Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lazika
Lazika - Gürcüstanda Qara dəniz sahilində inşası nəzərdə tutulan yeni şəhər. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Mixail Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze isə bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Arzular şəhəri” adlandırdığı Lazika şəhərinin tikintisi davam etdirilməyəcək.
Valdia
Klerodendrum (lat. Clerodendrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Germaniya Slavika
Germaniya Slavika (lat. Germania Slavica; mənası – "Slavyan Almaniyası") — 1950-ci illərdən bir tərəfdən Mərkəzi Avropada germanlar və slavyanların yaşadığı ərazilər arasında orta əsrlərdə mövcud olmuş dil sərhədi zonasını ifadə etmək üçün istifadə edilən tarixşünaslıq termini. Germaniya Slavika I minilliyin sonundan bəri birlikdə vendlər adlanan slavyan tayfalarının yaşadığı yerdir. Şərqi Avropada germanların məskunlaşması zamanı slavyanlar german ekspansiyasına məruz qalmışdılar. Onlar son orta əsrlərin bu dövründə çox böyük sosial dəyişikliklərə, eləcə də alman köçkünlərinin axınına məruz qalmışdılar.
Radika çayı
Radika — Makedoniya Respublikasının qərbində çay. Radika Qara Drin çayının sağ qolu olub Srni-Kamen və Çafa-Kadis çaylarının birləşməsi nəticəsində formalaşır. Çayın uzunluğu 52 km-dir. Əgər mənbəni Srni-Kamen hesab etsək, bu zaman çayın ümumi uzunluğu 70 km olacaq. Srni-Kamen (Qara daş) öz başlanğıcını Vrasa silsiləsinin şimal yamaclarından, Şar dağlarının cənub ətəklərində yerləşən Vrasa zirvəsindən (2582 m) götürür. Çay öncə Gora bölgəsindən keçməklə qərbə doğru axır, Vrasunu dolandıqdan sonra kəskin olaraq cənuba dönür və sonda Çafa-Kadis çayı ilə birləşir. Çafa-Kadis çayı isə Vrasa silsiləsinin cənub ətəklərindən və Manqulova-Kula dağının şimal yamacından formalaşaraq qərbə doğru axır. Niçipur-Planina dağının şimal yamacından keçərək Srni-Kamen ilə birləşir. Radikanın yuxarı axarı 8 km uzunluğa malikdir. Axım nizamlayıcı işlər nəticəsində çayın bu hissəsi Egey dənizi hövzəsinə aiddir.
Lazika Yayıncılık
Lazika Yayıncılık və ya köhnə adı ilə Lazika Yayın Kolektifi — 2011-ci ildə İstanbulda təsis edilmiş, laz dili ədəbiyyatı və dili üzrə nəşrlər edən nəşriyyat təşkilatı. Yarandığı gündən bəri "Lazika Yayın Kolektifi" 5-i türk, qalanı isə laz dilində olmaqla 80-dən çox kitab nəşr etmişdir. Lazcadan türkcəyə rəsmi olaraq tərcümə edilmiş ilk kitab olan "Balaca şahzadə" bu nəşriyyatda çap olunmuşdur. Nəşriyyatın nəşr etdiyi mövzulara laz dili dərslikləri, lüğətlər, uşaq kitabları və tərcümələr daxildir. Nəşriyyat Şərqi Qara dəniz regionunda TÜYAP kitab sərgisi və şənlik və festivallarda stendlər açır.
Slavika Cukic Deyanoviç
Slavika Cukic Deyanoviç (serb. Славица Ђукић Дејановић; 4 iyul 1951, Raça[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — serb siyasətçi, uzun müddət Serbiya Sosialist Partiyasının üzvü olmuş və 25 iyun 2008-ci ildən etibarən Serbiya Milli Assambleyasının sədridir. Slavika Cukic Deyanoviç Serbiya Milli Assambleyasına rəhbərlik edən ikinci qadındır. Nataşa Miçiç 2001-2004-cü illər arasında müstəqil Serbiya Respublikasının parlamentinin ilk sədri olmuşdur. == Bioqrafiyası == Slavika Cukic Deyanoviç 1983-cü ildə Belqrad Universitetinin Tibb fakültəsində magistr dərəcəsi almış, 1986-cı ildə isə doktorantura təhsilini başa vurmuşdur. Deyanoviç 1982-ci ildən etibarən Kraquyevaçdakı Tibb Fakültəsində işləmişdir. 1992-ci ildə professor assistenti, daha sonra isə dosent və birinci assistent olmuşdur. 1996-cı ildə isə professor adı almışdır. 1995-2001-ci illər arasında Kraquyevaçdakı Kliniki Hospitalın direktoru vəzifəsində işləmişdir. Deyanoviç Kraquyevaçdakı Psixiatriya Klinikasının direktoru, Tibb Fakültəsinin dekanı və Serbiya Psixiatrlar Assosiasiyasının vitse-prezidenti vəzifələrində işləmişdir.
Marina Vladi
Marina Vladi (fr. Marina Vlady; əsl adı və soyadı — Yekatrina Marina Vladimirovna Polyakova-Baydarova, Katrin Marina de Polyakoff-Baydaroff kimi də məşhurdur (fr. Catherine Marina de Poliakoff-Baïdaroff); doğ. 10 may 1938 — rus əsilli fransa aktrisası və müğənnisi. == Həyatı == Fransanın məşhur teatr və kino aktrisası, müğənni Marina Vladi Parisin və Monte-Karlonun opera artisti Vladimir Polyakov-Baydarovun dörd qızından sonbeşiyidir. Atası Moskva Konservatoriyasını bitirsə də, Birinci Dünya müharibəsi başlayanda könüllü olaraq Fransaya döyüşməyə gedir, çünki dul anasının yeganə oğlu olduğundan ruslar onu cəbhəyə göndərmir. Pilot kimi döyüşlərdə iştirak edən Vladimir şücaətinə görə təltif olunur. Müharibədən sonra Fransada qalır, yaxşı səsi olduğuna görə Paris operasına işə qəbul olunur. Marinanın anası Milisa Envald isə mühacir rus generalının qızıdır, ailələri 1919-cu ildə Belqrada köçüb. Balet aktrisası olan Milisa Belqradda Vladimirlə tanış olur, evlənirlər.
Vlada Ralko
Vlada Ralko (ukr. Влада Ралко; 3 yanvar 1969, Kiyev) — ukraynalı rəssam. 1994-cü ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Women In Arts mükafatının laureatıdır (2019). Vlada Ralko 1969-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Taras Şevçenko adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1994-cü ildə Milli Təsviri İncəsənət və Memarlıq Akademiyasının rəssamlıq bölməsindən məzun olmuşdur (Professor Vladimir Şatalinin rəssam emalatxanası). Ümumukrayna İncəsənət Triennalesi mükafatının laureatıdır (2001). Vlada Ralko Ukraynada və ölkə xaricində keçirilən sərgilərdə iştirak edir. Ralkonun işləri Lincoln Center (Nyu-York, ABŞ), Rebellminds qalereyasında (Berlin, Almaniya), Kunstlerhous (Vyana, Avstriya), Saatchi Gallery (London, Böyük Britaniya) və digər yerlərdə sərgilənmişdir.
Lazika (planlaşdırılmış şəhər)
Lazika - Gürcüstanda Qara dəniz sahilində inşası nəzərdə tutulan yeni şəhər. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Mixail Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze isə bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Arzular şəhəri” adlandırdığı Lazika şəhərinin tikintisi davam etdirilməyəcək.
Tosya-Ladik zəlzələsi
Tosya-Ladik zəlzələsi — 1943-cü il noyabrın 27-də baş vermiş zəlzələ. Zəlzələ zamanı 10 mindən artıq ev uçmuş, 7 mindən artıq insan tələf olmuşdur.