Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həşərat
Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir. == Ümumi məlumat == Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi.
Nəqərat
Nəqərat — təkrarlanan ifadə. Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Qucərat
Qücərat (qüc. ગુજરાત; hind. गुजरात; ing. Gujarat) — Hindistanın qərbində ştat. Mərkəzi — Qandinigar şəhəridir, Böyük şəhəri — Əhmədabad. 2011-ci il məlumatlarına görə əhalisi 60 383 628 nəfər (ştatların arasında 10-cu yer.). Qücəratın Solanki sülaləsi 960-cı ildən 1243-cü ilədək bu ştatı idarə etmişdi. Sultan Mahmud Qəznəvi 1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qücərat əyalətlərini Qəznəvilər dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Xələclər sülaləsindən Sultan Cəlaləddin Firuz şah 1290–cı ildən sonra Hindistanın əksər əyalətlərini ələ keçirməyə başladı.
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat. Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Venera
Venera — qadın adı. Venera Məmmədova — əməkdar müəllim, SSRİ Ali sovetinin XI çağırış deputatı. Venera Abbasova — Azərbaycan aktrisası. Venera Qanieva — tatar əsili Sovet və Rusiyanın opera müğənnisi.
Həşərat qanadı
Qanad — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Döş örtüyünün yan büküşlərindən əmələ gələn qanadlar gövdənin döş hissəsinin üst tərəfində yerləşir. Həşəratlarda adətən 2 cüt, bəzən 1 cüt qanad olur. Bəzi 2 cüt qanadlılarda birinci cüt qanad (qanadönlüyü) sərt olub müvazinət, ikinci cüt pərdə şəkilli damarlı qanadlar isə uçma funksiyası daşıyır. İkiqanadlılarda yalnız 1-ci cüt qanadlar inkişaf etmişdir.
Qucərat dili
Qücərat dili Hind-avropa dil ailəsindən bir dildir və Hindistanın Qücərat əyalətində, Pakistan, Keniya, Tanzaniya və Uqandada bu dildə danışılır.
Qücərat sultanlığı
Qucarat sultanlığı — Hindistanın qərbindəki Qucaratda XV-XVI əsrlər arasında hökm sürən müsəlman dövlət. 1298-ci ildə Əlaəddin Xələcin ələ keçirdiyi Qucarat bu tarixdən sonra Dehli sultanlarının təyin etdiyi valilərin idarəsinə daxil oldu. 1391-ci ildə III Məhəmməd tərəfindən Qucarat valiliyinə təyin olunan Zəfər xan, Tuğluqoğulları sülaləsinin çöküşündən yararlanaraq 1407-ci ildə Müzəffər şah (I Müzəffər) adıyla müstəqilliyini elan etdi. Nəvəsi I Əhməd (hökmdarlığı 1411-1442) sultanlığın gücünü ve nüfuzunu artırarak Qucarattaki Hindu racələrinin yanı sıra Malva, Xandeş və Dekkanın müsəlman sultanlarıyla savaşlar apardı. Paytaxtı, Anahilvaradan 1411-ci ildə qurdurduğu Əhmədabada daşıdı. Dövlətin ən uzun səltənət sürən hökmdarı Mahmud Begra (hökmdarlığı 1458-1511), Hindulara qarşı hazırladığı səfərlərlə Çampaneri alaraq buranı Məhəmmədabad adıyla paytaxt etdi. Mahmud Begranın hökmdarlığının sonuna doğru, Qərb və Cənubi Hindistanda Portuqallar yeni bir güc olaraq ortaya çıxdı. Portuqalların Hind ticaretini neredeyse tümüyle ələ keçirmələri, Misirli və Qucaratlı tüccarları çətin durumda bıraxdı. Mahmud Begra, Portekizlilere qarşı 1508-ci ildə Memlük sultanı Kansu Qavri ilə ittifaq qurduysa da, ardından Portuqallarla sülh bağlamaq məcburiyyətində qaldı. 1535-ci ildə Malvanı ələ keçirən Bahadır şahın (hökmdarlığı 1526-1537) Portuqallar tərəfindən öldürülməsindən sonra Qucarat sultanlığı parçalanmağa başladı.
Veteran (1991)
Əhmədabad (Qucərat)
Əhmədabad (ing. Ahmedabad); Hindistanın Qücərat ştatının ən böyük şəhəri və keçmiş paytaxtıdır. Əhmədabadın əhalisi 5,633,927 adamdan ibarətdir (2011-ci ilə görə) və bu Əhmədabadı adam sayına görə beşinci şəhər edir. Qandinaqardan 30 km uzaqlıqda yerləşir.
Veteran (albom)
Veteran — ABŞ repçisi JPEGMafia(en)-nın ikinci studiya albomu. 19 yanvar 2018-ci ildə Deathbomb Arc və Republic Records tərəfindən buraxılıb.
Miloslu Venera
Miloslu Venera heykəli (yun. Ἀφροδίτη τῆς Μήλου, Aphroditē tēs Mēlou) və ya "Miloslu Afrodita" (Milos adasından tapılmış Afrodita) heykəli – məşhur antik heykəl olub, e.ə. 130 – 100 illərə aid edilir. Makedoniyalı İsgəndərin çoxsaylı istilaları yunan mədəniyyətinin Ellada xaricində yayılmasına imkan verirdi. Bu işğallardan sonra bir sıra xalqlar Yunanıstanın bilavasitə qonşusuna çevrildi. Yaranan qonşuluq həmin dövr yunan incəsənətinə reallıq gətirdi. Rəssamlar insan təbiətinin müxtəlif hədlərinin təsvirinə üstünlük verməyə başladılar. Hətta ilahə heykəlləri insan simalarına malik idilər. Sevgi ilahəsi Afroditanın heykəli (təx. e.ə.
Seylor Venera
Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (愛, ai), "vətəndaş" (野, no), "gözəlik" (美, mi), "necə" (奈, na) və "uşaq" (子, ko) şəklindədir. Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalarda və animelərdə ən böyük arzusu məşhur kumir olmaqdır. Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada və "Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır.
Venera (dəqiqləşdirmə)
Venera (planet) — Günəş sisteminin planetlərindən biridir. Venera (mifologiya) — Qədim Roma mifologiyasında bahar ilahəsi. Venera layihəsi — Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədiylə qurduğu təşkilat.
Venera (ilahə)
Venera — Qədim Roma mifologiyasında bahar, sevgi və gözəllik ilahəsi. E.ə. 293-cü ilin 18 avqust tarixində ilahə Venera şərəfinə Romada ən qədim məbəd inşa olunmuşdur. Bundan başqa, rəssamların əsərlərində Veneraya tez-tez rast gəlmək olar. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Venera (mifologiya)
Venera — Qədim Roma mifologiyasında bahar, sevgi və gözəllik ilahəsi. E.ə. 293-cü ilin 18 avqust tarixində ilahə Venera şərəfinə Romada ən qədim məbəd inşa olunmuşdur. Bundan başqa, rəssamların əsərlərində Veneraya tez-tez rast gəlmək olar. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Venera (planet)
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Venera Abbasova
Venera Məmmədova
Venera Məmmədova (tam adı: Məmmədova Venera Yusif qızı; 14 mart 1954, Ərəbyengicə, Noraşen rayonu) — pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi, SSRİ Ali sovetinin XI çağırış deputatı Məmmədova Venera Yusif qızı 14 mart 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Şərur rayonunun Ərəbyengicə kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti) və 1991-ci ildə Bakı Dövlət Univeristetinin nəzdində təşkil olunmuş parktiki psixoloqlar kursunu bitirmişdir. 1978-90-ci illərdə Sədərək kəndində rus dili müəllimi, 1985-90-ci illərdə Şərur rayonu Qadınlar Şurasının sədri olmuşdur.1992-ci ildən Bakının Xətai rayonundakı 48 saylı orta məktəbdə müəllim-psixoloq işləyib. SSRİ Ali sovetinin XI çağırış deputatı seçilib. Maarif əlaçısı 1987— Azərbaycan Respublikasının əməkdar müəllimi Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 318. ISBN 5-8066-1468-9.
Venera Qanieva
Venera Qanieva (tatar. Венера Әхәт кызы Ганиева; 24 mart 1955, Kazan) — tatar əsili Sovet və Rusiyanın opera müğənnisi, Rusiya Sovet Federativ Sosialist Respublikasının xalq artisti, Tatarıstan Respublikasının və Rusiya Federasiyasının xalq artisti. Kazanda musiqiçi ailəsində anadan olub. Atası akkordeonda ifaçı edir, anası isə qonaqlarla görüşlərdə mahnı səsləndirərdi. Q. İbragimov adına 89 nömrəli tatar məktəbini bitirir. Burada Rıfkat Qumerovun rəhbərliyi ilə məktəb xorunda və "Saz" ansamblında mahnılar oxuyuur. Auxadeev adına Musiqi Məktəbini (müəllim — K. Z. Şerbinina) və 1982-ci ildə Kazan Dövlət Konservatoriyasını (müəllimlər — V. A. Lazko və N. K. Dautov) bitirmişdir. 1982-ci ildən Musa Cəlil adına Tatar Akademik Opera və Balet Teatrının solistidir. N. K. Dautovun səhnələşdirdiyi J. Bizetanın "Karmen" operasında Fraxitanın qaraçısı kimi debütünü gerçəkləşdirir. O, həmçinin İ. Kalmanın "Qaraçı Premyeri" operettasında oynayır.
Venera Qimadiyeva
Venera Qimadiyeva (tatar. Венера Фәрит кызы Гыймадиева 28 may 1984, Kazan) — tatar əsilli rus opera müğənnisi (soprano), Böyük Teatrın solisti (2011—2017). Rusiya Federasiyası Prezident mükafatçısı (2012) və Qızıl Maska Teatr Mükafatı (2014) laureatı. Baykal Gölü Vəqfi İctimai Şurasının üzvüdür. Qimadiyeva Tatarıstanın Qazan şəhərində hərbçi və riyaziyyat müəllimi ailəsində anadan olub. 2003-cü ildə Qazan Musiqi Kollecini xor dirijorluğu ixtisası üzrə bitirib. 2004-2009-cu illərdə Venera Sankt-Peterburq Konservatoriyasında oxuyuR. Rimski-Korsakov Opera müğənniliyi kafedrasında, professor Svetlana Vladimirovnanın sinfində təhsil alır. 2008-ci ildə Venera Yu. I. Aleksandrovun rəhbərliyi ilə Sankt-Peterburq Operasına solist kimi dəvət edildi. Məhz orada Lusiya (Qaetano Donizettinin "Lusiya di Lammermur" əsəri), Qilda (Cüzeppe Verdinin "Riqoletto"), Lusiya (Benjamin Britten "Cızıqlanmış Lukresiya") kimi partiyalarda debüt edir.
Venera layihəsi
Venera layihəsi (ing. The Venus Project) — Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədilə qurduğu təşkilat. İnternet saytı vasitəsilə yayımlanan video və sənədli filmlərlə cəmiyyəti inkişaf etdirmək və daha irəliyə daşımaq məqsədi üçün çalışan, ehtiyat-əsaslı iqtisadiyyata keçməyi, şəhər modellərinin texnoloji baxımdan yenidən qurulmasını, enerji effektivliyini artırmağı, təbii qaynaq idarəetməsini və avtomatlaşdırma əhəmiyyətini cəmiyyətə fayda təmin edəcək yöndə artırmağı təklif edən layihədir. Təşkilatın təməli Jak Fresko və Roksana Midouz tərəfindən 1995-ci ildə qoyulmuşdur. Layihənin adı olan Venera, Floridada, Okiçobi gölü yaxınlığında yerləşən, 85.000 m² sahəyə sahib olan bir araşdırma mərkəzinin adından qaynaqlanır. Venera layihəsi yoxsulluğun, qıtlığın, cəmiyyətdəki hər növ problemin, cinayətlərin və müharibələrin səbəbinin, müasir cəmiyyətin xeyrinə olan texnoloji tərəqqini şüurlu şəkildə yavaşladan mənfəət və rəqabət əsaslı iqtisadi sistem olduğunu hesab edir. Jak Fresko, qazanc məqsədi güdən iqtisadi sistem tərəfindən texnologiyanın inkişafında şüurlu şəkildə yaradılan yavaşlamanın "mənfəət"dən xilas edildiyində daha çox insan üçün daha çox ehtiyat bolluğu və buna bağlı olaraq daha çox məhsul təmin edəcəyi, həmçinin qıtlıq, yoxsulluq və aclığı aradan qaldıracağı nəzəriyyəsini inkişaf etdirir. Bu iqtisadi modelə əsasən, insanların eqoizm, rüşvət və acgözlüyə olan meyli aradan qalxa və onların bir-birinə olan etibarı arta bilər. Fresko hesab edir ki, pula əsaslanan iqtisadi sistem və onun nəticəsində ortaya çıxan əmək fəaliyyəti və rəqabət kimi proseslər insanları həqiqi potensiallarını ortaya qoymaqdan saxlayaraq, cəmiyyəti geriyə aparır. Freskonun bu fikirləri Böyük böhran illərində formalaşmışdır.
Venera məbədi
Venera məbədi (latınca:Templum Veneris Genetricis), Romada Sezar Forumunda Roma ilahəsi Veneraya həsr edilmiş məbəddir. Məbəd e.ə 46-ci ildə Yuli Sezar tərəfindən tikdirilmişdir. Başlanğıcda Sezar məbədi Venus Victrix (Müzəffər Venera) adına tikdirməyi planlamışdı, lakin e.ə. 48-ci ildəki Farsal döyüşünə görə inşaat ertələnmişdi. Sonradan Sezar, məbədi mənsubu olduğu Julius ailəsinin əcdadı qəbul edilən Aeneasın anası Venera Genetrixə (analığın və məişət həyatının ilahəsi Ana Venera) həsr etməyi qərara almışdır. Məbəd Roma şəhərində yeni tikilmiş olan Sezar Forumunda inşa edildi. Forum boyunca uzanan divarın sonunda yerləşirdi. Bu romalıların etrusklardan aldığı bir ənənə idi və Roma imperiyası boyunca standart memari xüsusiyyət halına gəlmişdi. Bu sahə 80-ci ildə baş verən yanğından ziyan görmüşdü. Daha sonra məbəd Domitianus tərəfindən yenidən inşa edilmiş və 113-cü ildə Trayan tərəfindən restavrasiya edilmişdi.
Venera planeti
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.