Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vitor Belfort
Vitor Belfort (1 aprel 1977, Rio-de-Janeyro) — Braziliyanı ağır çəkidə UFC-də təmsil edən məşhur idman ustalarından biri. Rio-de Janero şəhərində dünyaya gələn Vitor uşağlığdan Qreysi ailəsinin nümayəndəsi və məşhur ciu-citsu ustası Karlos Qreysinin başçılığı altında adı çəkilən idman növü ilə məşğul olmağa başlamışdır.Beləlilklə ciu-citsu idman növü ilə məşğul olan Vitor qara kəmər,Cüdoda qara kəmər,Şotokan idman növündədə qara kəmər ustası olmuşdur.Həyat yoldaşı Prado Coana,tanınşım tələbəsi Sezar Fereiradır. 9 Yanvar 2004-də Vitorun bacısı Priskila Belfort itkin düşdü və qohumlar onun haqqında heç bir informasiya almadı.2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi,lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Vitor Roke
Vitor Huqo Roke Ferreyra (28 fevral 2005, Braziliya) — Vitor Roke kimi də tanınan, Braziliya A Seriyası təmsilçilərindən olan "Atletiko Paranaense" klubunda və Braziliya millisində hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu. O, 2024-cü ilin yanvar ayında La Liqa təmsilçilərindən olan "Barselona" klubuna transfer olacaq. Vitor Minas-Jerays ştatının Timoteo şəhərində anadan olmuşdur. 10 yaşı olarkən o, "Amerika Mineyro" klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ildə akademiyanın əsas oyunçusu vəziyyətinə gəlmişdir. 2019-cu ilin mart ayında Vitor "Kruzeyro" akademiyası ilə müqavilə imzalamışdır. Bu keçid keçmiş komandasının yeni komandasını Dövlət Əmək Departamentində məhkəməyə verməsinə səbəb olmuşdur. Hər iki klub yalnız may ayında razılığa gələ bildi. "Kruzeyro" klubu oyunçunun səhmlərinin 65%-ni, keçmiş klubu isə yerdə qalan 35%-ni əlində saxlamış oldu. 25 may 2021-ci ildə Vitor "Kruzeyro" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Şarl-Mari Vidor
Şarl-Mari Vidor (fr. Charles-Marie Widor; 21 fevral 1844, Lion — 12 mart 1937, Fransa) — fransız orqan, bəstəkar və musiqi müəllimi. Vidorun atası 19-cu əsrin ən böyük orqan ustası Aristide Kawaye-Koll adlı orqan qurucusu idi. Kursu bitirdikdən sonra, 1869-cu ildə Vidor, mərhum Lefebvour-Veli əvəzinə, Parisdəki Saint-Sulpike kilsəsindəki orqanist vəzifəsini müvəqqəti olaraq vəzifəyə götürməyə çağırdı və bu vəzifəni 64 il müddətinə tutdu, baxmayaraq daimi müqavilə onunla bağlanmadı Cənab Vidor yerini ən əhəmiyyətli tələbələri Marsel Dupre əvəz etdi. Bəstəkarın irsi olduqca genişdir və daxildir: orqan üçün on simfoniya dörd opera bir çox orkestr əsərləri (ən məşhur simfonik şeir Walpurgis Night, piano və viyolonsevər konsertlərdir) mahnılar və romansları.
ИХР-388 aşqarı
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Cohor
Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir. == Coğrafiyası == Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir. == Tarixi == Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur.
Gihon
Gihon (təq. 1206, Yaponiya – təq. 1260, Okinava prefekturası) — Tenson sülaləsindən sonra Ryukyu kralı. Hakimiyyətə gələndə 44 yaşında idi. Hakimiyyət dövrü ölkədə xəstəlik və təbii fəlakətlər yayılmışdı. 1254-cü ildə gənc əyanlardan olan Eysonu özünə köməkçi götürdü. Lakin ölkəni fəlakətdən qurtara bilməyəcəyini görüb taxtdan imtina edərək yerini Eysoya verdi. Beləliklə Tenson sülaləsinin hakimiyyəti də bitdi. Ölüm tarixi məlum deyil.
Jiqor
Jiqor (fr. Gigors, oks. Gigòrds) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Tyurye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 32 yaşda (15-64 yaş arasında) 22 nəfər iqtisadi fəal, 10 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 61.5%). 22 fəal şəxsdən 20 nəfəri (11 kişi və 9 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Lahor
Lahor (urdu لاہور, ing. Lahore, q.pənc. لہور) — Pəncab əyalətin paytaxtı, Kəraçidən sonra ölkənin 2-ci böyük şəhəri. Şəhər Ravi çayı sahilində, Hindistanla sərhədə yaxın yerləşir. Burada ölkənin kinostudiyası (Lollywood) yerləşir.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sıra tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
LİBOR
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Siqor
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Vigors
Nikolas Eyluord Vigors (irl. Nicholas Aylward Vigors, 1785[…], Karlou qraflığı[d] – 26 oktyabr 1840, London) — İrlandiya zooloqu və siyasi xadimi. Daha çox quşların öyrənilməsinə dair 40 işin müəllifi kimi tanınır. 1825-ci ildən başlayaraq Vigors elmi jurnallarda ornitologiya üzrə 6-sı digər həmmüəlliflərlə olmaqla 40-a yaxın məqalə dərc etdirmişdir. An inquiry into the nature and extent of poetic licence / by Vigors, Nicholas Aylward, 1785—1840 London : printed for J. Mackinlay, by T. Bensley, 1810 A century of birds from the Himalaya Mountains / by Gould, John, 1804—1881 Letterpress by N. A. Vigors. London, 1832 Leslie Stephen, George Smith, Sidney Lee, Robert Blake, Christine S Nicholls, Edgar T Williams./Dictionary of national biography. Smith, Elder, & co., 1899 Kavanagh, P. J. (1983). «Nicholas Aylward Vigors, MP, 1786—1840». Carloviana: Journal of the Old Carlow Society 30: 15-19.
Vikar
Vikarius (lat. vicarius, cəmdə: vicarii) — Qədim Romada zabit və məmur köməkçisi ya müavini. Roma İmperiyasında imperator Diokletian və Böyük Konstantindən sonra prefekt tabeliyində olan diosez hakimlərinin adı. Xristiyanlıqda yeparxiyası olmayan kilsə yepiskopuna vikar deyilir. O, yeparxiya yepiskopunun müavini və ya yardımçısıdır.
Vinir
Vinir (bunlara "laminat vinir, laminat vener, dental veneer, laminey, lamine, lamina, винир" da deyilir) əsasən ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanır estetik diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Lamina vinirlər dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, istənilən estetik nəticəni əldə etmək mümkün olur. Kompozit vinirlər Prefabrike (əvvəlcədən hazırlanmış) vinirlər Farfor (feldşpat) vinirlər Press-keramika vinirlər Zirkon vinirlər Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda - çat, qırıq, sürtünmə, anormal forma və sair. Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda - anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair. Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda - aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair. Dişlərdə böyük defektlər və ya plomblar varsa 5 və ya daha çox arxa dişin olmaması Bruksizm (diş qıcama) Bəzi pis vərdişlər - dırnaq yemək, tum çırtlamaq və sair. Ağız gigiyenasının pis olması Dişətləri problemlərinin olması - qinqivit, paradantoz. Bəzi mədə-bağırsaq problemlərinin olması - qastrit, reflü və sair.
Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/, ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
Vixar
Vixar (sanskr. विहार vihāra, q.türk Vixar), Sanskrit və Pali dilində Buddist rahibxanaları üçün işlənilər sözdür. Əvvəlcə "yerimək üçün tənha bir yer" anlamına gəlirdi və yağışlı mövsümlərdə dolaşarkən keşişlər tərəfindən işlənilən "sığnaq" olaraq keçirdi. Lay Buddhist Practice: The Rains Residence Arxivləşdirilib 2005-04-05 at the Wayback Machine - A short article on the meaning of Vassa, and its observation by lay Buddhists. Mapping Buddhist Monasteries A project aiming to catalogue, crosscheck, verify and interrelate, tag and georeference, chronoreference and, finally, map online (using KML markup & Google Maps technology).
Vıborq
Vıborq (fin Viipuri, isv. Viborg, alm. Wiburg‎) — Rusiyanın Leninqrad vilayətində şəhər. Şəhər Fin körfəzinin şimal-şərq hissəsində yerləşən Vyborq körfəzinin sahillərində yerləşir. Leninqrad vilayətinin böyük bir iqtisadi, sənaye və mədəniyyət mərkəzi, Baltikdəki liman, magistral və dəmir yollarının əhəmiyyətli bir mərkəzidir. Orta əsrlərdə isveçlilər tərəfindən əsası qoyulan Vıborq, Leninqrad vilayətində 2010-cu ildən bəri yeganə tarixi yaşayış məntəqəsidir. 1940-cı ilə qədər Finlandiyanın ikinci böyük şəhəri olmuşdur. Görməli yerlər arasında Vıborq qalası, Alvar Aalto kitabxanası, Monrepo parkı var. Ümumilikdə 300-dən çox fərqli abidə Vıborqda cəmləşib: memarlıq, tarixi, heykəltəraşlıq, arxeoloji, mənzərə bağçılıq sənəti. 2010-cu ilin mart ayından - “Hərbi Şöhrət şəhəri”dir.
Vıhma
Vıhma (est. Võhma) — Estoniyanın mərkəzində, Vilyandimaa bölgəsində şəhər. Türi—Vilyandi dəmiryol qovşağı, həmçinin dəmiryol stansiyası var.
Viber
Viber — çox platformalı dəstək təklif edən və internet üzərindən ani mesajlaşma və səsli zənglər təklif edən rabitə vasitəsi. Mətn mesajları ilə yanaşı, istifadəçilərə bir-birinə media və səsli mesajlar göndərməyə də imkan verir. Proqram mobil telefonda Android, iOS, BlackBerry, Windows Phone, Symbian və Bada-nı dəstəkləyir; İş masasında Windows, Mac OS X və Linux-u dəstəkləyir. Viber istifadəçilərdən hər hansı hesab açmağı tələb etmir, sadəcə telefon nömrəsindən istifadə edərək istifadəçini sistemdə qeyd edir. Viber-i quraşdırdıqdan sonra siz telefon kitabçanızda qeydiyyatdan keçmiş Viber-dən istifadə edən bütün istifadəçilərlə ünsiyyətə başlaya bilərsiniz. Viber-ə ilk dəfə daxil olduğunuz zaman nömrənizi telefon kitabçasında saxlayan və Viber-dən istifadə edən bütün istifadəçilərə avtomatik olaraq Viber-ə qoşulduğunuz barədə mesaj göndərilir.[sitat lazımdır]. 2013-cü ilin may ayından etibarən Viber-in 200 milyondan çox istifadəçisi var. Viber ilk dəfə 2 dekabr 2010-cu ildə iPhone tətbiqi olaraq Skype-a rəqib olaraq buraxıldı. Tətbiqin limitsiz Android versiyası 19 iyul 2012-ci ildə buraxıldı. BlackBerry və Windows Phone cihazları üçün Viber 2012-ci il mayın 8-də buraxıldı.
Viktor
Viktor — kişi adı.
Lappa minor var. minor
Ulmus minor subsp. minor
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. Yabanı halda Şimali İranda və Qafqazda bitir. Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Eqermeyster (likör)
Jägermeister (tələffüzü Yəgermayster) — 56 növ ot, meyvə, ədviyyat əsaslı güclü alman likörü. Bitter kateqoriyasına aiddir. Likör 56 komponentin — bitkilərin qarışdırılması ilə əldə edilir və palıd barellərdə 12 ay saxlanılır. İçkinin dəqiq tərkibi gizli saxlanılır. İçkinin etiketi maral və buynuzlarının üzərində xaç təsvir edilmişdir və əfsanəyə görə müqəddəs Quber, ovçuların himayəçisi tərəfindən ovlanan maral təsvir edilmişdir. Etiket alman yazıçısı Oskar fon Rizentalın şeiri ilə çərçivələnmişdir. Alman istehsalı olduğu üçün içkinin simgəsində uzun s istifadə olunur. Jägermeister, bir çox digər bitter kateqoriyasında olan içkilər kimi, həzm üçün əlverişli hesab olunur. Adi formada soyudulmuş halda və ya kokteyllərdə istifadə olunur. == Tarixçə == Likör 1935-ci ildən Uolfenbüttel (Aşağı Saksoniya) şəhərində yerləşən 1878-ci ildə yaradılmış Mast-Jägermeister SE şirkəti tərəfindən istehsal olunur.