Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Devid Vest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Kanye Vest
Ye (ing. Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı müəllifi, prodüser və dəb dizayneri.Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində etdiyi prodüserlik işləri ilə tanınmağa başladı, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etdi, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirdi. Repçi kimi karyerasına 2004-cü ildə "The College Dropout" albomunu buraxaraq başladı, bunun ardınca GOOD Music səsyazma şirkətini təsis etdi. Vest növbəti albomlarında: "Late Registration" (2005), "Graduation" (2007), və "808s & Heartbreak" (2008) orkestra, sintezator, autotune elementlərindən istifadə etdi. Beşinci və altıncı albomları: "My Beautiful Dark Twisted Fantasy" (2008) və "Yeezus" (2013) ilə onun şöhrəti daha da artdı. Vest fərqli üslublar sınamağa davam etdi, "The Life of Pablo" (2016) və "Ye" (2018) albomlarında xristian, "Jesus Is King" (2019) albomunda isə gospel tərzindən istifadə etdi. Onuncu albomu "Donda" 2021-ci ildə işıq üzü gördü, tənqidçilər və pərəstişkarlar tərəfindən həm mənfi həm də müsbət rəylər topladı. Vest Jay-Z ilə əməkdaşlıq etdi və Watch the Throne (2011) albomu yayımladı, ardınca Kid Cudi ilə Kids See Ghosts (2018) albomunu buraxdı. Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Vest, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Vest 24 "Qremmi" mükafatı qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həmçinin Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Mey Vest
Mey Vest (ing. Mae West; 17 avqust 1893–22 noyabr 1980) — ABŞ aktrisası.
Nord-vest
== Nord-vest == Nord-vest (alm. Nord-şimal və west-qərb)-üfüqün şimal-qərb cəhətinin qəbul olunmuş beynəlxalq adıdır, NW kimi işarə olunur.
Vest-Bromiç
Vest-Bromviç (ing. West Bromwich) - İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. == Tarixi == Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". == İdman == Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest-Hind
Vest-Hind, Vest-İndiya və ya Qərbi Hind (ing. West Indies, nid. West-Indië; hərf. Qərbi Hindistan) — Karib dənizinin adaları, o cümlədən Karib adaları, Baham adaları və Meksika körfəzi ilə Atlantik okeanının bitişik sularında yerləşən adalar verilən tarixi adı. Bu, Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə verilən Ost-Hind ilə ziddiyyət təşkil edir. Vest-Hind regionunun adını səhvən Avropadan qərbə doğru hərəkət edərək Hindistana getdiklərinə inanan ilk Avropa naviqatorları vermişdilər. Buradan Amerikanın yerli sakinlərinə hindi adı verilmişdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Вест-Индия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Vest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Vest Bromviç
Vest-Bromviç (ing. West Bromwich) - İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. == Tarixi == Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". == İdman == Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest Danbartonşir
Vest Danbartonşir (ing. West Dunbartonshire, şot.kelt Siorrachd Dhùn Bhreatainn an Iar) — Şotlandiyanın 32 dairəsindən biri. Şimal qərbdə Arqayl end Byut, şimal şərqdə Sterlinq, şərqdə İst Danbartonşir, cənub şərqdə Qlazqo Siti və cənubda Renfruşir ilə həmsərhəddir.
Vest sindromu
Vest sindromu və ya İnfantil spazmlar- yaşdan asılı olan epileptik sindromdur, 3-7 aylıq uşaqlarda müşahidə olunur, körpələrin epileptik ensefalopatiyaları qrupuna aiddir. VS ilə xəstələnmə səviyyəsi hər 1000 diri doğulmuş uşaq üçün 0,4-ə bərabərdir. Epilepsiyanın Beynəlxalq təsnifatına uyğun olaraq VS epilepsiyanın yayılmış formalarına aid edilmişdir. VS-nin kriptogen (beynin zədələnməsi güman olunur, ancaq təsdiq edilmir) və simptomatik (xeyli tez-tez rast gəlinən) formaları ayırd edilir. Kriptogen formalar üçün – dəqiq səbəbin olmaması, xəstəliyin meydana çıxmasına qədər uşağın normal sinir-psixi inkişafı, digər növ tutmaların qeyd edilməməsi, neyroradioloji müayinə üsulları zamanı beyin zədələnməsi əlamətlərinin olmaması xarakterikdir. VS-nin simptomatik formaları üçün – müəyyən edilmiş etiologiya (pre-, peri-, postnatal etioloji faktorlar), xəstəliyin meydana çıxmasına qədər uşağın sinir-psixi inkişafının ləngiməsi, nevroloji pozuntular, bir sıra hallarda baş beynin KT və MRT müayinələri zamanı patoloji dəyişikliklər xarakterikdir. == Klinik mənzərə == Bir xəstədə tutmaların müxtəlif variantlarının olması mümkündür. Əksər hallarda İS-lər simmetrikdir, daha az hallarda isə asimmetrik və ya unilateral olur. Asimmetrik İS-lər VSnin simptomatik formaları üçün daha xarakterikdir. Asimmetrik spazmlar adətən təcrid olunmuş şəkildə meydana çıxır, lakin onlar fokal tutmadan sonra və ya əvvəl də inkişaf edə bilərlər, bəzi hallarda isə İS yayılmış və ya fokal tutma ilə eyni vaxtda əmələ gələ bilər.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) —ŞəxslərCorc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848-1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi.Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur. Təbriz qiyamçıları Təbrizdə bəst oturdular.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.
Verst
Verst (rus. Верста) — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. 1 verst = 1066 m = 3500 fut.
Vesta
Yəşt
Yəşt ("pərəstiş", "tərif") — "Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli və maraqlı hissəsidir. Yaştlarda hindlilərin Vedalarında mövcud olan bənzərli materialla səsləşən çoxsaylı epik motivlər, mifoloji surət və süjetlər saxlanılmışdır. Bu süjetlərin bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə" əsərində istifadə edilmişdir.
Nort Vest Keyp
Nort Vest Keyp yarımadası (ing. North West Cape) — Avstraliyanın qərbində yerləşən yarımada. == Coğrafiyası == Yarımada şərq hissədən Eksmut körfəzi, digər iki hissədən isə Hind okeanı ilə əhatələnir. yarımadadan şimaı-qərbdə Myuron adası qərarlaşır. İqlimi istidir. Yarımsəhradır. İllik yağıntının miqdarı illərdən asılı olaraq dəyişir:2007-ci ildə 259 mm, 2003-cü ildə 51 mm. Minimal yağıntı sentyabr-deklabr ayları arası düşür. Maksimal temperatur: yanvar — 38 °C, iyul — 24,1 °C. Ağır iqlim şərtlərinə baxmayaraq burada 630 növdən artıq flora nümuməsi aşkarlanmışdır. Sahil sularında mərcan rifi yayılmışdır.
Vest-Hind şirkəti
Vest-Hind şirkəti — müstəmləkə dövrünün Avropa ölkələrindəki bir sıra ticarət cəmiyyətlərinin adı: Vest-Hind şirkəti (Hollandiya) (Geoctroyeerde Westindische Compagnie) — fəaliyyət dövrü 1621—1792 illər; Vest-Hind şirkəti (Danimarka) (Vestindisk kompagni) — fəaliyyət dövrü 1659—1776 illər; Vest-Hind şirkəti (Fransa) (Compagnie des Indes occidentales) — fəaliyyət dövrü 1664—1674 illər; Vest-Hind şirkəti (İsveçrə) (Svenska Västindiska Kompaniet) — fəaliyyət dövrü 1787-1805 illər.
Vest Melburn (Florida)
Vest Melburn, ABŞ-nin Florida ştatının Brevard dairəsində yerləşən bir şəhərdir. 26 Noyabr 2009 tarixində şəhərin əhalisi 18.155 nəfər olmuşdur. == Demoqrafiya == === 2010-cu il siyahıya alması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhali 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarətdir.
Vest Çester Universiteti
Vest Çester Universiteti (ing. West Chester University) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən dövlət universiteti.Əsası 1871-ci ildə Pensilvaniya əyalətində ali təhsilin instusionallaşdırılması ilə qoyulmuşdur. Yerləşdiyi şəhərin ən böyük dövlət universitetidir. Hazırda 6 kollec və 1 peşə məktəbində 118 bakalavr, 103 magistr və 4 doktorantura proqramı üzrə təhsil alan 17719 tələbəsi vardır. Əsas kampusları Filadelfiya və Vest Çester şəhərlərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Mərkəzi Ştatlar üzrə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir. Bundan əlavə, ali təhsil müəssisəsi Pensilvaniya Dövlət Ali Təhsil Sisteminin tərkib hissəsidir. Forbes jurnalının dərc etdiyi siyahıya görə Vest Çester Universiteti ABŞ-də yerləşən dövlət universitetləri arasında ən nüfuzlu 150 ali təhsil ocağı arasında yerləşir. Həmçinin Vest Çester Universiteti 2019-cu ildə "U.S. News" reytinq cədvəlində ABŞ-nin şimal ştatlarında fəaliyyət göstərən 1400 universitet arasında 17-ci yerdə qərarlaşmışdır. Eyni region üzrə dövlət ali təhsil müəssisələri reytininqdə ilk onluqdadır.Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Vest Çester Universitetinin məzunları sırasında ABŞ-nin birinci xanımı Cill Bayden, ABŞ Senatının üzvü Yozef Luper və ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Brayen Pitermanla yanaşı, ABŞ Nümayəndələr Palatasının çoxsaylı üzvləri də vardır.