Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Katax
Katax — İrəvan quberniyasının Sürməli qəzasında dağ adı. Eranın əvvəllərindən başlayaraq Azərbaycan və Еrmənistan ərazisində Katak, Katuk formalarında toponimlər də geniş yayılmışdır. VII əsrə aid mənbədə Albaniyanın Artsak əyalətində bir mahalın Tuç=Katak adlandığı göstərilir . Bu mahal Kürün sol sahilinin Xaçın və Qarqarçay hissəsini əhatə etmişdir. “Alban tarixi”ndə bu ad еrmənicə yazılışda “y” səsinin əlavəsilə Katayk kimidir. XVII əsrdə Dağlıq Qarabağda Kötüklü kəndinin adında qalmışdı. Digər tərəfdən, İndiki Еrmənistan ərazisində İndi içərisindən Zəngiçay axan bir əyalət də V əsrdən Katak (еrmənicə yazılışda Katayk) kimi mə’lumdur. Bütün orta əsrlər boyu İrəvan əyalətinin bir mahalı Katayk, sonra Zəngibasar adlanmışdır. Hər iki Katak toponimi еranın əvvəllərində Cənubi Qafqazda məskunlaşmış türkmənşəli pеçеnеqlərin Katak tayfasının adını əks еtdirir. X əsrdə Cənubi Rus çöllərində yaşamış pеçеnеqlərin bir tayfası Tun=Katay adlanırdı Qazaxlarda, qaraqalpaqlarda, özbəklərdə, başqırdlarda, qırğızlarda Kataq, katak tayfaları ilə pеçеnеqlərin Katak tayfası mənşəcə еynidir.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Kalsium laktat
=== Kalsium laktat === === Alınması === Sənayedə preparatı almaq üçün süd turşusunun qıcqırma prosesindən istifadə edirlər. Şəkərli maddələr (nişasta, qlükoza) qıcqırma bakteriyaları təsirindən 50ºC-ə qədər temperaturda süd turşusuna çevrilir, alınan turşu isə kalsium-karbonatla neytrallaşdırılır. ( C 6 H 10 O 5 ) n → + nH 2 O nC 6 H 12 O 6 ⟶ 2 nCH 3 − CHOH − COOH {\displaystyle {\ce {(C6H10O5)_{n}->[{} \atop {\ce {+nH2O}}]nC6H12O6->2nCH3-CHOH-COOH}}} 2 CH 3 − CHOH − COOH + CaCO 3 ⟶ ( CH 3 − CHOH − COO ) 2 Ca + CO 2 + H 2 O {\displaystyle {\ce {2 CH3-CHOH-COOH + CaCO3 -> (CH3-CHOH-COO)2Ca{}+ CO2{}+ H2O}}} === Fiziki - kimyəvi xassələri === Preparat ağ narın tozvaridir. Havada kristallaşma suyunu tədricən itirir. Soyuq suda az, isti suda isə yaxşı həll olur. Spirtdə, efirdə, xloroformda çox az həll olur. === Tətbiqi === Preparat kalsium ionlarının mənbəyi və allergiyaya qarşı maddə kimi həblər və məhlullar şəklində tətbiq olunur. Kalsium xloriddən fərqli olaraq, selikli qişalara qıcıqlandırıcı təsir göstərmir.
Voltat dağları
Voltat (alm. Wohlthat‎) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c.
Kata
Kata (ja. 型 və ya 形) — Şərq əlbəyaxa döyüş növlərinin əksəriyyətində əvvəlcədən bir neçə nəfərə qarşı hazırlanmış formal hərəkətlərdən ibarət döyüş formasıdır. Kata sözü xüsusi ilə Karate-do döyüş növündə istifadə edilir. Məsələn, analoji olaraq Uşu, Kunq Fu döyüş növlərində "Tao", Taekvon-do döyüş növündə "Pumse" və s. kimi işlədilir.
Vatt
Vatt (Vt) (ing. Watt; işarəsi: W) — Elektrik və ya mexaniki güc ölçü vahidi. 1 vatt – 1 saniyədə (s) 1 coul (C) iş görə bilən mexanizmin gücünə deyilir və BS-də güc vahidi olaraq götürülür. N = A/t, burada N-mexaniki güc, A iş, t-bu işi görməyə sərf olunan zamandır. Vatt ölçü vahidi universal buxar maşınının yaradıcısı ixtiraçı-mexanik Ceyms Vattın şərəfinə adlandırılıb.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Kanat yolu
Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir. Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir. Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. == Bioqrafiyası == Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Karat (dəqiqləşdirmə)
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karat Holding
Karat Holdinq
Kaxat-Xəl
Kaxat-Xəl — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Qramafonçiçək batat
Qramafonçiçək batat (lat. Ipomoea batatas) – i̇pomeya cinsinə aid bitki növü. Batat şirin kartof da adlanır. Kartofa oxşayır, əsasən Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada, Türkmənistanda və Şimali Qafqaz bölgəsində yayılmışdır. Batat istisevən çoxillik bitkidir. Uzunsov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta hesabla 72,5% (7-175%) su, 3,75% zülal, 24% karbohidrat, o cümlədən 15-20% nişasta və 1,2-2% şəkər, 0,8-1,5% mineral maddə, 1% sellüloza vardır. 100 qr batat 466 kCoul enerji verir. Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən mq%-lə: C – 23, B1 – 0,10, B2 – 0,05, P – 0,5 və 0,3 mq% karotin vardır. Batatın ətli hissəsi ağ-qırmızı və ya çəhrayı olur.
Travis Skatt
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı cərgələrdə qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun ən çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Kanat Kürdoyev
Kanat Kalaşeviç Kürdoyev (kürd. Qanat Kûrdoev, rus. Кана́т Кала́шевич Курдо́ев) və ya təxəllüssü ilə Kanate Kürdo (kürd. Qanatê Kurdo; 12 sentyabr 1909, Qars ili – 31 oktyabr 1985, Leninqrad) — SSRİ şərqşünas dilçi alimi, kürdşünaslığın banilərindən biri. O, əsrin dörddə birindən artıq müəllimi, akademik İosif Orbelinin yaratdığı SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin Kürdşünaslıq qrupunun rəhbəri olmuşdur. == Həyatı == Kanat Kürdoyev Rusiya imperiyasında, Qars vilayətinin Diqor rayonunun Susuz kəndində (indiki Türkiyədə) kürd kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Tiflisdə bitirmişdir. 1928-ci ildə Ermənistan Kommunist Partiyasının tövsiyəsi ilə Canlı Şərq Dilləri İnstitutunun (Leninqrad) milli azlıqların fəhlə fakültəsinə oxumağa göndərilir. 1931-ci ildə sosial-iqtisadi fakültəni bitirdikdən sonra Leninqrad Tarix, Fəlsəfə, Dilçilik və Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1936–1939-cu illərdə Leninqrad Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur.
Eynalı kanat yolu
Eynalı kanat yolu — Təbriz şəhərində Pasdaran yolunun üzərində yerləşən kanat yolu üç mərhələli layihədir. 2010-cu ildə istifadəyə verilmiş birinci mərhələdə kanat yolunun uzunluğu 1450 metrdir. Kanat yolu bir saata 1000 sərnişin daşımaq gücünə malikdir. Kanat yolu vasitəsilə Təbriz şəhərini quş baxışı seyr etmək mümkündür.
III İoann Vatas
III Duka İoann Vatas (yun. Ιωάννης Γ΄ Δούκας Βατάτζης, translit. Iōannēs III Doukas Vatatzēs; təq. 1192, Dimetoka – 3 noyabr 1254, Kamalpaşa, İzmir ili) — Nikeya imperatoru (hak. 1221–1254). III İoann müvəffəqiyyətli bir hökmdar idi. O, ordunu gücləndirmiş, səlibçiləri bir neçə dəfə məğlub etmiş, Avropada vuruşmuşdur. Bolqarlarla barışıq quran III İoann ölkənin daxili işlərinə böyük diqqət yetirmişdir. Hökmdarlığı dövründə Nikeya imperiyasının iqtisadiyyatı inkişaf etmiş, ölkədəki rifah artmışdır. Yerli sənayeyə böyük diqqət yetirən III İoann xarici məhsulların idxalına qadağa qoymuşdur.
Karat (ölçü vahidi)
Karat — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Karat Bakı FK
Karat Futbol Klubu - Bakı şəhərində yaranmışdır. 1 dəfə 2004-2005 mövsümündə futbol üzrə Azərbaycan çempionatının Yüksək dəstəsində iştirak etmişdir.[mənbə göstərin]. == 2004-2005 mövsümü == Həmin mövsüm aşağıdakı cədvələ uyğun göstəricilərə nail olmuşdur. Çempionatı 10-cu bitirməsinə baxmayaraq mövsüm sonunda Karat FK fəaliyyətini dayandırdığı üçün onun əvəzinə aşağı dəstəyə düşən MOİK klubu çempionatda saxlanıldı. Həmin mövsümdə Azərbaycan kubokunda əvvəlcə 1/8 final mərhələsində iki oyunun cəmində Kəpəz PFK komandasını turnirdən uzaqlaşdırmağı bacarsa da, 1/4 finalda İnter komandasına məğlub olaraq mübarizəni dayandırmışdır. ====== 1/8 final ====== 1/4 final == Komandan üzvləri == Komadanın heyətində ən çox qolu hücumçu Kaxaber Cebisaşvili ən çox (2) aftoqol vurmuş futbolçu ilqar Hüseynov olmuşdur.
Köhnə Katay (Bakalı)
Yeni Katay (başq. Иҫкө Ҡатай, rus. Старокатаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Katay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 11 km, kənd sovetliyindən (Yeni Katay): 1 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (58 %), tatarlar (41%) üstünlük təşkil edir.
Tatev kanat yolu
Tatev kanat yolu (erm. Տաթևի ճոպանուղի) — dünyada uzunluğuna görə ən uzun sərnişin daşıyan kanat yolu. Kanat Ermənistan ərazisində Bərguşat dərəsi üzərində yerləşir. Alidzor və Tatev kəndlərini birləşdirir. == Texniki məlumat == "Tatev qanadları" 5,7 km məsafədə uzanır. Kanat yolu Bərgüşat çayı üzərində keçərək iki kəndi birləşdirir. Kanatın keçdiyi ən maksimal hündürlük 320 metrdir. Kabinada 25 sərnişin olmaqla 37 km/s sürət yığa bilir. Ümumi məsafə 11 dəqiqə 25 saniyəyə qət edilir. Altı trosa sahibdir İki elektrik mühərrikə malildir.
Yeni Katay (Bakalı)
Yeni Katay (başq. Яңы Ҡатайк, rus. Новокатаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Katay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 10 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 83 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (91 %) üstünlük təşkil edir.
Ceyms Vatt
Ceyms Vatt (ing. James Watt; 19 yanvar 1736[…], Qrinok, Renfryuşir qraflığı[d], Böyük Britaniya krallığı[…] – 25 avqust 1819[…], Birminhem, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Şotlandiyalı ixtiraçı. Ən böyük nailiyyətlərindən biri buxar maşınını təkmilləşdirməkdən ibarət olmuşdur. Bununla da, Sənaye inqilabının gedişinə ciddi təsir göstərən simalardan birinə çevrilmişdir. == Həyatı == Ceyms Vatt kasıb, ancaq çox savadlı ailədə anadan olmuşdur. Onun atası dülgər idi. Babası şotlandiya-milli riyaziyyat müəllimi olmuşdur. Ceymsin uşaqlıqdan sağlamlığı çox zəif olmuşdur. O daimi xroniki baş ağrılarından əziyyət çəkmişdir. Uşaq ikən o hər şeylə maraqlanmış, əlinə keçən hər bir qurğunun işləmə prinsipini öyrənməyə cəhd etmişdir.