Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-ci yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Eliad
Eliad (31 yanvar 1990, Rişon LeZion, Mərkəz dairəsi) — musiqiçi. == Biblioqrafiya == Nahum İraq və türk əsilli ailədə anadan olub. Orat Ramat Yossef junior orta məktəbində və Ramot orta məktəbinin Bat Yama musiqi sinifində təhsil alıb. 2008-ci ildə o, SAXAL-a baş çəkib, təhsil və gənclər korpusu qrupunda müğənni kimi xidmət edib. Onun xidməti ilə paralel olaraq, TripL istehsalçı etiketinin debüt albomu üzərində işləmişdir == Karyera == === Aktyorluqda === 1997-ci ildə Eliad uğurlu "Şəmş" seriyasında bar kimi iştirak etməyə başlayıb. 1998-ci ildə "Ben-Qurion" filmində çəkilib və Popeye And son filmində dublyaj edib. 2004-cü ildə o, "HaPijamot" da qonaq rolunu oynayıb, 2009-cu ildə o, cazı "Joniur Baktana" da dublyaj edib, 2011-ci ildə isə "Alifim" də çıxış edib.
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Flint
Çaxmaqdaşı - silisium oksidinin kristallik və amorf növlərinin aqreqatıdır. Xalsedon-kvars, kvars, xalsedon və opal-xalsedon çaxmaq daşları ayrılır. Çox vaxt karbonat qatışığı olur. Sınması qabıqvari. Rəngi sarımtıl-bozdan qarayadək. Sərtliyi 7. Çaxmaqdaşı süxurlarda, adətən, əhəngdaşlarında jelvak və konkresiyalar, bəzən linza və təbəqəciklər əmələ gətirir. == Çaxmaqdaşı konkresiyaları == Çaxmaqdaşı konkresiyaları hər hansı bir silisium oksidi mineralının (adətən, kvars və ya xalsedon) əmələ gətirdiyi və içərisində ətraf süxurların, habelə üzvi maddələrin, dəmir oksidləri, kalsit, dolomit və başqa möhtəviləri olan konkresiya və konkresion linzalarıdır. Çox vaxt erkən diagenezdə, bəzən diagenezin son mərhələsində, nadir hallarda sedimentasion mərhələdə əmələ gəlirlər. Adətən, müəyyən stratiqrafik horizonta uyğun gəlir və korrelyativ əlamət kimi istifadə edilir.
Flirt
Flirt və ya eşqbazlıq — vədlər səviyyəsini çox yüksəltməyib, cinsi əlaqələrin bəzi ehtimalını və ya gözləntilərini göstərən bir görüşmə forması. Mövcud münasibətləri, həm də münasibətlərin başlanmasına hazırlığ simvolu kimi qeyd oluna bilər.
Qlint
Qlint-(rus. глинт, ing. glint)(dan. klint –uçurum, sıldırım) struktur plato boyu denudasiya nəticəsində yaranmış uçurum. Mis: Baltik-Ladoqa əhəngdaşı qlinti. Baltika dənizinin sahilindən Ladoqa gölünün cənub sahilinə qədər uzanır. Şimali Amerikada Kanada kristallik sipərini haşiyələyən qlint.
Slint
Slint Brian McMahan(gitara və vokal) David Pajo(gitara) Britt Walford(baraban və vokal) Todd Brashear(Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
Fiat
Fiat S. p. A. (Fiat Qrupu olaraq da tanınır) avtomobil istehsalçısı, maliyə və sənaye qrupu. 1899-cu ildə Giovanni Agnelli Tərəfindən Torinoda qurulmuşdur. Adını "Fabbrica İtaliana Automobili Torino" sözlərinin baş hərflərindən götürmüşdür.
Flia
Flia və ya Fli yada Fliya alban və, həmçinin Kosovo mətbəxinin yeməyi. Yemək qatlarda qızardılmış xəmir ilə süd məhsulların paştetə bənzər kombinasiyasından ibarətdir. Adətən naharda salatla və ya turşudulmuş tərəvəzlə yeyilir. Flianı ənənəvi olaraq ölkənin dağlıq rayonlarında bişirilər. == Bişirilməsi == Flia üçün xəmir un və sudan və ya süddən hazırlanır. İçi qaymaqla doldurulur, lakin bəzən qaymağın digər növlərini və ya qoyun pendiri, xama və qatıq kimi süd məhsulları istifadə olunur, nadir hallarda yumurta da əlavə olunur. Fliya qat qat hazırlanır. Xəmiri yumuru yağlanmış sacın üstünə kiçik şırnaqlarla tökülər. "Xəmirin şüaları" arasında kiçik boş yerlər qalır, onların içi qaşığla doldurulur. Sonra yemək bir neçə dəqiqə ərzində sobada (250 °C ilə) bişirilir (yuxarı qat qəhvəyi rəng almayana qədər), daha sonra sözügedən prosedur yenidən təkrarlanır.
Lift
Lift (ing. lift — qaldırmaq) — ya da asansor şaquli yerdəyişmələr üçün istifadə olunan nəqliyyat vasitəsi. == Etimologiya == Lift sözü fransızca "ascenseur" sözündən götürülmüşdür. Ascenseur mexaniki yüksəliş cihazı deməkdir. Bu sözü ilk işlədən şəxsin 1867-ci ildə Léon Edoux olduğu bildirilir.. 19-cu əsrdə bəzi mədən və fabriklərdə kömür və lazımi materialların daşınması üçün yük liftlərindən istifadə olunurdu. İnsanların təhlükəsizliyinə təhlükə yaratmayan ilk liftlər 19-cu əsrin ortalarında tikilmişdir. Bu dövrə qədər şəhərlərdəki binalar insanların pilləkənlərlə qalxa biləcəyi hündürlükdə, ən çoxu beş-altı mərtəbədə tikilirdi. Bu təhlükəsiz liftlər buxarla işləyirdi. Bu liftlərdə buxar mühərriki tambur fırlanırdı və liftin kabinəsini çəkən kəndir, makaralı balıqçı çubuqlarında olduğu kimi bu barabana sarılırdı.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyacından yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı harç sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Vita
Vita Tbilisi BK — Tbilisidə Basketbol klubu.
VIAF
VIAF (ing. Virtual International Authority File) beynəlxalq səlahiyyət faylıdır. Bu, bir neçə milli kitabxananın birgə layihəsidir və Onlayn Kompüter Kitabxana Mərkəzi (OCLC) tərəfindən idarə olunur. == Tarix == 1990-cı illərin sonlarında ümumi beynəlxalq səlahiyyətə malik olmaq haqqında müzakirələr başladı. Unikal ümumi səlahiyyət faylı yaratmaq üçün bir sıra uğursuz cəhdlərdən sonra yeni ideya mövcud milli orqanları əlaqələndirmək idi. Bu, prosesdə böyük vaxt və xərc tələb etmədən ümumi bir faylın bütün üstünlüklərini təqdim edəcəkdir.VIAF konsepsiyası 2003-cü ildə Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının ev sahibliyi etdiyi Dünya Kitabxana və İnformasiya Konqresində təqdim edilmişdir. Layihə ABŞ Konqres Kitabxanası (LC), Almaniya Milli Kitabxanası (DNB) və OCLC tərəfindən 6 avqust 2003-cü ildə başlamışdır. Fransa Milli Kitabxanası (BnF) layihəyə 5 oktyabr 2007-ci ildə qoşulmuşdur. == VIAF klasterləri == VIAF-ın klasterləşdirmə alqoritmi hər ay işlədilir. İştirakçı kitabxanalardan daha çox məlumat əlavə olunduqca, səlahiyyətli qeydlər qrupları birləşə və ya bölünə bilər ki, bu da müəyyən səlahiyyətli qeydlərin VIAF identifikatorunda müəyyən dəyişkənliyə səbəb ola bilər.
Alia2 Foundation
Alia2 Foundation — Məqsədi uşaqların qaçırılması və onlara təcavüz edilməsinin qarşısını almaq üçün internet üzərindən uşaqların istismar edilməsini dayandırmaq olan İspaniya qeyri-kommersiya təşkilatı. Alia2 valideynlərə və uşaqlara yeni texnologiyalardan məsuliyyətli şəkildə necə istifadə edildilməli olduğunu öyrətməklə bu təhlükəyə qarşı mübarizə aparmaq üçün digər ictimai qurumlar ilə birlikdə çalışır.
Asiat Naniyeva
Asiat Naniyeva (18 yanvar 1940, Sir[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Cənubi Osetiya uşaq yazıçısı, publisist və tərcüməçi. Osetiya Yazıçılar Birliyinin və Cənubi Osetiya Yazıçılar Birliyinin üzvü. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. Nafi Cusoyti adına ədəbi mükafat laureatı (Cənubi Osetiya). == Bioqrafiyası == O, 1940-cı ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sir kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirir, sonra Leninqorski rayonunun Zakkor kəndində orta məktəbdə oxuyur. Məktəbin ədəbi dərnəyinin fəaliyyətində iştirak etmişdir. Məktəbli ikən ilk jurnalist yazılarını "Molodoy Stalinets" qəzetində dərc etdirir. Orta təhsilini 1958-ci ildə bitirmişdir. Cəbhəçi atasının ölümündən sonra o, anasına ev işlərində kömək edir.
Beverli Alitt
Beverli Alitt (ing. Beverly Gail Allitt ; doğ. 4 oktyabr 1968) — dörd uşağı öldürmək, digər üç uşağı öldürməyə cəhd etməkdə və daha altı nəfərə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan ingilis seriyalı uşaq qatili. == Həyatı == 1991-ci ildə 23 yaşlı Beverli Alitt pediatriya şöbəsində tibb bacısı kimi çalışmağa başlayır. İki ay ərzində o, dörd uşağı qətlə yetirir və daha doqquz körpəni öldürməyə cəhd edir, lakin xoşbəxtlikdən onlar sağ qalmağa müvəffəq olurlar. Erkən yaşlarında Beverlidə "Münhauzen sindromu" müşahidə edilirdi. Bu psixi pozğunluğun əsas göstəricisi xəstənin süni yolla ətrafı özünə diqqət göstərməyə təşviq etməkdir. Ən nəhayətdə Alitt 1993-cü ildə mühakimə olunur və ömürlük həbs cəzası alır. Lakin B. Alitt son ana qədər öz günahını boynuna almır.
Corc Eliot
Corc Eliot (22 noyabr 1819[…] – 22 dekabr 1880[…], London) — təxəllüslə yazan 'Meri Enn' ya da 'Marian Evans' Viktoriya dövrünün ən məşhur ingilis yazıçılarındandır. == Həyatı == Corc Eliot həyatının ilk 21 ilini İngiltərənin Uoruikşayr bölgəsindəki bir kənddə keçirmişdir. Bu illərdə insanları və ətrafı yaxından tanıma imkanı olmuşdur. Anasının ölümündən sonra böyük bir malikanənin anbardarı olan atası ilə qalmalı olduğundan məktəbdən çıxmalı olmuşdur. Din, əxlaq və siyasət mövzusunda qatı bir görüşü olmayan, azad düşüncəli mühitə düşməsi onun qarşısına yeni qapılar açdı. 1849-cu ildə atasının ölümündən sonra İsveçrəyə getmiş, daha sonra Londona köçərək Vestminster Revyu jurnalında işlməyə başlamışdır. Geniş fikirli bir qadın olan Eliot, o dövrün öndə gələn yazıçıları ilə tanış olmuşdur. Bunlar arasında məşhur journalist Corc Henri Lyus ilə olan dostluğu həyatına böyük məna qatmışdır. Lyus onu roman yazmağa həvəsləndirir və münasibətləri Lyus ölənədək təxminən 25 il xoşbəxtlik içində davam etmişdir. == Yaradıcılığı == Ədəbiyyat həyatına tənqidçi və tərcüməçi olaraq başlamışdır.
Elias Kanetti
Elias Kanetti (ing. Elias Canetti; 25 iyul 1905[…], Ruse – 14 avqust 1994[…], Sürix) — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı, dramaturqu, kulturoloqu, sosial mütəffəkiri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yəhudi əsilli alman yazıçısı və dramaturq Elias Kanetti 1492-ci ildə İspaniyadan köç edən Sefard yəhudilərinin nəslindən idi. Keçmiş Osmanlı imperatorluğu ərazisində – indiki Bolqarıstanın Ruşuk şəhərində, zəngin tacir ailəsində doğulmuşdur. Maraqlıdır ki, 1952-ci ildə Böyük Britaniya vətəndaşlığını qəbul edənə qədər özünü Osmanlı təbəəsi saymışdı. Əsərlərini alman dilində yazmışdır. Əslində ailələrinin məişət dili ladino sayılırdı. Bu ispan dilinin Sefard yəhudiləri arasında təhrifə uğramış dialektlərindən biri idi. Lakin Elias Kanettinin ata-anası Vyanada təhsil aldıqlarından yalnız alman dilində danışırdılar və uşaqlarına da ana dili kimi, ilk növbədə almancanı öyrətmişdilər. Doğrudur, Elias Kanetti təhsil həyatına Britaniya məktəbində başlamışdı.
Elias Kozas
Elias Kozas (Ηλίας Κόζας) - Yunanıstan müğənnisi.
Elias Mastokanqas
Elias Mastokanqas (1 fevral 2001-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === İnter Turku === Kantola İnter Turku akademiyası vasitəsilə inkişaf etmişdir. Mastokanqas öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Kemi klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Makumba Kancini ilə əvəz olunmuşdur. Həmin görüşdə İnter Turku kubok görüşündə rəqibinə 5-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 9 yanvar 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Eliot Vassamillet
Eliot Vassamillet (d. 29 dekabr 2000, Mons, Belçika) və ya sadəcə Eliot — Belçikalı müğənni. O, "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Eliotun Avroviziya səhnəsində ifa etdiyi mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil etmiş Blanşın ifa etdiyi "City Lights" mahnısının bəstəkarı Pyerr Dumulin tərəfindən bəstələnmişdir. == Həyatı == Eliot Vassamillet 29 dekabr 2000-ci ildə Belçikanın Mons şəhərində anadan olmuşdur. Eliot 17 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir. == Musiqi karyerası == === 2018: The Voice Belgique === 2018-ci ilin yanvar ayında Eliot Belçikanın The Voice səs yarışmasının yeddinci mövsümündə dinləmələrdə iştirak etmişdir. İlkin dinləmədə Kodaline qrupunun "High Hopes" mahnısını ifa edən gənc Eliot Sliman Nebşinin komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır. Yarışmanın iştirakını uğurla davam edən Eliot on birinci hissədə münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır. === 2019: Avroviziya Mahnı Müsabiqəsi === 2019-cu ilin yanvar ayında Belçikanın RTBF telekanalı Eliotun Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.
Elita (dəqiqləşdirmə)
Elita — cəmiyyətin yüksək ixtisaslı şəxsləri. Elita (şərab) — Azərbaycan şərabı. Elita (qəzet) — 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet.