Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
2K11 Kruq
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Kruq ZRK
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Baruq
Barıq (Qoşaçay)
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Virus
Virus (lat. virus — "zəhər") — ən bəsit canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur. Ensefalit, qızılca, quduzluq, tütün mozaikası və s. RNT tərkibli viruslardır. Virusların xaricdən örtən zülal örtüyü kapsid adlanır. Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.
Galium verum subsp. verum
Galium verum var. verum
Krüi
Krüi (fr. Cruis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04065. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 590 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 93 nəfər iqtisadi cəhətdən fəal, 47 nəfər hərəkətsiz (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 69.9%) idi. Fəal olan 93 nəfərdən 82 nəfəri (45 kişi və 37 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın). Aktiv olmayan 47 nəfər arasında şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Vıru
Vıru (est. Võru) — Estoniyanın cənub-şərqində yerləşən şəhər, Vırumaa qəzasının inzibati mərkəzidir. Hal-hazırda(2012), burada 12,9 min sakin yaşayır.Əsasını Verro adı ilə 1784 ildə qoyuldu. Şəhərdə yağ-pendir və mebel müəssisələr fəaliyyət göstərir.
Kruz
Kruz — soyad. Tom Kruz — tanınmış amerikalı aktyor və film prodüseri. Penelopa Kruz — İspaniya aktrisası və model. Ted Kruz — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator Ulises de la Kruz — Ekvador futbolçusu Covana de la Kruz — Perulu marafonçu.
Faruq Sümer
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Faruq Sümər
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Füruğ Fərruxzad
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد‎; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor. == Həyatı == Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan").
Galium verum
Əsl qatıqotu (lat. Galium verum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Asterophyllum galium K.F.Schimp. & Spenn. Galium floridum Salisb. Galium verum subsp. euverum Hyl. Galium verum var. typicum Rouy Rubia vera (L.) Baill.
Hanta Virus
Hantavirus (lat. Orthohantavirus) - Bunyavirales dəstəsinin Hantaviridae ailəsindən olan tək bir qapalı RNT virusu növüdür. Ümumiyyətlə gəmiricilərə təsir edən viruslar bu canlılarda xəstəlik yaratmır. Gəmiricilərin nəcisi demək olar ki, hantavirusun insanlara yoluxmasının səbəbidir və 2005 və 2019-cu illərdə insandan-insana hantavirusun yoluxması halı Cənubi Amerikada iki dəfə bildirilmişdir.
I Faruq
I Faruq (ərəb. فاروق الأوّل‎; 11 fevral 1920[…] – 18 mart 1965, Roma) — 1936-cı ildən 1952-ci ilə Misirin kralı.
Illicium verum
Illicium verum (lat. Illicium verum) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin illicium cinsinə aid bitki növü.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Lavandayarpaq poruq
Lavandayarpaq poruq (lat. Stachys lavandulifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 15-20 sm hündürlükdə yarımkolcuqdur. Gövdələri çoxsaylıdır. Yarpaqları uzunsov, xətti-lansetvari və ya xətti, 4-7 sm uzunluqda, 2-5 mm enindədir. Köbələri 4-6 çiçəkli, uzunsov çiçək qrupunda 17 sm uzunluqda və 4 sm enindədir. Kasacıq 2-3 sm uzunluqdadır. Çiçək tacı parlaq-çəhrayı, kasacıqdan qısa; yuxarı dodağı aşağı dodağından qısa, uzunsov-dəyirmi, aşağı-üçdilimli, dərin oyuqlu, iri, orta dilimlidir. Tozcuqları 3 mm uzunluqda, yumurtavari, üçtilli, tünd-qəhvəyi rənglidir.
Ləvəndyarpaq poruq