Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vesteros
Vesteros (isv. Västerås) - İsveçdə şəhər. Vestmanland lenində eyni adlı kommunanın mərkəzi. Paytaxt Stokholmdan100 km qərbdə Melaren gölünün sahilində yerləşir. == Tarixi == Vesteros İsveç və Şimali Avropanın ən qədim şəhərlərindən biridir. Adı Vestra Aros (Qərbi Aros) adından yaranmışdır. Ərazi eramızın 1000-ci ilinədək Şimal Vikinqləri dövründə məskunlaşmışdır. İsveçdə arxeoloqlar tərəfindən aşkar edilmiş ən böyük kurqan olan Anundsxöq Vesterosdan bir qədər aralıda yerləşir. Xöq (isv. Hög) sonluğunun qədim skandinaviya dilindən mənası "kurqan" deməkdir.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Dorcopsis veterum
Dorcopsis veterum (lat. Dorcopsis veterum) — meşə vallabisi cinsinə aid heyvan növü.
Veteran (1991)
== Məzmun == Film Azərbaycan futbolunun veteranı, Bakının "Neftçi" və Moskvanın "Dinamo" futbol komandalarının ən məhsuldar oyunçusu və SSRİ yığma komandasının üzvü olmuş, "Neftçi" futbol komandasının keçmiş baş məşqçisi Ələkbər Məmmədov haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Axilles vətəri
Axilles vətəri və ya daban vətəri (lat. tendo calcaneus, tendo Achillis) insan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətəridir. Vətərin proksimal hissəsi başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə (lat. m. soleus) keçdiyi yerdən götürür. Vətərin distal ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır. Troya müharibəsi qəhrəmanı Axilles şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq öldürülmüşdür. Buna görə ayaq dabanındakı müvafiq vətərə "Axilles vətəri" adı verilmişdir.
Patella vətəri
Patella vətəri və ya diz vətəri (lat. ligamentum patellae) — diz qapağından başlayıb budun dördbaşlı əzələsinin qamış sümüyündə (tibia) sonlanan vətər. Bəzən diz bağı də adlanır, çünki tam sümükləşdikdə sümük-sümüyə əlaqə yaradır. == Strukturu == Diz vətəri bərk, yastı bağdır, o, dizin yuxarı hissəsindən distal və bitişik kənarları və arxa səthində kobud çökəklikdən başlayır; aşağıda, tibia sümüyün üzərinə daxil olur. Onun səthi lifləri budun dördbaşlı əzələsi vətərinin lifləri ilə patellanın ön hissəsində davamlıdır. Yetkinlərdə təxminən 4,5 sm uzunluqdadır (3 ilə 6 sm arasında dəyişir).Budun dördbaşlı vətərinin medial və yan hissələri, yumruların hər iki tərəfində tibiyanın yuxarı ətrafına daxil edilmək üçün patellanın hər iki tərəfindən aşağı keçir. Bu hissələr yuxarıda qeyd edildiyi kimi kapsula birləşərək medial və lateral patella retinakulasını əmələ gətirir. Patellar vətərinin arxa səthi oynağın sinovial membranından böyük infrapatellar piy qatı ilə, qamış sümüyündən (tibia) isə sinovial bursa ilə ayrılır. == Klinik əhəmiyyəti == Diz vətəri yırtığı zamanı zədələnə bilər. İnsanlarda vətər tam bərpa olunmadığından, diz vətəri yırtığı üçün müalicələrin araşdırılmasına əhəmiyyətli klinik ehtiyac var.
Veteran (film, 1991)
== Məzmun == Film Azərbaycan futbolunun veteranı, Bakının "Neftçi" və Moskvanın "Dinamo" futbol komandalarının ən məhsuldar oyunçusu və SSRİ yığma komandasının üzvü olmuş, "Neftçi" futbol komandasının keçmiş baş məşqçisi Ələkbər Məmmədov haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Veteran Neftçi (1971)
== Məzmun == Film respublikanın ən qocaman neft ustası Gülbala Əliyevə həsr olunmuşdur.
Ömər Əliyev (veteran)
Ömər Osman oğlu Əliyev (10 may 1900, Koraoba, Lənkəran qəzası – 8 iyun 2004, Tüləgüvan, Astara rayonu, Azərbaycan) — uzunömürlü, Böyük Vətən müharibəsi iştirakçısı, xeyriyyəçi.Doğum tarixinə dair 5 fərqli mənbə var. Mənbələrdəki ən gec tarix 1900-cü ilə təsadüf edir. Özünün dediklərinə görə Astara rayonunda 1918-ci il mart soyqırımlarının canlı şahidi olub. Böyük Vətən Müharibəsində iştirak edib. Müharibə zamanı əsir düşüb və əsirlikdən qaçıb. Döyüşlərdə göstərdiyi şücaətlərə və digər xidmətlərinə görə müxtəlif medal və ordenlərlə təltif olunub. Dunay çayı ətrafında gedən döyüşlərdəki qələbənin qazanılmasında xüsusi xidmətləri olub. Astara rayonunun ilk təsərrüfatçılarından olub və ilk sitrus meyvələrinin əkini zamanı ən yaxşı sort naringi gətirmək üçün mütəxəssis kimi Gürcüstana göndərilib. 1963-cü ildə yaşadığı kənddə ilk məktəb binasını inşa edib. Əmək Veteranı olub.
Veter xətti
Veter xətti, veter cizgisi və ya kord xətti, aerofoilin hücum kənarı və stabilizatorun arxa tərəfindən keçən xəttdir. Hücum kənarı və stabilizatorun arxa tərəfi arasındakı məsafəyə veter uzunluğu deyilir. Aerofoildən asılı olaraq veter xəttinin bir hissəsi qanadda olmaya bilər. Aerodinamik mərkəzin yerləşdiyi nöqtəni özündə cəmləşdirən veterə orta veter deyilir. Orta veter uzunluğu bir çox hesablamada bir komponent olduğundan, təyyarələrin dizaynında və/və ya uçuş mexanikasının təhlilində böyük əhəmiyyət daşıyır.
Vətər (anatomiya)
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Veteran neftçi (film, 1971)
== Məzmun == Film respublikanın ən qocaman neft ustası Gülbala Əliyevə həsr olunmuşdur.