Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volkov
Volkov — Ruslarda daha çox işlədilən soyad. Nikolay Volkov (böyük) — aktyor (1900-1985) Nikolay Volkov (kiçik) — aktyor (1934-2003) Vladimir Volkov — Aktyor Oleq Volkov — Rusiya publisisti.
Volks
Volks (fr. Volx, oks. Vòus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04245. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2887 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1815 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1283 nəfər iqtisadi cəhətdən fəal, 532 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 70.7%, 1999-cu ildə 69.6%). Fəal olan 1283 nəfərdən 1116 nəfər (632 kişi və 535 qadın), 116 nəfər işsiz (50 kişi və 66 qadın) idi.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. == Mifologiyası == Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu.V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir. O buynuzlu və dırnaqlıdır, daşda ağacda, heyvanda və s-də öz təcəssümünü tapa bilir.
Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Volsk
Volsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Volvo
Volvo dünyanın qabaqcıl TİR, avtobus, avtomobil, iş maşını, dəniz mühərriki və sənaye mühərriklər istehsalı edən firmasıdır. Bunun xaricində Volvo Group olaraq təyyarə sənayesindən maliyyə sektoruna qədər geniş sahədə fəaliyyət göstərən holdinqdir. 1927-ci ildə Yaponiya Göteborgda SKF markasının istehsalçı olaraq quruldu. Volvo Groupa bağlı minik avtomobil istehsalçısı Volvo Cars şirkəti, 1999-dan bəri Ford Motor Company-yə bağlı olaraq fəaliyyət göstərir. Dəniz mühərrikləri istehsal edən hissə isə Volvo Penta olaraq adlandırılmaqdadır. Bunun xaricində Mack tırları da Volvo Groupa bağlıdır. Volvo bir isveç markasıdır. Almanların Audisi, Mercedesi, BMWsi qədər güclü bir markadır. Dünyada təhlükəsizlik baxımından ən qiymətli avtomobillərin arasındadır.
VoLTE
Voice over LTE (VoLTE)— mobil telefonlar və məlumat terminallarından istifadə edərək səsli zənglər üçün yüksək sürətli simsiz rabitə LTE standartı. VoLTE köhnə 3G UMTS-dən üç dəfəyə qədər və 2G GSM-dən altı dəfəyə qədər daha çox səs və məlumat tutumuna malikdir. VoLTE-nin paket başlıqları optimallaşdırılmamış VoIP/LTE-dən daha kiçik olduğu üçün daha az buraxılış zolağı enindən istifadə edir. VoLTE zəngləri adətən digər zənglər kimi eyni tariflə ödənilir. VoLTE zəngi edə bilmək üçün cihaz, onun bərkidilmiş proqramı (ing. firmware) və hər iki ucdakı mobil telefon provayderləri, eləcə də operatorlararası əlaqə bütün bu sahədə xidməti həyata keçirməli və birlikdə işləməyi bacarmalıdır. VoLTE bəzi operatorlar tərəfindən "HD Voice" kimi satışa çıxarılıb, lakin bu daha geniş anlayışdır. Bundan əlavə, HD+ (EVS) yalnız LTE-də istifadə olunur. HD Voice 3G-də də mövcud idi. == İcmal == VoLTE IP Multimedia Subsystem (IMS) memarlıq platformasına əsaslanır, nəzarət və media müstəviləri üçün xüsusi profillərə malikdir.
Volt
1 Volt iki nöqtə arasındakı elə potensiallar fərqidir ki, bu nöqtələrin birindən digərinə 1 Kulon yük verilən zaman görülən iş 1 Coul olsun. Sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi elektrometrlə, elektrik dövrəsinin iki nöqtəsi arasindakı gərginlik düşgüsü voltmetrlə ölçülür. Elektrik gərginliyi və ya sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi, q yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamani sahə qüvvələrinin gördüyü işin bu yükün miqdarına olan nisbətinə deyilir U=A/q.
Adrian Volkov
Adrian Markoviç Volkov (rus. Адриан Маркович Во́лков; 1829 və ya 19 (31) avqust 1827 – 1873 və ya 1 (13) fevral 1873, Sankt-Peterburq) — Rusiya janr rəssamı. == Həyatı == Adrian Volkov. A.S.Puşkinin son atəşi 1841-1861-ci illərdə Volkov Rəssamlıq Akademiyasında oxudu. 1855-ci ilə qədər Adrian professor Fyodor Bruninin yanında tarixi rəsm dərslərinə yiyələnirdi, daha sonra "xalq səhnələrinin boyanması" sinfinə keçdi. 1852-ci ildə Kiçik Gümüş Medal, 1853-cü ildə Böyük Gümüş Medal qazandı. 1855 və 1857-ci illərdə kiçik gümüş medallar aldı. 1858-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" rəsminə görə Akademiyanın Kiçik Qızıl Medalı ilə mükafatlandırıldı. 1860-cı ildə "Dayandırılmış nişan" rəsm əsərinə görə Qızıl Medalla təltif edildi. 1861-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" əsərin görə sinif rəssamı adını aldı.
Alessandro Volta
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası – 5 mart 1827[…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır.
Anton Volks
Anton Çarles Volks (8 fevral 1997, London – 19 yanvar 2023, Mayami, Florida) — Tottenhem Hotspur klubuna məxsus, icarə əsasında Portsmut klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == Volks Tottenhem Hotspur akademiyası vasitəsilə inkişaf etmişdir. O, əsas komanda ilə debütünü 21 sentyabr 2016-cı ildə İngiltərə Liqa Kubokunda Gillingem klubuna qarşı oyunda etmişdir. 26 yanvar 2017-ci ildə Volks MLS təmsilçilərindən olan Atlanta Yunayted klubuna icarəyə verilmişdir. İcarə haqqları mediyaya açıqlanmamışdır.O, 2018-ci ilin yanvar ayında Portsmut klubuna icarəyə verilmişdir. == Karyera statistikası == 4 iyul 2017 tarixində yenilənib.
Fridrix Völer
Fridrix Völer (almanca Friedrich Wöhler; 31 iyul 1800-cü il Eşersxeym — 23 sentyabr 1882-ci il, Hettingen) — alman kimyaçısı, təhsilcə həkimdir . Kimyanı L.Gmelindən Heydelbergdə və Y.Berseliusdan Stokgolmda öyrəndi. 1831-ci ildən Kasseldə texniki məktəbin professoru idi, 1836-cu ildən ömrünün axırına qədər Hettingendə professor idi. 1853-cü ildən Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü idi. 1824-cu ildə turşəng turşusunu kəşf etmişdir. == Sidik cövhərinin sintezi == 1824 ildə NH4CNO almaq istəyəndə, Völer ağ şəffaf kristallik maddə almışdır, hansı ki ammonium və sian turşuna qarşı heç bir reaksiya vermirdi. 1828 o qeyd etdi di bu maddə tərkib və xassəsinə görə sidik covhərilə oxşardır. Belə ki Völer ən birinci insan idi ki hansı ki qeyri-üzvi maddədən üzvi maddə sintez etmişdir, və bununla vitalistik elminin yayılmasına qədəm qoymuşdur. Ancaq sidik cövhərini sintezi yeganə faktor idi hansı ki həyat qüvvəsinə qədəm qoya bilmədi. Canlı qüvvənin kimyada yox olması ancaq 1860 ildə baş verdi, hansı ki fransız kimyaçısı P.E.M.Bertlonun sintezlərinin hesabına baş verdi.
Narodnaya volya
Narodnaya volya (rus. Народная воля; azərb. Xalqın iradəsi‎) — Rusiyada inqilabi xalqçı təşkilatı. 1879-cu ildə "Zemlya i volya"nın parçalanmasından sonra yaranmışdı. Təşkilata İcraiyyə komitəsi (A.D.Mixaylov, A.İ.Jelyabov, S.K.Perovskaya, V.N.Fiqner və b.) başçılıq edirdi. 1879-1885-ci illərdə təşkilat eyniadlı qəzet buraxmışdır. Xalqçı utopik sosializmi mövqeyində qalan narodovolçular siyasi mübarizə yolu ilə mütləqiyyəti devirməyi ən mühüm vəzifə sayırdılar. Lakin onlar bu mübarizəni sosializmlə əlaqələndirə bilməmişdilər. "Narodnaya volya"nın proqramında ümumi seçki hüququ, demokratik azadlıqlar, torpağın xalqa paylanması, əzilən xalqlara öz müqəddəratını təyin etmək hüququ verilməsi və s. tələblər var idi.
Oleq Volkov
Oleq Vasilyeviç Volkov (21 yanvar (2 fevral) 1900, Sankt-Peterburq – 10 fevral 1996, Moskva) — Rusiya publisisti. == Həyatı == Oleq Vasilyeviç Volkov 21 yanvar 1900-cu ildə Sankt-Peterburqda dvoryan ailəsində doğulmuşdu. V.Nabokovla birlikdə Tenişev məktəbini bitirmiş, Moskvada Nansenin diplomatik missiyasında, Aclara kömək komitəsində tərcüməçi işləmişdir. Vətəndaş müharibəsində ağlar tərəfdən vuruşduğuna görə 1928-ci ildə həbs olunmuş, 27 il həbs və sürgün həyatı keçirmiş, 1955-ci ildə bəraət almışdır. İngilis və fransız dillərini gözəl bilən Volkov həmin dillərdən rus dilinə, rus dilindən fransız dilinə tərcümələr etmişdir. “O dolu düşməliydi…” (1974), “Cığırın sonunda” (1977), “Kudeyarın xəzinəsi” (1963), “Orada hər bir daş canlıdır” (1985), “Belə olmaz, qadağandır” (1976), “Hamı cavabdehdir” (1989) və s. kitabların müəllifidir. Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülmüş yazıçı 1996-cı ildə Moskvada vəfat edib. O.Volkov “Zülmətə eniş” (və ya “Zülmətə enərkən”) xatirə-romanında Azərbaycan milli mübarizləri mövzusunu hələ 1928-ci ildən, Butırka həbsxanasında onlarla tanış olduğu vaxtdan diqqətdə saxlamış, bir sıra müsavatçılarla dost olmuşdur. O, xalqımızın davranışına, özünü ləyaqətlə aparmasına, azərbaycanlıların həmrəyliyinə və birliyinə, bir-birinə münasibətlərinə yüksək qiymət vermişdir.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Sokolkskaya volos
Sokolkskaya volos-(latış. Sokolku pagasts‎) -Vilyansk əyalətinin 3 hissəsidir. Strupli kəndinin mərkəzində yerləşir. == Coğrafiyası == Əyalətin cənub-şərqində yerləşir. Şərqdə Sakstaqal Rezeknensk əyalətinin, cənubda Silmalsk Rezeknensk əyaləti, qərbdə və şimalda isə Vilyansk ilə Vilyansk əyalətinin şəhəri ilə sərhədlənir. == Əhali == 2011 ci ildə əhali 745 nəfər olmuşdur. 70,60%-ni ruslar, 27,25%-i isə latışlardan ibarətdir.
Vilho Lampi
Vilho Henrik Lampi (d. 19 iyul 1898, Oulu – ö. 17 mart 1936, Oulu) – Finlandiya rəssamı. Avtoportretləri, eləcə də, Liminka və onun əhalisi haqqında çəkdiyi tablolarına görə tanınır. == Həyatı == Lampi Oulu şəhərində anadan olmuş, lakin həyatının böyük hissəsini Liminkada keçirmişdir. 1921-1925-ci illərdə Helsinki Təsviri İncəsənət Akademiyasında təhsil almışdır. Təhsilini başa çatdırdıqdan sonra Liminkaya qayıtmış, ən məşhur əsərlərini burada yaratmışdır. Lampi 17 mart 1936-cı ildə Ouluyoki çayı üzərindəki körpüdən özünü ataraq intihar etmişdir. == Ədəbiyyat == Unto Immonen: Vilho Lampi, lakeuden melankoolikko in Suomen taiteen vuosikirja 1956–1957, Porvoo, 1957. (fin.) Paavo Rintala: Jumala on kauneus, (Vilho Lampi haqqında roman) Otava, 1959.
Vilyam Volos
Vilyam Volles (ing. Sir William Wallace; 3 aprel 1270 – 23 avqust 1305) — kral I Edvarın dövründə İngiltərəyə qarşı aparılan mübarizədə xalqa öndərlik edən şotland cəngavər. Şotlandiyanın ən böyük milli qəhrəmanlarından biri olan Vilyam Volles ölkənin ingilis asılılığından xilas olması üçün aparılan mübarizənin ilk illərində Şotland müqavimət qüvvələrinə rəhbərlik etmişdi. Tarixçilər Vilyam Vollesi soylu nəsildən gələn Robert Bryus kimi zadəganlara zidd şəxsiyyətlərdən biri hesab edirlər. Bəzi tarixçilər Vilyam Vollesin 1270-ci ildə anadan olduğunu iddia edir. XVI əsrə aid olan Vilyam Vollesin tarixi və şotland hadisələri (ing. History of William Wallace and Scottish Affairs) kitabında isə 1276-cı ildə anadan olduğu yazılmışdır. Dəqiq sübutlar olmadığı üçün Vilyam Vollesin doğum yeri və tarixi mübahisəlidir. Tarixi mənbələrə görə onun doğum yeri Renfevşirdəki Peysli yaxınlığındakı Eldirslidir. Buna baxmayaraq bəzi bioqraflar Vilyam Vollesin doğum yerinin Eyrşirdəki Kilmernok yaxınlığında olduğunu qeyd etmişlər.Bundan əlavə Vilyam Vollesin ilk hadisələri Eyrşirdə cərəyan edir.
Volin qırğını
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. == Hadisələrin inkişafı == Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Volkov (Avurğazı)
Volkov (başq. Волков, rus. Волково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tukay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (88%) üstünlük təşkil edir.
Volna adası
Volna adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsindən 50 km məsafədə yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. == Təsviri == Volna adası şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 300 m, eni isə 200 metr təşkil edir. Adada yüksəklik yoxdur.
Volpi Kuboku
Volpi kuboku (it. Coppa Volpi) - Venesiya Kino Festivalında 1934-cü ildən etibarən "Ən yaxşı aktyor" və "Ən yaxşı aktrisalar" kateqoriyaları üzrə təqdim edilən film mükafatıdır. Mükafatın adı italyan biznesmeni və Misuratanın ilk qubernatoru Cüzeppe Volpidən (1877-1947) götürülmüşdür.
Volqa deltası
Volqa deltası — Avropanın ən böyük çay deltası, dünyada isə 8-ci yeri tutur. Delta mənsəbdə Volqa çayının ən böyük qolu olan Buzan çayından başlayır. Deltada Volqanın 500 irili-xırdalı qolu vardır. Əsas qolları — Buzan, Bəxdəmir, Kazımyak, Köhnə Volqa, Bolda, Axtuba, Kiqaç (Axtuba və Baxdəmir gəmişilik üçün yararlıdır. Xəzər dənizinin səviyyəsinin 130 il ərzində azalması səbəbindən deltanın sahəsi 9 dəfə artmışdır. Delta unikal flora və faunaya mənsubdur. Bu səbəbdən 1919-cu ildə burada Həştərxan qoruğu yaradılmışdır (Hətta ümumdünya irsi siyahısına daxildir). == Volqa deltanında əsas qollar == Deltada qolların sayı relyefdən və axından asılı olaraq dəyişir. Qollar əsasən yuxarı və aşağı hissələrdə üstünlük təşkil edir. Kiçik qollar əsasən deltanın dəniz sahillərinə yaxın hissədə çoxalır.
Volqa pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Volqa siyənəyi
Volqa siyənəyi (lat.Alosa kessleri volgensis ) — siyənəkkimilər fəsiləsinin növüdür. == Yayılması == Xəzərin hər yerində rast gəlinir. Qışı Cənubi Xəzərdə (Azərbaycan sularında) keçirir, yaz gəldikdə hər iki sahil boyu şimala doğru miqrasiya edir, başlıca olaraq Volqa çayına, az miqdarda isə Ural çayına girir. == Morfoloji əlamətləri == D III - IV 13 - 15 (14), ümumi sayı 17 - 19 (18), A III 16 – 20 (17.8), ümumi sayı 19 - 23 (20.8), qəlsəmə dişciklərinin sayı 90 - 155 arasında dəyişir. Qəlsəmə dişcikləri nazik və uzun olur. Başı çox böyük və enlidir. Fəqərə sümüklərinin sayı 48 - 54 (51.9) olur. Yetkin fərdlərinin uzunluğu 19 - 39 sm, kütləsi 100 - 600 q arasında dəyişir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. == Yaşayış yeri və həyat tərzi == Keçici balıq olub Xəzərdə yaşayır, çoxalmaq üçün Volqa və Ural çaylarına girirlər.Qidasını xərçəngkimilər və balıqlar təşkil edir.