Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vilaria subacaulis
Berardia (lat. Berardia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Berardia subacaulis (Lam.) Vill. Alp dağlarında bitən yeganə növ. == Sinonimləri == Arctium lanuginosum Lam. Vilaria subacaulis Guett. Berardia subacaulis Vill. 1779 not (Lam.) Fiori & Paol. 1904 (based on Arctium lanuginosum Lam.
Aureliyo Milani
Aurelio Milani (it. Aurelio Milani; 14 may 1934 – 25 noyabr 2014, Milan) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub. == Karyera == Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb. "Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub. Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur.
Gilani Hosnani
Gilani Hosnani (21 avqust 1957) — Mavrikini təmsil edən stolüstü tennisçi. == Karyerası == Gilani Hosnani Mavrikini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Henrix Viland
Henrix Viland (alm. Heinrich Otto Wieland‎) (4 iyun 1877, Pfortshaym, Baden, — 5 avqust 1957, Ştarnberq) — Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1927). == Həyatı == Pforxtsxeymdə (Baden torpağı) (1877- 1957) anadan olmuş, alman üzvi- kimyaçısı və biokimyaçısı, Viland Henrix Otto 1896- cı ildə Münhen, 1897- ci ildə Berlin Universitetində, 1898- ci ildə Ştutqartdakı Ali Texniki Məktəbində təhsil almışdır. 1909- cu ildə professor adını almışdır. Çoxlu sayda öd turşylarının sintezi və öyrənilməsi, habelə onların quruluşunun müəyyən edilməsi sahəsində kompleks tədqiqat işləri həyata keçirdiyinə görə 1927- ci ildə alim Nobel mükafatına layiq görülmüşdür.
Mirrəhim Vilayi
Vilayi Mirrəhim Mirəbdüləli oğlu (?-?) — Azərbaycan Demokratik firqəsinin üzvü, tədqiqatçı, publisist.
Təhminə Milani
Təhminə Milani (fars. تهمینه میلانی‎, 6 sentyabr 1960, Təbriz) — Azərbaycan əsilli İran rejissoru, ssenaristi, prodüseri . == Həyatı == Təhminə Milani 6 sentyabr 1960-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ali təhsilini 1986-cı ildə Tehranda Elm və Tenxologiya İnstutunda memarlıq ixtisası üzrə başa vurmuşdur . Bir müddət yardımçı ssenarist və rejissor köməkçisi işlədikdən sonra 1989-cu ildə rejissor olaraq ilk filmi "Uşaqların boşanması" filmi ilə karyerasına başlamışdır. == Karyerası == Feminist baxışları ilə seçilən rejissor öz filmlərində qadın haqları, 1979-cu il İran İnqilabı ilə bağlı məsələlərə toxunmuşdur. Milani filmlərinin ən başlıca mövzularından biri mühafizəkar rejimdən əziyyət çəkən cəsarətli qadınlar olmuşdur. Onun ilk filmlərinin mövzusu əfsanə və rəvayətlərə söykənirdi. Məsələn 1990-cı ildə çəkilən "İç çəkiş əfsanəsi " filmində yazıçı kimi uğursuzluğa düçar olmuş bir qadının həyata bədbin baxışından söz açılır. Sonra o, dünyada daha böyük dərdləri olan amma hələ də xoşbəxt olmağı bacaran qadınlarla tanış olur.
Vilare adası
Vilare adası (bolq. остров Виларе, ‘Ostrov Vilare’ \'os-trov vi-'la-re\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqında yerləşən adasıdır. Ada buzlaqlardan azaddır. Adanın uzunluğu 130 m, eni 60 metrdir. Çuriçeni adasından 20 m məsafədə yerləşmişdir. Ada Şimali Bolqarıstanda yerləşən Vilare şəhərinin adını daşıyır. == Yerləşməsi == Vilare adası 62°21′06″ c. e. 59°40′35″ q. u.
Vinnie Jones
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. == Həyatı == O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.
Əbdülqadir Gilani
Əbdülqədir Geylani – İslam alimi, Qadiriyyə təriqətinin qurucusu. == Həyatı == İranın Gilan əyalətində 1078 (H. 471) də doğulub. Ləqəbi, Əbu Məhəmməddir. Mühyiddin, Gövs-ül-əzəm, Qütbü Rəbbani, Sultan-ul-övliya, Qütbü əzəm kimi ləqəbləri vardır. Atası Əbu Saleh bin Musa Cəngidostdur. Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın soyundandır. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyr olub seyidədir. Bunun üçün Abdülqədir Geylani, həm seyid, həm şərifdir. Hüseynin övladına seyid, Həsəninkinə şərif deyilir. Abdülqədir Geylani 1166 (H.561) da Bağdadda vəfat etdi.
Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist. == Həyatı == Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.
Gilanın meşə Hərəkatı
Milanın beş günü
Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri == Tarixi == Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi. 17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı. Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
İlani (Bükan)
İlani (fars. ايلاني‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (29 ailə).
Nəcməddin Məsud Gilani
Əmir Nəcməddin Məsud Gilani — Səfəvilər dövlətinin vəkili. Gilanlı idi. == Vəkilliyi == Əslən Rəştdən olan bir zərgər idi. Cəmi 2 il vəkillik etmişdir. 1510-cu ildə vəfat edəndən sonra yerinə Nəcmi Sani kimi məşhur olan Əmir Yah Əhməd İsfahani gətirilmişdi.
Pirnur Məhəmmədşah Cilani
Pirnur Məhəmmədşah Cilani (15 sentyabr 1951, Pakistan – 24 dekabr 2020, Pakistan) — Pakistan siyasətçisi, Pakistan Milli Məclisinin deputatı. == Həyatı və siyasi karyerası == Pirnur Məhəmmədşah Cilani 15 sentyabr 1951-ci ildə Pakistanda anadan olmuşdur. Pakistan Milli Məclisə ilk addımlarını 2008 Pakistan ümumi seçkilərində NA-228 Umerkot seçki dairəsindən namizəd olmaqla atmağa çalışdı, lakin, seçilə bilmədi. 24 min 210 səs topladı və Navab Məhəmməd Yusifə uduzdu. Lakin, növbəti seçki prosesini gözləyən Cilani böyük ümidlərlə 2013 Pakistan ümumi seçkilərində NA-230 Tarparkar seçki dairəsindən deputatlığa namizəd oldu və qalib gəldi. 61 min 903 səs toplayaraq bununla da Məkdum Şah Mahmud Hüseyn Qureyşini məğlub etdi. Eyni seçkilərdə PS-62 Tarparkar seçki dairəsindən bitərəf olaraq Sindh Əyalət Məclisinin deputatlığına namizəd oldu və heç bir səs toplamayaraq Məkdum Xəlilüzzamana uduzdu. Sonuncu dəfə 2018 Pakistan ümumi seçkilərində NA-221 Tarparkar seçki dairəsindən deputatlığa namizəd olan Cilani yenidən Milli Məclisə deputat olaraq seçildi və ömrünün sonuna qədər bu vəzifəni icra etdi. == Ölümü == Böyük insan itkisinə səbəb olan koronavirus pandemiyasına yoluxan Pirnur Məhəmmədşah Cilaninin yoluxduğundan bir müddət sonra vəziyyəti daha da ağırlaşdı. Müalicə olunsa da, pandemiyadan xilas ola bilmədi və Pirnur Məhəmmədşah Cilani 24 dekabr 2020-ci ildə Pakistanda müalicə aldığı xəstəxanada vəfat etdi.
Seyid Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist. == Həyatı == Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.
Tarixi-Nadir (Milani)
Tarixi-Nadir — Əmir Mir Yusif Milaninin Nadir şah dönəminin tarixi hadisələrindən bəhs edən kitabı. Kitabın bir nüsxəsi hal-hazırda Masallı rayonunun Ərkivan qəsəbəsində axund Həmid Məmmədovun evində saxlanılır. == Mənbə == Zülfiyyə Qurbanova. "Məşədi İbadın yarıya qədər oxuduğu "Tarixi-Nadir" kitabı tapıldı (FOTO)" (az.). anspress.com. 2014-01-26. 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
Yusuf Reza Gilani
Yusuf Reza Gilani (9 iyun 1952[…], Kəraçi, Sind[d]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən). == Həyatı == 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y. R. Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur. 1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur. 1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur. 1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.
Yusuf riza gilani
Yusuf Reza Gilani (9 iyun 1952[…], Kəraçi, Sind[d]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən). == Həyatı == 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y. R. Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur. 1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur. 1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur. 1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.
Şeyx Zahid Gilani
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – Ələvi Türkmən alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Adi pişik ilanı
Adi pişik ilanı (lat. Telescopus fallax) — Suilanıkimilər fəsiləsinə aid növ. Bədəninin uzunluğu 60–70 sm, maksimal uzunluğu — 100 sm-dir. Bədəninin aşağı nahiyəsi ağ rəngdə olur. Əsasən daşlı yaylıqlarda, otluqlar və kolluqlarda, yarımsəhrada və dağ meşələrində yayılır. Onlara 1700–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Onlar gecə və gündüz radələlərində aktiv olur. İsti yay ayları isə ancaq gecə saatları aktiv olur. Ağaclara və ev damlarına rahat çıxa bilirlər. Əsasən kərtənkələlər, gəmiricilər və quşlarla qidalanırlar.
Damalı su ilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. == Həyat tərzi == Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Gecə ilanı (personaj)
Gecə ilanı (ing. Nightcrawler) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali super qəhrəman. Yazıçı Len Ueyn və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1975-ci ildə nəşr olunmuş "Böyük ölçülü İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Gecə ilanı qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, yüksək səviyyədə cəldliyə, teleportasiya qabiliyyətinə, yapışqan əl və ayaqlara malikdir. Gecə ilanı fiziki mutasiyasında yer alan indiqo rəngli məxməri xəzi sayəsində kölgəyə qarışaraq, görünməz hal ala bilir. Onun eyni zamanda iki barmaqlı ayaqları, üç barmaqlı əlləri, sarı gözləri və oxabənzər quyruğu var. Gecə ilanı ilkin komikslərdə əsasən şən, zarafatcıl, sataşqan və qılıncoynatma həvəskarı kimi göstərilmişdir. O dindar katolikdir və öz inancını dəfələrlə müxtəlif komiks və filmlərdə dilə gətirmişdir. Personaj yaradılışından bəri Marvelin komiks və video oyunlarında davamlı olaraq yer almışdır.
Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu - Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium. Lənkəranın yetişdirdiyi elm və hikmət sahiblərindən biri də Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə- XIII əsrdə yaşamış olan məşhur müdrik Şeyx Zahid Gilanidir. Tam adı Şeyx Tacəddin İbrahim Zahid Gilani olan bu şəxs, 1218-ci ildə Lənkəranın Siyavrud (indiki Siyavar) kəndində doğulmuş və 1301-ci ildə vəfat edərək Lənkəranın Hilyəkaran (indiki Şıxakəran) kəndində dəfn edilmişdir. Şeyx Zahidin İranın Gilan əyalətində də türbələri var. Türbəsi Lənkəranda əsrlər boyu xalqın ziyarət yeri olan Şeyxin mistik həyat və mənəviyyatı Azərbaycan və İranla məhdudlaşmayıb hətta Anadoluya qədər çatmışdır. Belə ki,Şeyx Zahid Xəlvətiyyə, Səfəviyyə, Bayramiyyə, Cəlvətiyyə və s. kimi bir çox sayda sufi təriqətlərinin irşad silsilələrində yer almaqdadır. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır. Konfransın təşkilatçılarının məqsədi Şeyx Zahidin doğumunun 800-cü ilində xatirəsinin anılması məqsədilə onun mənəvi irsini öyrənən alimləri bir araya gətirilməklə fikir mübadiləsi aparılmasının, ortaya çıxan son tapıntıları paylaşmağın və gələcək işlər üçün yeni bir üfüq açılmasının lazım olduğu fikirindədir. Bu məzmunda Lənkəran şəhərində 11-13 oktyabr 2018 tarixləri arasında Türkiyə Respublikası Necmettin Erbakan Universiteti ilə Azərbaycan Respublikası Lənkəran Dövlət Universitetinin ortaq şəkildə təşkil edəcəkləri “Doğumunun 800-ci ildə Şeyx Zahid Gilani” mövzulu beynəlxalq simpoziumun əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.