HƏZƏRAT

is. [ ər. “həzrət” söz. cəmi] köhn. Həzrətlər, cənablar, ağalar.
Qurbani həzəratın sözünü sındırmadı. Qurbani”.
[Məşədi Qadir:] Ya şeyx, buyurun, həzəratı məsələdən agah edin. T.Ş.Simurq.

// köhn. Bir məclisdə, toplanışda və s.
-də iştirak edən, hazır olan adamlara xitab, müraciət məqamında işlədilir – cənablar.
[Rüstəm bəy:] Həzərat! Əhvalat özünüzə məlumdur. Ü.Hacıbəyov.
[Mansur:] Həzərat, bir fikrim vardır ki, bu şəhərdən gedəm. C.Cabbarlı.

Этимология

  • HƏZƏRAT Ərəbcə həzrət (hüzurda olan, hörmətli) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HƏZƏR
HƏZİN

Значение слова в других словарях