Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Xişt
Xeşt – İranın Fars ostanının Kazirun şəhristanının Xişt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,332 nəfər və 2,257 ailədən ibarət idi.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Ferens List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Fişt zirvəsi
Fişt (adıq Фыщт — "ağ baş") — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü - 2867.7 metrdir. == Təsviri == Fişt, Oşten və Pşexa-Su zirvələri ilə birlikdə Fişt-Oşten massivini formalaşdırır. Massivin zirvələri Qafqazda ilk alp tipli zirvələrdir (qərbdən şərqə doğru hərəkət edir), yəni subalp və alp dağ çəmənliklərinin geniş kəmərinə malik olaraq meşənin yuxarı sərhədindən xeyli yuxarı qalxırlar. Bundan əlavə, Fişt Qafqazın ən qərb zirvəsidir, yamaclarında buzlaqlar (Böyük və Kiçik Fişt buzlaqları) və əhəmiyyətli qaya fayları var. Struktur olaraq, Fişt, əhəng daşı qatlarından ibarət blok yüksəlişidir. Qalın əhəng daşı təbəqələri çoxsaylı və müxtəlif karst formalarının (kraterlər, mağaralar) inkişafına kömək edir. Dağın kənarındakı məşhur mağaralardan biri də, Uçan Quş mağarasıdır. 1994-cü ildən bəri Rusiyanın ən dərin mağaralarından biri olan Fiştdə Ağ Ulduz mağara sistemi araşdırılır. Böyük Fişt buzlağında 1B kateqoriyalı klassik dırmanış marşrutu var.
Frans List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Fridrix List
Fridrix List(alm. Daniel Friedrich List‎, 6 avqust 1789[…] – 30 noyabr 1846[…]) — alman iqtisadçısı və siyasətçisi. == Həyatı == == Fəaliyyəti == Fridrix List (1789–1846-cı illər) XIX əsrin birinci yarısında alman burjuaziyasının görkəmli ideoloqu idi. XIX əsrin 40-cı illərində Almaniyada yaranmış alman siyasi iqtisad tarixi məktəbinin əsasında məhz onun baxışları dururdu. List kiçik Reytlingen şəhərində, varlı dabbaq ailəsində anadan olmuşdur. O, gənc yaşlarında Vürtemberq krallığının mərkəzi hökumətində işləməyə başlayır. 1817-ci ildə List Tübingen Universitetinin professoru olur. 1819-cu ildə Listin təşəbbüsü ilə Frankfurtda daxili gömrükxanaların ləğv edilməsini və vahid ümumalman proteksiya sisteminin qurulmasını qarşısına başlıca məqsəd qoyan "Alman sənayeçilərinin və kommersantlarının baş assosiasiyası"nın əsası qoyulur. Almaniyada feodal qaydalarının və feodal bürokratiyasının tənqidi üçün hökumət tərəfindən həbs olunmaq təhlükəsi ilə izlənilən List ABŞ-yə mühacirət edir. Orada o, varlanıb 1832-ci ildə Amerika konsulu kimi Almaniyaya qayıtmışdı.
Kanye Vest
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Katarina Vitt
Katarina Vitt (alm. Katarina Witt‎; 3 dekabr 1965 və ya 1964, Ştaken[d], Qərbi Berlin) — dünya şöhrətli şərqialmaniyalı fiqurçu, film sənətçisi. Katarina Vitt, 1984-cü ildə Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarının və 1988-ci ildə Kalqaridə baş tutan XV Qış Olimpiya Oyunlarının çempionu olub. O, üç dəfə (1932, 1936, 1940) Olimpiya Oyunlarının qalibi olan Norveç nümayəndəsi Sonya Henidən sonra 2 dəfə Olimpiya Oyunlarının çempionu olmağı bacaran yeganə idmançıdır. Katarina Vitt 1984, 1985, 1987 və 1988-ci illərdə Dünya Çempionatının qızıl medalına sahib olub. 1983, 1984, 1985, 1986, 1987 və 1988-ci illərdə Avropa Çempionatının qalibi olan Katarina Vitt, 1981-ci ildən 1988-ci ilə qədər Şərqi Almaniya Çempionatının 8 dəfə çempionu olub və 1984-cü ildə Şərqi Almaniyada ilin qadın idmançısı seçilib. Karyerasını başa vurduğdan sonra film sahəsində çalışan Katarina Vitt, 1990-cı ildə nüfuzlu "Emmi" televiziya mükafatına layiq görülüb. 32 yaşında «Playboy» jurnalı üçün ehtiraslı pozlar verən Katarina Vitt, bir-sıra televiziya verilişlərinin aparıcısı olub. Karyerası ərzində 39 yarışa qatılan Katarina Vitt, onların 24-də qızıl medal, 6-da gümüş medal, 1-də isə bürünc medal qazanıb. 8 yarışda medal qazana bilməyən Katarina Vitt, ən çox Dünya və Avropa çempionu olan alman fiqurçudur.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Mey Vest
Mey Vest (ing. Mae West; 17 avqust 1893–22 noyabr 1980) — ABŞ aktrisası.
Niklaus Virt
Niklaus Virt (ing. Niklaus Emil Wirth; 15 fevral 1934, Vintertur, Sürix kantonu – 1 yanvar 2024, Sürix) — məşhur isveçrəli alim, kompüter elmləri üzrə professor, Pascal, Modula-1, Oberon proqramlaşdırma dillərinin müəllifi. 15 fevral 1934-cü ildə anadan olmuşdur. O, Swiss Academy of Engineering (İsveçrə), U. S. Academy of Engineering (ABŞ), BerlinBrandenburg Academy (Almaniya) Milli Akademiyalarının üzvüdür. Müxtəlif sayda adlara və titullara layiq görülən məşhur alim 1984-cü ildə EYLER, ALGOL-W, MODULA və PASCAL proqramlaşdırma dillərini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Nord-vest
Oliver Tvist
Oliver Tvistin macəraları - Çarliz Dikkensin ikinci romanı. Oliver! (film) - musiqili film (1968). Oliver Tvist (film) - Roman Polinskinin filmi (2005). Oliver Tvist (multfilm) - multiplikasiya filmi (1982).
Peyton List
Peyton Roi List (ing. Peyton List, 8 avqust 1986, Boston) — ABŞ aktrisası və modeli. 8 avqust 1986-cı ildə ABŞ-də, Baltimorda anadan olmuşdur. Aktrisa və modeldir.2001 və 2005-ci illərdə operada oynayıb.
Sen-Vits
Sen-Vits (fr. Saint-Witz) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 1 925 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 31 km şimal-şərq, Serji bələdiyyənin 38 km şərqdə yerləşir.
Vest-Bromiç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest-Hind
Vest-Hind, Vest-İndiya və ya Qərbi Hind (ing. West Indies, nid. West-Indië; hərf. Qərbi Hindistan) — Karib dənizinin adaları, o cümlədən Karib adaları, Baham adaları və Meksika körfəzi ilə Atlantik okeanının bitişik sularında yerləşən adalar verilən tarixi adı. Bu, Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə verilən Ost-Hind ilə ziddiyyət təşkil edir. Vest-Hind regionunun adını səhvən Avropadan qərbə doğru hərəkət edərək Hindistana getdiklərinə inanan ilk Avropa naviqatorları vermişdilər. Buradan Amerikanın yerli sakinlərinə hindi adı verilmişdi. Вест-Индия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Vest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Josef Virt
Josef Virt (alm. Karl Josef Wirth‎;6 sentyabr 1879[…], Frayburq-im-Braysqau – 3 yanvar 1956[…], Frayburq-im-Braysqau) — Almaniyada siyasi və ictimai xadim, 1921–1922-ci illərdə Almaniya kansleri, habelə xarici işlər naziri. 1930–1931-ci illərdə daxili işlər naziri. 1955-ci ildə "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Stalin Mükafatı laureatı. == Həyatı == Zavod mühəndisi ailəsində anadan olub. O, Frayburq Universitetini bitirib, burada riyaziyyat, təbiət elmləri və iqtisadiyyat üzrə təhsil alıb. 1906–1913-cü illərdə doğma Frayburqdakı gimnaziyada dərs demişdir. Birinci Dünya Müharibəsi zamanı hərbi xidmətə yararsız olduğu üçün Qərb Cəbhəsində Qırmızı Xaç komandiri kimi xidmət etmişdir. Katolik Mərkəzi Partiyasının sol qanadının rəhbəri, Reyxstaqın üzvü (1914–1918 və 1920–1933). 1918-ci il Noyabr İnqilabı zamanı respublikanın sadiq tərəfdarı olan Virth Badenin yeni maliyyə naziri təyin edilir.
Tay Vest
Taymon S. Vest (5 oktyabr 1980, Uilminqton[d], Delaver) — ABŞ film rejissoru. O, qorxu janrında çəkdiyi filmlərə görə məşhurdur. Tay Delaver ştatının Vilminqton şəhərində anadan olub. Onun adı olan Taymon babasının soyadı olmuşdur. Tay 2001-ci ildə "Teen People" jurnalının payız mövsümü nəşrində yer alıb. Tay Vest School of Visual Arts-da təhsil almışdır. Tay Vest avstraliyalı dicey Alison Wonderland ilə nişanlanıb. 13 iyun 2023-cü ildə onların Maks adlı bir oğlan uşağı dünyaya gəlib.
Vest-Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.