Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verteba mağarası
Verteba (ukr. Верте́ба) — Ukraynanın Ternopol vilayətində mağara. Mağara suxur tərkibinə görə gips mənşəli olub Bilçe-Zolotoe kəndindən 2 km şimal-qərbdə yerləşir. Mağara ölkə əhəmiyyətli geoloji və arxeoloji abidə hesab olunur. Verteba mağarası Dnestrin sol qolu olan Seret çayının sol sahilində yerləşir. Mağara RSFSR nazirlər sovetinin 2 avqust 1971-ci il 61 №-li qərarına əsasən təbiət qoruq fondunun obyekti elan edilmişdir. Mağaraya yeni status isə Ukrayna nazirlər kabinetinin 1992-ci il 12 oktyabr 584 №-li qərarı ilə verilmişdir. Mağarada Ukraynada yeganə yeraltı muzey fəaliyyət göstərir. Muzeydə mis dövrünə aid tripol mədəniyyəti nümayiş olunur. Mağaranın adı qədim slavyan sözü olan «vertep», yəni mağara, yarğan sözündən meydana gəlib.