Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Volkov
Volkov — Ruslarda daha çox işlədilən soyad. Nikolay Volkov (böyük) — aktyor (1900–1985) Nikolay Volkov (kiçik) — aktyor (1934–2003) Vladimir Volkov — Aktyor Oleq Volkov — Rusiya publisisti.
Volks
Volks (fr. Volx, oks. Vòus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04245. 2008-ci ildə əhalinin sayı 2887 nəfər təşkil edirdi. 2007-ci ildə 1815 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1283 nəfər iqtisadi cəhətdən fəal, 532 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 70.7%, 1999-cu ildə 69.6%). Fəal olan 1283 nəfərdən 1116 nəfər (632 kişi və 535 qadın), 116 nəfər işsiz (50 kişi və 66 qadın) idi.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Volsk
Volsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Volvo
Volvo dünyanın qabaqcıl TİR, avtobus, avtomobil, iş maşını, dəniz mühərriki və sənaye mühərriklər istehsalı edən firmasıdır. Bunun xaricində Volvo Group olaraq təyyarə sənayesindən maliyyə sektoruna qədər geniş sahədə fəaliyyət göstərən holdinqdir. 1927-ci ildə Yaponiya Göteborgda SKF markasının istehsalçı olaraq quruldu. Volvo Groupa bağlı minik avtomobil istehsalçısı Volvo Cars şirkəti, 1999-dan bəri Ford Motor Company-yə bağlı olaraq fəaliyyət göstərir. Dəniz mühərrikləri istehsal edən hissə isə Volvo Penta olaraq adlandırılmaqdadır. Bunun xaricində Mack tırları da Volvo Groupa bağlıdır. Volvo bir isveç markasıdır. Almanların Audisi, Mercedesi, BMWsi qədər güclü bir markadır. Dünyada təhlükəsizlik baxımından ən qiymətli avtomobillərin arasındadır.
VoLTE
Voice over LTE (VoLTE)— mobil telefonlar və məlumat terminallarından istifadə edərək səsli zənglər üçün yüksək sürətli simsiz rabitə LTE standartı. VoLTE köhnə 3G UMTS-dən üç dəfəyə qədər və 2G GSM-dən altı dəfəyə qədər daha çox səs və məlumat tutumuna malikdir. VoLTE-nin paket başlıqları optimallaşdırılmamış VoIP/LTE-dən daha kiçik olduğu üçün daha az buraxılış zolağı enindən istifadə edir. VoLTE zəngləri adətən digər zənglər kimi eyni tariflə ödənilir. VoLTE zəngi edə bilmək üçün cihaz, onun bərkidilmiş proqramı (ing. firmware) və hər iki ucdakı mobil telefon provayderləri, eləcə də operatorlararası əlaqə bütün bu sahədə xidməti həyata keçirməli və birlikdə işləməyi bacarmalıdır. VoLTE bəzi operatorlar tərəfindən "HD Voice" kimi satışa çıxarılıb, lakin bu daha geniş anlayışdır. Bundan əlavə, HD+ (EVS) yalnız LTE-də istifadə olunur. HD Voice 3G-də də mövcud idi. VoLTE IP Multimedia Subsystem (IMS) memarlıq platformasına əsaslanır, nəzarət və media müstəviləri üçün xüsusi profillərə malikdir.
Volt
1 Volt iki nöqtə arasındakı elə potensiallar fərqidir ki, bu nöqtələrin birindən digərinə 1 Kulon yük verilən zaman görülən iş 1 Coul olsun. Sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi elektrometrlə, elektrik dövrəsinin iki nöqtəsi arasindakı gərginlik düşgüsü voltmetrlə ölçülür. Elektrik gərginliyi və ya sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi, q yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamani sahə qüvvələrinin gördüyü işin bu yükün miqdarına olan nisbətinə deyilir U=A/q.
Adrian Volkov
Adrian Markoviç Volkov (rus. Адриан Маркович Во́лков; 1829 və ya 19 (31) avqust 1827, Nijeqorod quberniyası[d] – 1873 və ya 1 (13) fevral 1873, Sankt-Peterburq) — Rusiya janr rəssamı. == Həyatı == Adrian Volkov. A.S.Puşkinin son atəşi 1841-1861-ci illərdə Volkov Rəssamlıq Akademiyasında oxudu. 1855-ci ilə qədər Adrian professor Fyodor Bruninin yanında tarixi rəsm dərslərinə yiyələnirdi, daha sonra "xalq səhnələrinin boyanması" sinfinə keçdi. 1852-ci ildə Kiçik Gümüş Medal, 1853-cü ildə Böyük Gümüş Medal qazandı. 1855 və 1857-ci illərdə kiçik gümüş medallar aldı. 1858-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" rəsminə görə Akademiyanın Kiçik Qızıl Medalı ilə mükafatlandırıldı. 1860-cı ildə "Dayandırılmış nişan" rəsm əsərinə görə Qızıl Medalla təltif edildi. 1861-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" əsərin görə sinif rəssamı adını aldı.
Alessandro Volta
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası – 5 mart 1827[…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır.
Anton Volks
Anton Çarles Volks (8 fevral 1997, London – 19 yanvar 2023, Mayami, Florida) — Tottenhem Hotspur klubuna məxsus, icarə əsasında Portsmut klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == Volks Tottenhem Hotspur akademiyası vasitəsilə inkişaf etmişdir. O, əsas komanda ilə debütünü 21 sentyabr 2016-cı ildə İngiltərə Liqa Kubokunda Gillingem klubuna qarşı oyunda etmişdir. 26 yanvar 2017-ci ildə Volks MLS təmsilçilərindən olan Atlanta Yunayted klubuna icarəyə verilmişdir. İcarə haqqları mediyaya açıqlanmamışdır. O, 2018-ci ilin yanvar ayında Portsmut klubuna icarəyə verilmişdir. == Karyera statistikası == 4 iyul 2017 tarixində yenilənib.
Fridrix Völer
Fridrix Völer (almanca Friedrich Wöhler; 31 iyul 1800-cü il Eşersxeym — 23 sentyabr 1882-ci il, Hettingen) — alman kimyaçısı, təhsilcə həkimdir . Kimyanı L.Gmelindən Heydelbergdə və Y.Berseliusdan Stokgolmda öyrəndi. 1831-ci ildən Kasseldə texniki məktəbin professoru idi, 1836-cu ildən ömrünün axırına qədər Hettingendə professor idi. 1853-cü ildən Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü idi. 1824-cu ildə turşəng turşusunu kəşf etmişdir. == Sidik cövhərinin sintezi == 1824 ildə NH4CNO almaq istəyəndə, Völer ağ şəffaf kristallik maddə almışdır, hansı ki ammonium və sian turşuna qarşı heç bir reaksiya vermirdi. 1828 o qeyd etdi di bu maddə tərkib və xassəsinə görə sidik covhərilə oxşardır. Belə ki Völer ən birinci insan idi ki hansı ki qeyri-üzvi maddədən üzvi maddə sintez etmişdir, və bununla vitalistik elminin yayılmasına qədəm qoymuşdur. Ancaq sidik cövhərini sintezi yeganə faktor idi hansı ki həyat qüvvəsinə qədəm qoya bilmədi. Canlı qüvvənin kimyada yox olması ancaq 1860 ildə baş verdi, hansı ki fransız kimyaçısı P.E.M.Bertlonun sintezlərinin hesabına baş verdi.
Narodnaya volya
Narodnaya volya (rus. Народная воля; azərb. Xalqın iradəsi‎) — Rusiyada inqilabi xalqçı təşkilatı. 1879-cu ildə "Zemlya i volya"nın parçalanmasından sonra yaranmışdı. Təşkilata İcraiyyə komitəsi (A.D.Mixaylov, A.İ.Jelyabov, S.K.Perovskaya, V.N.Fiqner və b.) başçılıq edirdi. 1879-1885-ci illərdə təşkilat eyniadlı qəzet buraxmışdır. Xalqçı utopik sosializmi mövqeyində qalan narodovolçular siyasi mübarizə yolu ilə mütləqiyyəti devirməyi ən mühüm vəzifə sayırdılar. Lakin onlar bu mübarizəni sosializmlə əlaqələndirə bilməmişdilər. "Narodnaya volya"nın proqramında ümumi seçki hüququ, demokratik azadlıqlar, torpağın xalqa paylanması, əzilən xalqlara öz müqəddəratını təyin etmək hüququ verilməsi və s. tələblər var idi.
Oleq Volkov
Oleq Vasilyeviç Volkov (8 (20) yanvar 1900, Sankt-Peterburq – 10 fevral 1996[…], Moskva) — Rusiya publisisti. Oleq Vasilyeviç Volkov 21 yanvar 1900-cu ildə Sankt-Peterburqda dvoryan ailəsində doğulmuşdu. V.Nabokovla birlikdə Tenişev məktəbini bitirmiş, Moskvada Nansenin diplomatik missiyasında, Aclara kömək komitəsində tərcüməçi işləmişdir. Vətəndaş müharibəsində ağlar tərəfdən vuruşduğuna görə 1928-ci ildə həbs olunmuş, 27 il həbs və sürgün həyatı keçirmiş, 1955-ci ildə bəraət almışdır. İngilis və fransız dillərini gözəl bilən Volkov həmin dillərdən rus dilinə, rus dilindən fransız dilinə tərcümələr etmişdir. “O dolu düşməliydi…” (1974), “Cığırın sonunda” (1977), “Kudeyarın xəzinəsi” (1963), “Orada hər bir daş canlıdır” (1985), “Belə olmaz, qadağandır” (1976), “Hamı cavabdehdir” (1989) və s. kitabların müəllifidir. Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülmüş yazıçı 1996-cı ildə Moskvada vəfat edib. O.Volkov “Zülmətə eniş” (və ya “Zülmətə enərkən”) xatirə-romanında Azərbaycan milli mübarizləri mövzusunu hələ 1928-ci ildən, Butırka həbsxanasında onlarla tanış olduğu vaxtdan diqqətdə saxlamış, bir sıra müsavatçılarla dost olmuşdur. O, xalqımızın davranışına, özünü ləyaqətlə aparmasına, azərbaycanlıların həmrəyliyinə və birliyinə, bir-birinə münasibətlərinə yüksək qiymət vermişdir.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Sokolkskaya volos
Sokolkskaya volos-(latış. Sokolku pagasts‎) -Vilyansk əyalətinin 3 hissəsidir. Strupli kəndinin mərkəzində yerləşir. Əyalətin cənub-şərqində yerləşir. Şərqdə Sakstaqal Rezeknensk əyalətinin, cənubda Silmalsk Rezeknensk əyaləti, qərbdə və şimalda isə Vilyansk ilə Vilyansk əyalətinin şəhəri ilə sərhədlənir. 2011 ci ildə əhali 745 nəfər olmuşdur. 70,60%-ni ruslar, 27,25%-i isə latışlardan ibarətdir.
İvan Kolev
İvan Kolev (futbolçu)
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Volvo 200
Volvo 200 və ya 240 və 260 Seriyası — İsveçin Volvo Cars şirkəti tərəfindən 1974-cü ildən 1993-cü ilə qədər istehsal olunub. Hazırlandığı Volvo 140 Series (1966–1974) kimi, Jan Wilsgaard tərəfindən dizayn edilmişdir. Bu seriya Volvo 700 seriyasının istehsalı ilə üst-üstə düşür (1982–1992).
Silviya Volbi
Silviya Tereza Volbi (ing. Sylvia Theresa Walby; 16 oktyabr 1953) — Britaniya sosioloqu. O, sosiologiya üzrə professor, London Şəhər Universitetində Zorakılıq və Cəmiyyət Mərkəzinin direktorudur. Volbi sosiologiya sahəsində fərqləndiyinə görə Belfast Kraliça Universitetinin fəxri doktoru dərəcəsinə malikdir. O, məişət zorakılığı, patriarxat, iş yerində gender münasibətləri və qloballaşma sahələrində fəaliyyəti ilə seçilir. Volbi Gender Bərabərliyi Araşdırmalar Şəbəkəsinin (GENIe) koordinatorudur. Qurumun məqsədi tədqiqat yolu ilə gender bərabərsizliyini anlamaq və azaltmaq üçün bilik bazasını inkişaf etdirməkdir. Volbi YUNESKO-nun gender araşdırmaları üzrə ilk sədridir və YUNESKO-nun Gender Araşdırmaları Qrupunda əlaqəli sədrini əlaqələndirir. O, 2008-ci ildə bu vəzifəyə təyin edilmişdir. Walby, Sylvia; Lancaster Regionalism Group.
Volxov (şəhər)
Volxov (rus. Волхов) — Rusiyada şəhər. Leninqrad vilayətinin Volxov rayonun inzibati mərkəzi.
Volın filarmoniyası
Volın filarmoniyası (ukr. Волинська обласна філармонія ) — Lutsk dövlət konsert təşkilatı, Volya prospekti, 46-da yerləşir. 1939-cu ildə yaradılmış Volın Mahnı və Rəqs Ansamblı Filarmoniyada yaradılmışdır. 1941-ci ildə Alman-Sovet müharibəsinin başlaması ilə qrup SSRİ-nin dərinliklərinə təxliyə edildi, burada konsert fəaliyyəti əsasən hərbi xəstəxanalarda cəmləşdi. 1945-ci ildə ansambl Volına qayıtdı və 1969-cu ildə dağılana qədər mövcud oldu. Filarmoniyanın konsert həyatı yaradıcı kollektivlərin, ayrı-ayrı ifaçıların qastrol səfərləri və Filarmoniyanın ədəbi-musiqili lektoriyaları sayəsində mövcud olmuşdur, onların tematik proqramları rayonun şəhər və kəndlərinin əhalisinin müxtəlif təbəqələrinin bədii zövqünün maarifləndirilməsinə xidmət etmişdir. Filarmoniya 1960-cı illərdə tikilib. Əvvəlcə avtovağzal yerləşirdi. Volın filarmoniyası 9 yaradıcı qrupdan ibarətdir, o cümlədən: Dövlət Akademik Volın xalq xoru "Kantabile" kamera orkestri "Akord" vokal kvarteti "Svityaz" ansamblının solisti-vokalisti, Ukraynanın xalq artisti, Taras Şevçenko adına Milli Mükafat laureatı Vasili Zinkeviç 4 ədəbi-musiqi mühazirəsi, o cümlədən Ukraynanın Xalq Artisti Vasili Çepelyuk və Ukraynanın Əməkdar Artisti Mixail Lazuka. Hər il Filarmoniyada "Stravinski və Ukrayna" festivalı keçirilir.
Volin (şəhər)
Volin Polşanın şimal - qərbində, Qərbi Pomeraniya tarixi bölgəsinin Baltik sahillərində Volin Adasının cənubunda yerləşən bir şəhərdir. Əhalisi 4842 nəfərdən (2018-ci ilə) ibarətdir. Ərazisi 14,41 km² əhatə edir. Şəhərin yaranma tarixi VIII - ci əsrdə Qərbi slavyanların Volin adasında məskunlaşması ilə yaranmışdır. 9-cu əsrdə Bavariya coğrafiyaçısı tərəfindən qeyd edilmişdir. Arxeoloji qazıntılara əsasən, IX əsrdə Volinin sahəsinin 50 hektar olduğunu iddia edirdilər. Şəhərdə kəhrəba böyük miqdarda emal olunurdu.
Volin şəhər
Volin Polşanın şimal - qərbində, Qərbi Pomeraniya tarixi bölgəsinin Baltik sahillərində Volin Adasının cənubunda yerləşən bir şəhərdir. Əhalisi 4842 nəfərdən (2018-ci ilə) ibarətdir. Ərazisi 14,41 km² əhatə edir. Şəhərin yaranma tarixi VIII - ci əsrdə Qərbi slavyanların Volin adasında məskunlaşması ilə yaranmışdır. 9-cu əsrdə Bavariya coğrafiyaçısı tərəfindən qeyd edilmişdir. Arxeoloji qazıntılara əsasən, IX əsrdə Volinin sahəsinin 50 hektar olduğunu iddia edirdilər. Şəhərdə kəhrəba böyük miqdarda emal olunurdu.
Volqa (rəqs)
Volqa rəqsi və ya Xoşbəxtlik rəqsi — Volqa çayı hövzəsində yaşayan xalqlar arasında məşhur olan ənənəvi rəqsdir. Bu rəqs, çoxəsrlik tarixə malikdir və regionun etnik və mədəni müxtəlifliyini əks etdirir. == Tarixi == Volqa rəqsi qədimdən bəri Volqa çayı hövzəsində yaşayan müxtəlif xalqların ənənəvi rəqslərinin birləşməsi kimi formalaşıb. Bu bölgədə rus, tatar, çuvaş, mari və mordvin xalqları tərəfindən öz mədəniyyətlərinə uyğunlaşdırılmışdır. Rəqs əsasən kənd yerlərində bayramlar, toylar və xüsusi dini bayramlarda ifa edilirdi. Tarix boyu bu rəqs regionun sosial və mədəni mərasimlərinin mühüm bir hissəsi olmuşdur. == Musiqi və instrumentlər == Volqa rəqsi ritmik və coşqun musiqi ilə müşayiət olunur. Əsas musiqi alətləri: Balalayka – Rusiya və digər region xalqları üçün xarakterik simli musiqi aləti. Harmoniya – Akordeona bənzəyən və Volqa bölgəsində geniş istifadə olunan alət. Qarmon – Xüsusilə tatar və başqırd xalqları tərəfindən istifadə olunur.