VƏSF

is. [ ər. ]
1. Bir şəxsin və ya bir şeyin malik olduğu sifət, keyfiyyət, hal; səciyyə.
Zatinə kimsə irməz, vəsfini bilməz. Nəsimi.
[Vəzir:] Bəlkə bu tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. M.F.Axundzadə.

□ Vəsf etmək – bir şeyin xüsusiyyətlərini, sifətlərini, keyfiyyətini təfərrüatı ilə göstərmək, təsvir etmək.
Vaiz bizə dün duzəxi vəsf etdi. Füzuli.
Bu məktubumda axund Molla Sadığın vəz məclisini sənə vəsf edirəm. M.F.Axundzadə.
Vəsf eləyim bir şeirlə dayandığım bu təpəni. M.Rahim.

2. Tərif, hüsn, mədh.
Yaza bilməz ləblərin vəsfin tamami-ömrdə. Füzuli.
Mən sənin vəsfini, ey mahi-kərəm; Hafizdən, Camidən artıq söylərəm! M.P.Vaqif.
Vəsfin yayılıb mahala; Maşallah o xəttü xala. Aşıq Ələsgər.

□ Vəsf etmək – tərif etmək, mədh etmək.
Nəsimi necə vəsf etsin ki, hüsnün binəhayətdir. Nəsimi.
Edər vaiz mükərrər vəsf abi-kövsəri, amma. Q.Zakir.

Синонимы

  • VƏSF səciyyə
  • VƏSF tərif — hüsn — mədh
  • VƏSF vəsf bax tərif
VƏSƏT
VƏSFƏGƏLMƏZ
OBASTAN VİKİ
Vəsfi-hal
Vəsfi-hal — fala baxdırma, bəxti, taleyi müəyyənləşdirmə ilə bağlı oxunan mərasim. Dilək tasının içinə müxtəlif əşyalar (üzük, sırğa, sancaq, oymaq) atılıb üstü bağlanır və mərasim nəğməsi oxunduqdan sonra onlardan biri gizli şəkildə seçilir. Nəğmə əşyanın sahibinin taleyi ilə bağlı olur. Göydə ulduz olaydım, Xoşbəxt bir qız olaydım. Yar qapını döyəndə Evdə yalqız olaydım. Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb. Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
Vəsfi Mahir Qocatürk
Vəsfi Mahir Qocatürk(1907–1961)— Türkiyə şairi. Həm əruz, həm digər vəznləri işlədir. Daha çox türk xalq ədəbiyyatından bəhrələnir. Türk millətinin qəhrəmanlığı, tarixi şəxsiyyətlər və olaylar, milli mücadilə və Atatürk, eşq və təbiət onun başlıca mövzuları arasındadır. Bu dövrdəki şeirləri "Tunc səsləri" (1935), "Keçmiş gecələr" (1936), "Bizim türkülər" (1937), "Ərgənəkon" (1941) adlı kitablarında toplanmışdır. Şairliyindən çox ədəbiyyat tarixi çalışmaları ilə məşhurlaşmışdır.

Значение слова в других словарях