Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973). Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub. Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı. Nic kəndində torpağa basdırılıb.
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Vürtsit
Vürtsit — mineral, b - ZnS. Fe, Ge qatışıqları olur. Qrinokit ilə izomorfdur. Heksaqonal və triqonal. Eyni fiziki xassəli beş polimorf modifikasiyası vardır. Kristalları piramidal və lövhəvari. Ayrılma {100} üz­rə orta, {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kollomorf, konsentrik-şüalı, laylı, lifli. Rəngsiz, qonur, Fe miqdarından asılı olaraq qara. Parıltı qatrani, şüşəli. Nazik təbəqələri işığı keçirir.
Vormsi
Vormsi (est. Vormsi, isv. Ormsö) — sahəsinə görə Saaremaa, Hiyumaa və Muhu adalarından sonra Estoniyanın dördüncü böyük adasıdır. İnzibati cəhətdən Lyaenes qəzası ərazisinə daxildir. Ada Moonzund arxipelaqına daxildir. Baltik dənizinin şərqində qərrlaşır. Qərbində yerləşən Hiyumaa adasından 12 km enə malik olan Muhu boğazı ilə ayrılır. Sahəsi 93 km² təşkil edir. Ada əttsfında 30 yaxın kiçik adalar vardır. Onlarla birlikdə sahəsi 109 km²-dir.
Artur Voloşin
Artur Vladimiroviç Voloşin (24 iyun 1973, İliç – 24 oktyabr 1995, Xaraçoy[d], Çeçenistan) — Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Təyinatlı milis dəstəsində sürücü-milis, milis baş çavuşu. Rusiya Federasiyası Qəhrəmanı (ölümündən sonra). == Həyatı == 1973-cü il iyun ayının 24-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İlyiçovsk (indiki Şərur şəhəri) qəsəbəsində anadan olmuşdur. Milliyyətcə rusdur. Bir neçə ildən sonra ailəsi Amur vilayətinə köçmüşdür. 1979-cu ildən 1989-cu ilə qədər Kozmodemyanski orta məktəbində təhsil almışdır. 1990-cı ildə Voloşin Tambovski hərbi komissarlığı tərəfindən Rayçixinski məktəbində Ordu, Aviasiya və Donanmanın birgə fəaliyyət könüllü cəmiyyəti məktəbində təhsil almağa göndərilmiş, orada sürücü peşəsinə yiyələnmiş daha sonra bir müddət Ümumittifaq Elmi tədqiqat İnstitutunun Təcrübi-istehsalat təsərrüfatında mexanik işləmişdir. 1991-ci il iyul ayının 8-də SSRİ Silahlı Qüvvələrinə çağırılmış, Primorski diyarında təcili xidmətə cəlb edilmiş və avtomobil batalyonunda bölməyə komandanlıq etmişdir. 1993-cü ilin mayında "kiçik çavuş" rütbəsi ilə tərxis olmuşdur. 1993-cü ilin oktyabrında Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Milis dəstələrinin daxili işlər orqanında milis-sürücü xidmətinə cəlb edilmişdir.
Oleq Voronin
Voronin Oleq Vladimiroviç, (mold. Oleg Voronin), — Moldaviyalı sahibkar, rəhbər və siyasi xadim. 4 noyabr 1962 ildə Moldaviya SSR Kriulyanı şəhərində (Criuleni) dünyaya gəlmişdir. Moldaviyalı iş adamı, Moldaviya Respublikasının üçüncü prezidenti Vladimir Voroninin oğludur. Ailəlidir, iki uşağı var, Yekaterina və Aleksey. Voronin Vladimir Nikolayeviç, Oleq Voronin və onun ailəsi öz şəxsi həyatlarını nümayiş etməyi sevmirlər və dəbdəbəli mərasimlərdə iştirak etməkdən çəkinirlər. Konservativ dəyərlərin tərəfdarıdır: “Övladlarıma verdiyim tərbiyə prinsip etibarilə mənim və bacımın aldığı tərbiyədən seçilmir. Eləcə də mənim valideynlərim ənənəvi dəyərlər ruhunda tərbiyə almışlar. Bu dəyərləri mənimsədiyim kimi, onları öz övladlarıma da aşılayacağam" Orta məktəbi 1979-cu ildə Ungenı şəhərində bitirmişdir. 1984-cü ildə Kişinyov Dövlət Universitetinin biologiya fakultəsini „Torpaqşünaslıq“ ixtisası üzrə başa vurmuş, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasının məzunu olmuşdur.
Vladimir Voronin
Vladimir Voronin (25 may 1941, Korjeva[d], Rumıniya Krallığı[d]) — Moldova Respublikasının 3-cü Prezidenti. Corjova şəhərində anadan olmuşdur.
Voronin burnu
Ader burnu — Şərqi Antarktidada, Mouson yarımadasının şimal nöqtəsində yerləşən burun. Burun Vladimir Voroninin şərəfinə adlandırılmışdır. Çarlz Vilksin ekspedisiya üzvü olan leytenant Vilyam Hadson (1794–1862) 19 yanvar 1840-cı ildə burun yaxınlığında torpaq aşkarlayır. Vilksin xəritəsində burun Keyp Hadson olaraq göstərilir.
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.