Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konstantin Fransua Volney
Konstantin Fransua Volney (3 fevral 1757[…] – 25 aprel 1820[…], Paris) —Fransa maarifçisi və şərqşünası. == Həyatı == Volney qrafı. Fransız filosof, tarixçi, şərqşünas və siyasətçi. Atasından qalan soyadı olan Boisgrais'i sonradan Voltaire və Ferneyi birləşdirərək yaratdığı Volney olaraq dəyişdirmişdir.
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir.Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö. 815) və Bağdadlı Cüneyd (ö.
Bolnis Kəpənəkçi
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Dolqiy adası
Dolqiy — uzunsov və ensiz ada Peçora dənizində, Barens dənizinin cənub-şərqində yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsi ərazisinə daxildir. 38 km uzunluğa, 4 km enə malikdir. Materikdən 12 km aralıda yerləşir. Relyefi düzəndir. Ərazisində tundra hakimdir. Yaxınlığında Matveev, Qoles və Bolşoy Zelenes adaları yerləşir. Ada Nenes Dövlət təbiət qoruğu ərazisinə daxildir. Burada Neneslərə aid müqəddəs məkanlar vardır.
Etel Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İrland yazıçısı. == Həyatı və fəaliyyəti == Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarıdır. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olmuş bu xanımın əsil-kökü çox məşhurdur. Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Buldur. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır. İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M.Voyniç dünyada məşhur olan "Voyniç əlyazması"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Daha sonra Sidney Reyli adlı şəxslə eşq macərası yaşayır. Sidney "Mahir casus" adı qazanmış məşhur xəfiyyə idi. Onunla birlikdə Etel siyasətə daha çox daxil olur.
Frensis Volley
Frensis Volley evi Amerika Birləşmiş Ştatları, Oak Park, İllinoys ştatının, Çikaqo şəhərciyində yerləşir. Ev 1893-cü ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir. Kraliça Anne stilindəki ev Raytın daha ucuz, daha əlverişli mənzil üçün ilk dizaynlarını əks etdirirdi. Evin dizaynı ncəsənət və sənətkarlıq hərəkatından çox təsirlənmişdi. Ev yerli və federal tarixi bölgəyə töhfə verən əmlak kimi siyahıya alınmışdır. == Tarixi == Memar Frank Lloyd Raytın tərtib etdiyi Frensis Volley evi ilk olaraq vəkil Fransis J. Volleyin adını almışdı. == Arxitekturası == Binanın dizaynı "Kraliça Anne əzəməti" adlandırılmışdır. Raytın digər əsərlərində olduğu kimi Volley evinin də dizaynı Prairie məktəbinin sonrakı nümunələri ilə müqayisədə daha ənənəvidir. Ev haqqında "The New York Times" qəzetinin 1996-cı ildəki məqaləsində "zamanın xalq memarlığı üçün dəbli damı olan iki mərtəbəli çərçivə ev" kimi fikir qeyd edilmişdir. Evin dizaynı Raytın müəllimi Jozef Silsbeni xatırladır və bu dizayn Raytın erkən, ucuz qiymətli yaşayış dizaynlarına xasdır.
Nauyoyi Vilniya
Nauyoyi Vilniya (pol. Nowa Wilejka) - şəhər Vilniya çayının sahilləri boyunca Litvanın paytaxtı Vilnusun şərq qonşuluğunda yerləşir. Şəhərin seniyuniya statusu var. 2011-ci ildəki siyahı almaya görə bələdiyyədə qeydiyyatda olan 31, 933 nəfər var. == Tarixi == Şəhərin tarixi 19-cu əsrə qədər uzansa da, tarixi əhəmiyyətliliyi özünü Birinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə özünü göstərib. Şəhər keçmişdən bəri dəryaz və mismar istehsalında ixtisaslaşıb. Belə ki, Birinci Dünya müharibəsindən əvvəl 3 milyondan çox dəryaz istehsal edilib. O dövrdə şəhər Dünyadakı ən böyük dəryaz və mismar istehsal edən fabrikə sahib idi.. 1941-ci ildəki İyun deportasiyası zamanı 30 000-dən çox köçkün Nauyoyi Vilniya dəmiryolu stansiyasından keçmişdi. == Abidələr == 1911-ci ildə Müqəddəs Kasimir kilsəsi tikilib.
Volley Berqamo
Volley Berqamo — İtaliyanın Berqamo şəhərini təmsil edən qadın voleybol komandasıdır. Komanda İtaliyada Seria A1-də mübarizə aparır. Komanda XXI əsrin ən nəhəng voleybol klubları arasında göstərilir. == Tarixi == Volley Berqamo 1991-ci ildə yaradılmışdır. Komanda 1993-cü ildən etibarən Seriya A1də mübarizə aparır. Komandanın ilk böyük uğurları 1996-97 sezonuna təsadüf edir. Belə ki, həmin il klub ölkə çempionatı, kuboku və superkuboku ilə yanaşı CEV Qadınlar Çempionlar Liqasını da qazanmışdır. Son illərdə bir qədər sakitləşən komandanın İtaliya çempionatlarında səkkiz çempionluğu vardır. Bununla yanaşı yeddi qat Avropa çempionlarıdır. Avropada Çempionlar Liqasında son dəfə 2010-cu ildə titula sahib çıxa bilmişdir komanda.
Volliç zirinci
Uolliç zirinci (lat. Berberis wallichiana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Növün adını danimarkalı botanik Nathaniel Wallich-in şərəfinə almışdır. İsti nəmli qumlu torpağa üstünlük verin. Ağır gil torpaqlarda yaxşı böyüyür. Bitkilər kifayət qədər çox budala bilər, onlar bazadan yaxşı böyüyürlər. == Botanika xarakteristikası == Dik, tikanlı, həmişəyaşıl kol, əsasdan güclü budaqlanmış; 200 sm hündürlüyə çata bilər. Yarpaqları 5–10 sm uzunluğunda elliptik və ya lanceolatdır. Çiçəklər bir fırçada 10–20 toplanır. Meyvələr qara, tək toxumludur.
Voynic əlyazması
Voyniç əlyazması - Məlum olmayan dildə və əlifbada yazılmış kitab. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450 - 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 sm-dir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi, 1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut etmişdir. Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biridə, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunmuşdur.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Bayan-Ölgiy
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Dolnı Kubin
Dolnı Kubin (slovak. Dolný Kubín, alm. Unterkubin‎, mac. Alsókubin) — Slovakiyanın şimalında şəhər. Orava çayının sahilində, Mala Fatra, Oravska Maqura və Xoçske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 19 min nəfərdir.
Vodnı adası
Vodnı adası — ada Rostov vilayəti ərazisində yerləşən Manıç-Qudila gölünün daxilində yerləşən ada. == Coğrafiyası == Ada aypara formasına malikdir. Ada 12 km uzunluğa və 4 km enə malikdir. Burada yaşayış yoxdur. Adada kiçik kərpiç tikili vardır. Bu tikilini Rostov qoruğunun əməkdaşları tərəfindən inşa edilmişdir. Adada ağaclara demək olar ki, rast gəlinmir. Ancaq ada boyunca at kəllə və sümüklərinə rast gəlinir. Ada 1948-ci ildə meydana gəlmişdir. 1936-ci ildə Kuban və Erolık çaylarının birləşdirilməsindən sonra geniş əkin sahəsi suyun altında qalmışdı.
Volin qırğını
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. == Hadisələrin inkişafı == Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Volna adası
Volna adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsindən 50 km məsafədə yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. == Təsviri == Volna adası şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 300 m, eni isə 200 metr təşkil edir. Adada yüksəklik yoxdur.
Volpi Kuboku
Volpi kuboku (it. Coppa Volpi) - Venesiya Kino Festivalında 1934-cü ildən etibarən "Ən yaxşı aktyor" və "Ən yaxşı aktrisalar" kateqoriyaları üzrə təqdim edilən film mükafatıdır. Mükafatın adı italyan biznesmeni və Misuratanın ilk qubernatoru Cüzeppe Volpidən (1877-1947) götürülmüşdür.
Volın vilayəti
Volın vilayəti (ukr. Волинська область) — Ukraynanın şərq qərbində yerləşən vilayət.
Əl-Vəliy
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
AGİL Volley Novara
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir.
Etel Lilian Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İrland yazıçısı. == Həyatı və fəaliyyəti == Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarıdır. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olmuş bu xanımın əsil-kökü çox məşhurdur. Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Buldur. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır. İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M.Voyniç dünyada məşhur olan "Voyniç əlyazması"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Daha sonra Sidney Reyli adlı şəxslə eşq macərası yaşayır. Sidney "Mahir casus" adı qazanmış məşhur xəfiyyə idi. Onunla birlikdə Etel siyasətə daha çox daxil olur.
Frensis Volley evi
Frensis Volley evi Amerika Birləşmiş Ştatları, Oak Park, İllinoys ştatının, Çikaqo şəhərciyində yerləşir. Ev 1893-cü ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir. Kraliça Anne stilindəki ev Raytın daha ucuz, daha əlverişli mənzil üçün ilk dizaynlarını əks etdirirdi. Evin dizaynı ncəsənət və sənətkarlıq hərəkatından çox təsirlənmişdi. Ev yerli və federal tarixi bölgəyə töhfə verən əmlak kimi siyahıya alınmışdır. == Tarixi == Memar Frank Lloyd Raytın tərtib etdiyi Frensis Volley evi ilk olaraq vəkil Fransis J. Volleyin adını almışdı. == Arxitekturası == Binanın dizaynı "Kraliça Anne əzəməti" adlandırılmışdır. Raytın digər əsərlərində olduğu kimi Volley evinin də dizaynı Prairie məktəbinin sonrakı nümunələri ilə müqayisədə daha ənənəvidir. Ev haqqında "The New York Times" qəzetinin 1996-cı ildəki məqaləsində "zamanın xalq memarlığı üçün dəbli damı olan iki mərtəbəli çərçivə ev" kimi fikir qeyd edilmişdir. Evin dizaynı Raytın müəllimi Jozef Silsbeni xatırladır və bu dizayn Raytın erkən, ucuz qiymətli yaşayış dizaynlarına xasdır.
LJ Volley Modena
LJ Volley — İtaliyanın Modena şəhərində fəaliyyət göstərən qadın voleybol klubu. == Tarixi == Komanda 2013-cü ildə italyan iş adamı Vannis Marçi tərəfindən yaradılmışdı. Yarandığı ildən etibarən Seriya A1-də mübarizə aparmaq şansı əldə etmişdi. İlk mövsümündə yəni: 2013-14 sezonunda Seriya A1-də oynayan komanda debütdəcə uğurlu çıxış edə bilmişdi. Normal sezonda beşinci yer tutaraq sonda plleyoffa vəsiqə qazanmışdi. Buradakı ilk görüşündə AGİL Novarayla qarşılaşmışdı. Bu komanda ilə matçlarda evdə də, səfərdə də alınan "3-1"lik məğlubiyyət Modena təmsilçisinin yarımfinal şanslarını bitirməyə səbəb olmuşdu. Buna baxmayaraq ilk rəsmi çıxışında qazandığı beşincilik "Liu Jo" komandası üçün böyük uğur sayılırdı.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.