Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Veni, vidi, vici
Veni, vidi, vici (Latınca tələffüz: [weːniː wiːdiː wiːkiː], Latınca tələffüz: [ˈveni ˈvidi ˈvitʃi] ; "gəldim; gördüm; qələbə çaldım") – sürətli, qəti qələbəyə işarə etmək üçün istifadə edilən latın ifadəsi. İfadə xalq arasında Yuli Sezara aid edilir. İsgəndəriyyəli Appiana görə bu ifadəni təxminən e.ə 47-ci ildə O, Zela döyüşündə (indiki Zile, Türkiyə) II Farnakisə qarşı qısa müharibədə sürətli qələbə qazandıqdan sonra Roma Senatına yazdığı məktubda istifadə etmişdir.Bu ifadə Plutarxın Sezarın həyatı və Svetoninin "On iki Sezarın həyatı : Yuli" əsərlərində verilmişdir. Plutarx yazır ki, Sezar ondan Romadakı dostu Amantiyə verdiyi hesabatda istifadə edib. Svetoni Sezarın Pontik zəfəri zamanı üç sözü yazı kimi göstərdiyini bildirir. == İşarələr və istinadlar == Veni, vidi, vici cümləsinin variantları tez-tez sitat gətirilir, həmçinin musiqi, incəsənət, ədəbiyyat və əyləncədə istifadə olunur. Sezarın dövründən bəri bu ifadə hərbi kontekstdə istifadə olunur. Polşa kralı III Yan Vyana döyüşündən sonra Venimus, Vidimus, Deus vicit ("Gəldik, gördük, Allah qalib gəldi") deyərək buna işarə etmişdir. 2011-ci ildə ABŞ-nin o zamankı dövlət katibi Hillari Klinton da Muəmmər Qəddafinin ölümünə oxşar ifadə ilə "Gəldik, gördük, öldü" demişdi. Bu cümlə musiqidə, o cümlədən illər ərzində bir neçə tanınmış əsərdə də istifadə edilmişdir.
Veni,vidi,vici

Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.
Bili
Bili — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bili Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponim tat dilindəki bil (sucaq, bataqlıq sözündən) və -i topoformantının birləşməsindən ibarət "bataqlıq yerdə salınmış kənd" mənalı soz kimi izah olunur. Yerli əhalinin dilində bili "ördək" mənasında işlənir. Bu baxımdan oykonim Zəngilan rayonundakı Ördəkli oykoniminin sinonimidir. == Etimologiyası == Oykonim "bil" - talış dilində bataqlıq və "i" topoformantının birləşməsindəndir (Bataqlı kənd).
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Viki
Viki (ing. Wiki, /ˈwɪki/, WIK-ee) — veb-brauzerdən istifadə edərək öz auditoriyası tərəfindən birgə redaktə edilən və idarə olunan onlayn hipermətn publikasiya. Tipik bir viki layihənin mövzuları və ya əhatə dairəsi üçün çoxlu səhifələrdən ibarətdir. Bu, ictimaiyyət üçün açıq ola bilər və ya daxili məlumat bazasını saxlamaq üçün təşkilat daxilində istifadə edilə bilər. Yüz minlərlə, həm ictimai, həm də özəl vikilər, o cümlədən biliklərin idarə edilməsi resursları, qeydlər aparan alətlər, icma vebsaytları və intranetlər kimi fəaliyyət göstərən vikilər istifadə olunur. İlk viki proqram təminatı olan VikiVikiVebin yaradıcısı Vard Kanninqem vikini "işlənə biləcək ən sadə onlayn verilənlər bazası" kimi təsvir etmişdi. "Wiki" "sürətli" mənasını verən Havay sözüdür.Vikilər başqa cür viki mühərrikləri kimi tanınan viki proqram təminatı ilə aktivləşdirilir. Bu, məzmun idarəetmə sisteminin bir forması olan viki mühərriki bloq proqramı kimi digər veb-əsaslı sistemlərdən məzmunun heç bir müəyyən edilmiş sahibi olmadan yaradılması ilə fərqlənir. Vikilərin özünəməxsus strukturu azdır və bu, strukturun müvafiq və istifadəçilərin ehtiyaclarına uyğun olaraq ortaya çıxmasına imkan verir. Viki mühərrikləri adətən məzmunu sadələşdirilmiş işarələmə dilindən istifadə edilməklə yazmağa və bəzən zəngin mətn redaktorunun köməyi ilə redaktə etməyə imkan verir.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 267 nəfərdir. == Həmçinin bax == Rvarud Orand Nücü Təngəbin == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.
Xili
Xili – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xili kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2002-ci ildə əhalisi 511, 2010-cu ildə isə 575 nəfər təşkil etmişdir.
Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur. == Ümumi məlumat == Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.
Çili
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür. == Etimologiyası == Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.
Başqırd üsyanları (VII-VIII əsrlər)
Başqırd üsyanları — XVII–XVIII əsrlərdə baş verən silsilə üsyanlar. == VII əsr üsyanları == 1662–64-cü illər üsyanı çar hökumətinin başqırd feodallarının kalmıklar üzərinə basqınlarını qadağan etməsi və tutduqları əsirləri qaytarmaq tələbi ilə əlaqədar başlanmışdı. Üsyan bütün Başqırdıstanı və bəzi qonşu qəzaları bürümüşdü. Qiyam əsasən şərqdə İset, Miass çaylarının orta axarlarını, qərbdən Kama çayının orta axarlarını, cənubda isə Yaik çayından şimalala Çusovaya çayına qədər yayılmışdır. 1664-cü ildə çar hökuməti üsyanı yatırdı, lakin bəzi güzəştlərə də getdi. 1681– 83-cü illər üsyanı başqırdların çar hökuməti tərəfindən zorla xristianlaşdırılacağı haqqında xəbərin yayılması ilə əlaqədar başlanmışdı. Lakin üsyana kazak zadəganı (starşina) Seyid Sadiir başçılıq edirdi. 1682-ci ildə üsyan bütün Başqırdıstanı bürüdü. Geniş başqırd kütlələrinin hərəkatdan məyus qalması, həmçinin çar hökumətinin xristianlaşdırma haqqında heç bir sərəncam verməyəcəyini bildirməsi mübarizənin dayandırılmasında həlledici rol oynadı. == VIII əsr üsyanları == 1705 – 11-ci illər üsyanına səbəb 1704-cü ildə yeni vergilərin qoyulması və hökumətin rus ordusu üçün başqırdlardan at tələb etməsi idi.
Abaza dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin dili

Abuzeydabad dili
Abuzeydabad dili və ya Bizovoy dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Abuzeydabadda danışılır.
Abxaz dili
Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Ada dili
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Adıge dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey dili

Adıq dili

Akkad dili
Akkad dili – Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilidir. E.ə. III minillikdə Orta-aşağı və Aşağı Mesopotamiyada şumer dili ilə bərabər yayılmışdır. E.ə. II minillikdə Dəclə çayının sahilboyu-nun və Mesopotomiyanın bütün əhalisi assiriya dilindən istifadə etmişlər. Diaxronoloji və coğrafı baxımdan akkad dilləri 5 dialektə bölünür: köhnə akkad (E.ə. III minillik), köhnə Vaviliyon və köhnə Assiriya (b.e.ə. II minillik), yeni vavilion (e.ə. 10–5-ci əsrlər), yeni assiriya (E. ə. 10–7-ci əsrlər), Vavilyondan sonrakı dövr (E.ə.
Alütor dili
Alütor dili - Çukot-kamçatka dillərindən biridir. Əsasən Koryak muxtar vilayətində yayılmışdır. 200-dən bir qədər artıq daşıyıcısı vardır. Alütoran, palan və karaqin dialektlərinə bölünür.
Amhar dili
Amhar dili — Efiopiyanın şimalında yayılmış bu dildə təqribən 16 milyona qədər adam danışır. Efiopiyanın dövlət dilidir. Bir-birindən qismən fərqlənən üç dialekti vardır: Şoa, Qoccam və Qonder. Amhar dilinin fonem tərkibi 7 sait və 28 samitdən ibarətdir. Sintaktik baxımdan sabit söz sırası (MTX) mövcuddur. Cümlənin xəbəri adətən sonda gəlir.
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Arami dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.