Əşrəfəddin Gilani

Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist.

Seyid Əşrəfəddin Gilani
Doğum tarixi
Doğum yeri Rəşt, Gilan
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti ədib, şair, jurnalist, klirik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır.

1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb[1]. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir.

Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub.

1934-cü ildə Tehranda vəfat etmişdir.

  1. Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Bakı: "Elm", 2009, səh. 43.  (az.)