Çəngəlsaqqal və ya Sven (dan. Svend 1. Tveskæg, norv. Svein I Tjugeskjegg, ing. Sweyn I Forkbeard; 17 aprel 963, Danimarka – 3 fevral 1014, Qeynsboro[d], Linkolnşir qraflığı[d]) — Danimarka və Norveç kralı, İngiltərə monarxı, I Haroldun varisi.
Çəngəlquyruqlar
Çəngəlquyruqlar (lat. Diplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin gizliçənəlilər sinfinə aid heyvan dəstəsi. İndiyə qədər çəngəlquyruqların 800-dən çox növü kəşf olunmuşdur. Onlardan 70-i Şimali Amerikada, 2-si isə Avstraliyada yaşayır.
Çəngələbənzər vəzi
Çəngələbənzər vəzi ya timus (lat. thymus) — 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir. Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur. == Quruluşu == Çəngələbənzər vəzi iki asimmetrik hissədən. sağ və sol paydan – lat. lobus dexter et sinister ibarətdir. Binlar bir -birilə ancaq piy toxuması ilə birləşmişdir, beləliklə bunların hər birini ayrı-ayrı üzv hesab etmək olur.
İşıq çəngəli
İşıq çəngəli — elektrik cihazlarını elektrik xəttinə calamaq üçün haça şəkilli metal alət. Hər ölkədə fərqli işıq çəngəli və işıq nəlbəkisi standartları tətbiq olunur. Dünyada ən çox iki gərginlik və tezlik sistemi yayılıb. Bunlardan biri 100-127 V, 60 Hz-lik Amerikada , digəri isə 220-240 V, 50 Hz-lik Avropa standartıdır.

Значение слова в других словарях

вписа́ть духмя́но зада́точный метеопати́ческий находи́ть переряди́ться привлека́тельный принагну́ться экспансиони́стский астроко́мпас к приме́ру сказать тре́бник марьюха adventure brumous chewing gum golden section Hazel hydronic jazzothèque jess Mona Passage nonaddictive многоместный распорядиться